Xəbərdarlıq müddəti əvəzinə verilən orta aylıq əmək haqqı məbləği MDSS-ə cəlb edilirmi?

posted in: sual-cavab, Xəbər | 0

əmək haqqı məbləği, MDSS, amortizasiya ayırmaları, orta aylıq əmək haqqı,Xəbərdarlıq müddəti əvəzinə verilən orta aylıq əmək haqqı məbləği MDSS-ə cəlb edilirmi?

Sual: İşçi 11 ildir A müəssisəsində işləyir. O, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) ilə işdən azad edilir. Bu zaman ona müvafiq müəssisədəki əmək stajına uyğun olaraq orta aylıq əmək haqqısının 2 (iki) misli məbləğində işdən çıxarılma müavinəti və xəbardarlıq müddəti əvəzinə (işçi razıdır) orta aylıq əmək haqqının 2 (iki) misli məbləği ödənilir. Burada sualım budur:

1. İşdən çıxarılmaya görə verilən orta aylıq əmək haqqının 2 (iki) misli məbləğində işdən çıxarılma müavinəti MDSS-yə cəlb olunurmu?

2. Xəbərdarlıq müddəti əvəzinə verilən orta aylıq əmək haqqı -nın 2 (iki) misli məbləği MDSS-yə cəlb olunurmu?

Cavab: Bildiririk ki,  “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinin 4-cü abzasına əsasən, müəssisənin ləğvi, işçilərin sayının azaldılması, ştatların ixtisar edilməsi və ya işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid edilmişdir. Buna əsasən müraciətinizdə qeyd olunan işçiyə ödənilən birdəfəlik məbləğlərə sosial sığorta haqqı hesablanmır.

Mənbə: taxes.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ani Ödənişlər Sisteminə daha 2 bank inteqrasiya edilib

posted in: Xəbər | 0

Ani Ödənişlər Sisteminə daha 2 bank inteqrasiya edilib

Prezident İlham Əliyevin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən yaradılan Ani Ödənişlər Sistemi (AÖS) oktyabrın 1-dən real rejimdə istismara verilib.

AMB-dən bildirilib ki, AÖS-ün əhatəliliyinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində daha 2 bank sistemə inteqrasiya olunub. Belə ki, “AzərTürkBank” ASC və “TuranBank” ASC tərəfindən filial şəbəkəsi vasitəsilə müştərilərə AÖS-ün funksionallıqlarından istifadə imkanı təqdim edilib. Sistemin funksionallıqlarının tətbiqi nəticəsində fiziki və hüquqi şəxslər, habelə dövlət orqanları arasında hesablaşmaların 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (FİN kod, VÖEN, mobil nömrə, e-poçt) aparılması və pul vəsaitinin dərhal vəsait alanın bank hesabında əks olunması imkanı yaradılıb.

Qeyd edək ki, hazırda 15 bank və Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi AÖS platformasına inteqrasiya olunub. Sistemin əhatə dairəsinin genişləndirilməsi, habelə istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdirilir.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İsveçrə barədə 25 maraqlı fakt (I hissə)

posted in: Xəbər | 0

İsveçrə barədə 25 maraqlı fakt (I hissə)

Deyirlər ki, İsveçrədə bankların sayı diş həkimlərinin sayından çoxdur və dünyadakı bütün bahalı saatların yarısı bu ölkədə istehsal olunub.

  • İsveçrə həm də Confoederatio Helvetica kimi məşhurdur ki, bu da onun CH kimi qısaldılmış formasıdır. Rəsmi adı İsveçrə Konfederasiyasıdır – Bu, tarixi ənənədir, müasir İsveçrə isə 26 kantondan ibarət federativ respublikadır.
  • Dünyada kvadrat formasında dövlət bayrağına yalnız İsveçrə və Vatikan dövlətləri malikdir.
  • İsveçrə təkbaşına idarə olunmur. Ölkədə yeddi nəfər üzvü olan icra şurası fəaliyyət göstərir ki, o da kollektiv dövlət başçısı hesab olunur. Şura üzvlərindən bir il müddətinə prezident seçilir, hansı ki, ona primus inter pares – bərabər olanlar arasında birinci şəxs olaraq baxılır.
  • İsveçrə vətəndaşları parlament tərəfindən qəbul edilən istənilən qanuna etiraz edə bilərlər. Bundan ötrü 100 gün ərzində 5 min imza toplamaq lazım gəlir. Bu şərt yerinə yetirildiyi halda seçicilərin mübahisəli qanuna sadə səs çoxluğu ilə qərar verdikləri ümumxalq səsverməsi keçirilir.
  • İsveçrədə dörd rəsmi dil mövcuddur: fransız, alman, italyan və retroroman (latın köklü). Ölkə əhalisinin təxminən 60% ingilis dilini bilir.
  • İsveçrəlilər uzunömürlüdürlər. ÜST-ün məlumatına görə, 2015-ci ildə ölkədə orta ömür həddi kişilər üçün 81,3 il və qadınlar üçün 85,3 yaş təşkil edir. Bu rəqəmlər İsvçrəni orta ömür müddətinə görə Yaponiyadan sonra ikinci yerə çıxarıb.
  • İsveçrə doğulmaq, yaşama və xoşbəxt olmaq üçün dünyanın ən yaxşı yerlərindən biridir. Ölkə bütövlükdə və onun şəhərləri müxtəlif qlobal həyat keyfiyyəti reytinqlərində ən yaxşı yerləri tutur.
  • Ölkədə hündürlüyü 3 min metrdən yüksək olan 3 mindən çox dağ vardır ki, onların 24-ü 4 min metrdən ucadır. Ən yüksək (4634 m) Monte Roza dağı İsveçrə ilə İtalya sərhədi arasında yerləşir.
  • İsveçrədə 1500 göl var, onlardan ən böyüyü Cenevrə gölüdür. Şayiələrə görə, onun dibində 40-dan çox batmış gəmi var.
  • Liberal silah qanunlarına baxmayaraq, İsveçrə İƏİT (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) ölkələri (OECD) arasında ən aşağı cinayət nisbətinə sahibdir. Small Arms Survey hesablamalarına görə, İsveçrənin hər 100 sakininə təxminən 45,7 odlu silah aid olduğu məlum olub. Bu ABŞ (88,8) və Yəməndən (54,8) sonra üçüncü göstəricidir.
  • Orduda xidmət isveçrəli kişilərdən ötrü əvvəlki vaxtlarda olduğu kimi yenə də məcburidir. İsveçrə Avstriya ilə birlikdə bu normanın gözlənildiyi ən sonuncu Qərb ölkələrindəndir. Konstitusiyaya görə, 18 yaşına çatan kişi cinsindən olan vətəndaşlar orduda xidmət etməlidirlər, qadınlar üçün isə orduda xidmət könüllüdür. Qanun, xidmət bitdikdən sonra orduda alınan silahları (adətən yarıavtomatik tüfəng) şəxsi istifadədə saxlamağa icazə verilir. Bu, ölkədəki silah sahibliyinin yüksək səviyyəsini qismən izah edir.
  • İsveçrəyə gedən əsas yollar xarici işğal hallarından müdafiə olunur. Hücum hallarında bütün ölkəyə aparan əsas yollar, körpülər və dəmiryolları məhv ediləcək. Ən azından bütün ölkə üzrə 3000 belə yer verilən əmrlə bir anda partladılacaq.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank 2020-ci ilin üçüncü rübünün nəticələrini elan edib

posted in: Xəbər | 0

Kapital Bank-ın aktivləri 1 oktyabr 2020-ci il tarixinə 5 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 2,2 milyard manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 oktyabr 2020-ci il tarixinə 3,7 milyard manat olub.

Bankın 1 oktyabr 2020-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 539 milyon manat, adi və imtiyazlı səhmlər isə 245 milyon manat təşkil edir.

Qeyd edək ki, Kapital Bank Moody’s və Standard & Poor’s beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 990 991 992 993 994 995 996 2. 400