Mühasibat və vergi uçotunun fərqi (3-cü hissə)

posted in: Xəbər | 0

Mühasibat uçotu Vergi uçotuMühasibat və vergi uçotu arasında fərq

3-cü hissə

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.

Vergi uçotunun mahiyyəti

Vergi hesabatının öz hesabat obyekti, ümumiləşdirilmiş desək, təşkilatın təsərrüfat planının da eyni fəaliyyəti vardır.

Lakin, qanunverciliyə dair öz hərəkətlərinin (təsərrüfat əməliyyatlarının) düzgünlüyünü təsdiq etmək məqsədi ilə və dövlət vergitutma normalarının yerinə yetirilməsi məqsədi ilə ondan (sistemləşdirilmiş şəkildə toplayır, təhlil edir, ümumiləşdirir) istifadə edir.

Vergi uçotunun qaydası (xüsusi vergi reyestrlərinin strukturu və ilkin informasiyanın işlənməsi sistemi) həmçinin qanunvericilik normaları (Vergi məcəlləsi) ilə müəyyən edilir. Vergi hesabatlarının aparılması üçün iki növ / üsul nəzərdə tutulur:

  • Mühasibat uçotuna arxalanmaqla (əsas kimi ilkin sənədləri götürməklə).
  • Müstəqil – mühasibat uçotundan ayrılıqda.

Bu uçotun məqsədləri isə vergi hesabatlarının gələcək istifadəçilərinin xarici və daxili maraqlarına qarşılıqlı şəkildə tabedir.

Birincisi – birincilər, təşkilatın təsərrüfat fəaliyyətinin qanunauyğunluğuna dövlət nəzarəti orqanları və onun vergitutma normalarına (yəni, müxtəlif vergi xidmətləri) riayət etməsidir.

İkinci isə təşkilatın administrasiyası / rəhbərliyi tərəfindən təqdim olunur. Bu vəziyyətdə vergi uçotunun məqsədi qurumun xərclərinin optimallaşdırılması və nəzarət edilməsidir (qeyri-istehsal xərcləri də daxil olmaqla – əməkhaqqı, işçilərə maddi yardım).

Ondan əlavə bu eyni zamanda vergiləri və vergi risklərini optimallaşdırır.

Vergi uçotu mühasibat uçotundan nə ilə fərqlənir?

Əvvəllər də qeyd edildiyi kimi, təşkilatın təsərrüfat fəaliyyəti, həm mühasibat, həm də vergi uçotu müəyyən məqsədlər güdür. İki hesabat növü arasında əsas fərqi məhz, onlar müəyyən edirlər.

Əgər birincinin istisnasız olaraq yalnız qiymətləndirmək və nəzarət etmək bacarığı varsa (təsərrüfat əməliyyatlarının yerinə yetirilməsinin düzgünlüyü və təşkilatın kapitalının cari vəziyyəti), ikinci qanunvericiliyin tələblərinin yoxlanılması və yerinə yetirilməsi üçün vacibdir.

Əsas fərqlərdən təsərrüfat fəaliyyətinin müəyyən nüanslarına aid olan digər, daha lokal və konkret məqamlar da çıxış edir. Məsələn:

  1. Uçotun aparılması və hesabatların tərtib edilməsi qaydası, forması müxtəlif normativ müddəalarla tənzimlənir.
  2. Vergi uçotu, onun qaydası bütün təşkilatlar üçün eynidir, mühasibat uçotu isə fəaliyyət növündən (kommersiya və ya büdcə əsasında) asılıdır.
  3. Bu uçotlarda və gəlirlərin müəyyənləşdirilməsində fərqlidirlər: mühasibat uçotu yalnız hesablama metodundan istifadə etməyi nəzərdə tutur, vergi uçotunda ona mütləq kassa metodu əlavə edilir.
  4. Həmçinin vergi hesabatlarında bu gəlirlər birbaşa və dolayı olaraq bölüşdürülməlidir/qeydə alınmalıdır.
  5. Təşkilatın heç də bütün (identik olmayan) xərcləri, gəlirləri mühasibat uçotu və vergi uçotu üçün məsrəflər hesab olunmur.
  6. Təsərrüfat əməliyyatlarının müəyyən siyahısı (məsələn, işçilərə qeyri-müqavilə ödənişləri və ya müəyyən əmlakın hədiyyə kimi alınması) mühasibat uçotunda əks etdirilmir, belə ki, vergitutma ilə bağlı deyil.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Müasir dünyada effektiv mühasibin top 5 bacarığı

posted in: Xəbər | 0

MühasibSürətli dəyişikliklər və texniki tərəqqi ilə müşaiyət olunan müasir zaman istənilən peşəkar fəaliyyətdə uğur qazanmaq üçün ən azı iki başlıca komponenti tələb edir: keyfiyyətli təhsil və təcrübə.

Mühasib peşəsi də bu baxımdan istisna təşkil etmir. Lakin, çox vaxt məlum olur ki, bunlar da kifayət etmir. Hazırda mühasiblərin çalışdıqları şərait keçmişdəki vəziyyətdən çox fərqlidir. Dünya dəyişir. Beləliklə, müasir mühasib hansı bacarıqlara malik olmalıdır?

  • Dəyişikliklərə sürətli uyğunlaşmaq bacarığı

Ali məktəbdə qazanılmış bilik yüksək maaşlı iş almaq üçün o qədər də yetərli deyil. Bugünkü əmək bazarının diktə etdiyi şəraitdə, hətta praktik mühasiblərdən ötrü özlərini peşəkar formada saxlamaq çox vacibdir. O səbəbdən, daim ixtisası təkmilləşdirmək mühüm əhəmiyyət kəsb edir. Belə şəraitdə uğurlu fəaliyyətin əsas elementi dəyişiklikləri izləmək bacarığıdır. Mühasibə daim öyrənmək və peşəkar bacarıqların sərhədlərini genişləndirmək lazımdır.

  • Qeyri-standart problemlər və məsələlərin unikal həll yollarını tapmaq bacarığı
Mühasiblər öz sahələrində baş verən dəyişiklikləri izləməli və ixtisaslarını artırmağa çalışmalıdırlar. Məhz, buna görə də, onlar ən müxtəlif  həll variantlarını hazırlamağa imkan verəcək aktual biliklərə və səriştələrə malik olmalıdırlar. Mühasibat uçotu bacarıqlarına malik olmaq kifayət deyil – müasir mühasib maliyyə hesabatını “oxumağı”  bacarmalı və müəssisənin iqtisadiyyatının və onun fəaliyyəti ilə bağlı proseslərin kompleks baxışına malik olmalıdır.
  • Ekspertizanın yüksəldilməsi və peşəkar üfüqlərin genişləndirilməsi

Mühasibatlıq elə bir fəaliyyət sahəsidir ki, orada daim müxtəlif dəyişikliklər baş verir: qanunvericilik, vergi xüsusiyyətləri, hesabat formaları, istifadə olunan proqram və s.. Öz sahəsində peşəkarlığı qoruyub saxlamaq üçün daim bu dəyişiklikləri izləmək və onlara müvafiq olmaq lazımdır. Mühasibdən ötrü daim öz biliklərini dərinləşdirmək, öz peşəsi sahəsində cari tendensiyaları izləmək və ixtisasını təkmilləşdirmək bir zərurətdir.

  • Yeni bacarıq və istiqamətləri inkişaf etdirmək və mənimsəmək bacarığı

Yeni işə başlayan mühasiblərin daim biliklərinin artırılması, stajlı mütəxəssislərin isə öz ixtisaslarını təkmilləşdirmələri üçün bir neçə səbəb vardır: bu daim dəyişikliyə uğrayan qanunvericilik, həm şirkətlərin böyüməsi, genişlənməsi və standartlara və tələblərə uyğun gəlməklə bağlı zərurətdlərdir.

Həm də hesab edilir ki, peşəkarlar işdə səhvlərə daha az yol verirlər. Mütəxəssis ixtisasını artırmaqla öz peşəkarlığını təsdiq, inkişaf etdirmək və əmək bazarında daha çox tələb olunan bir mütəxəssis olmaq arzusunu ortalığa qoyur.

  • Öz peşəkar inkişafının və ixtisasın yüksəldilməsinin təsdiqi

Beynəlxalq diplom bütün dünyada həm işəgötürənlər, həm də işaxtaranlar üçün aydın olan peşəkarlığın fərqləndirici bir nişanıdır. Belə bir diplomun olması, yüksək ixtisaslı mütəxəssislər axtaran şirkətlər üçün, habelə məzun olmuş işaxtaranlardan ötrü maraqlı yüksək maaşlı iş axtarışlarında əhəmiyyətli bir rahatlıqdır. Diplomun olması mütəxəssisin yüksək peşəkar səviyyəsini təmin etməyə, mühasibə böyük tələbatı tənzimləməyə, prestij və yüksək əməkhaqqı səviyyəsini təmin etməyə imkan verir. Bu günkü əmək bazarının reallıqlarında mütəxəssislərin rəqabət qabiliyyətliliyini təmin etmək üçün sadəcə peşəkarlığın qayğısına qalmaq, mühasibat və vergi uçotu sahəsində bütün yeniliklərlə və tendensiyalarla maraqlanmaq lazımdır.

Bəzən məlum olur ki, mühasib artıq 10 ildir müəyyən bir sahə üzrə işləri aparır, amma, müəssisədə mühasibat uçotunun kompleks təsvirindən heç bir anlayışı yoxdur. Və yaxud elə olur ki, istehsal müəssisəsinin uçotunu aparan mühasib ticarətlə məşğul olan müəssisəyə işləməyə keçir və tanımadığı bir sahəyə düşür. Bax, o zaman çətinliklər ortaya çıxır.

Bu gün peşəkar mühasib bacarıqlarını əldə etmək üçün ali təhsil almaq heç də bir zərurət deyildir. Bir çox hallarda ambisiyalı və məsuliyyətli insanlar profil kurslarında oxumaqla istənilən vəzifəni problemsiz alırlar. Təcrübə keçən mühasibldən ötrü isə bu sahədə daim baş verən dəyişiklikləri izləmək və öz ixtisaslarını yüksəltməyə səy göstərmək kifayət edir. Elə kurslar da vardır ki, həm təcrübəli mühasiblərə, həm də təcrübə keçənlər üçün uyğun gəlir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi bəyannamələri təkmilləşdirilir

posted in: Xəbər | 0

Vergi bəyannamələri təkmilləşdirilir

Obyekt kodu icarə müqaviləsi

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mütərəqqi dəyişikliklərin aparılması, səmərəliliyin artırılması, bəyannamə (hesabat) formalarının təkmilləşdirilməsi və sadələşdirilməsi prosesini davam etdirir.

Bəyannamə (hesabat) formaları ilə praktiki işləyən vergi ödəyicilərinin də fikirlərinin və təkliflərinin öyrənilməsi məqsədilə Dövlət Vergi Xidmətinin rəsmi saytında “Bəyannamə formalarına dair təkliflərin verilməsi” adlı bölmə yaradılıb (https://www.taxes.gov.az/az/page/beyanname-formalarina-dair-tekliflerin-verilmesi). Vergi ödəyiciləri bütün növ vergi bəyannamələrinin formaları və məzmunları ilə bağlı təkliflərini həmin bölmə vasitəsilə Dövlət Vergi Xidmətinə göndərə bilərlər.

Bəyannamə formalarının təkmilləşdirilməsi və vergi ödəyiciləri üçün daha rahat və səmərəli bir formaya gətirilməsi üçün bütün təkliflər bu məqsədlə yaradılmış müvafiq işçi qrupu tərəfindən diqqətlə öyrəniləcək və təhlil ediləcəkdir.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

VM-də “Daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər” dedikdə nə nəzərdə tutulur?

posted in: sual-cavab, Xəbər | 0

daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslərSual: AR Vergi Məcəlləsinin 218.4.1. maddəsinə əsasən Vergi Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş vergi ödəyiciləridir.

Xahiş edirəm qeyd olunan maddənin və yaxud həmin “daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər” ifadəsinin izahını verərdiniz.

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını və yaxud həmin “daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər” sadələşdirimiş vergi ödəyicisi hesab olunur və daşımanın xarakterindən, nəqliyyat vasitəsinin növündən, oturacaq yerlərinin sayından və xidmətin həyata keçirildiyi yerdən asılı olaraq Vergi Məcəlləsinin 220.5-ci və 220.6-ci maddələri ilə müəyyən edilən qaydada vergini hesablayaraq öz istəyinə uyğun təqvim ayının sonunadək növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” alarkən dövlət büdcəsinə ödəməlidirlər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, “Fərqlənmə nişanı” mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri olan, sərnişin və yük daşımalarını özü və ya müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxs tərəfindən alınmalıdır.

Əsas: Vergi Məcəlləsinin 218-ci və 220-ci maddələri.

Mənbə: taxes.gov.az


Bax:


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 992 993 994 995 996 997 998 2. 400