» » » VM-də “Daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər” dedikdə nə nəzərdə tutulur?

VM-də “Daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər” dedikdə nə nəzərdə tutulur?

posted in: sual-cavab, Xəbər | 0
birbank biznes

daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslərSual: AR Vergi Məcəlləsinin 218.4.1. maddəsinə əsasən Vergi Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş vergi ödəyiciləridir.

Xahiş edirəm qeyd olunan maddənin və yaxud həmin “daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər” ifadəsinin izahını verərdiniz.

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını və yaxud həmin “daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər” sadələşdirimiş vergi ödəyicisi hesab olunur və daşımanın xarakterindən, nəqliyyat vasitəsinin növündən, oturacaq yerlərinin sayından və xidmətin həyata keçirildiyi yerdən asılı olaraq Vergi Məcəlləsinin 220.5-ci və 220.6-ci maddələri ilə müəyyən edilən qaydada vergini hesablayaraq öz istəyinə uyğun təqvim ayının sonunadək növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” alarkən dövlət büdcəsinə ödəməlidirlər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, “Fərqlənmə nişanı” mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri olan, sərnişin və yük daşımalarını özü və ya müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxs tərəfindən alınmalıdır.

Əsas: Vergi Məcəlləsinin 218-ci və 220-ci maddələri.

Mənbə: taxes.gov.az


Bax:


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun