Gələn ay bayramla əlaqədar 2 qeyri-iş günü olacaq

posted in: Xəbər | 0

Qeyri-iş günləri qeyri-iş günlərinin sayı

Gələn ay Qurban bayramı ilə əlaqədar gün iş olmayacaq.

İyulun 20 və 21-də Qurban bayramı qeyd olunacaq.

Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən, qeyd olunan günlər qeyri-iş günləri sayılır.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Birjalar təkəbbür yarmarkasına bənzəyir” (1-ci hissə)

posted in: Xəbər | 0

“Birjalar təkəbbür yarmarkasına bənzəyir” (2-ci hissə)

Dəyərləndirmə investisiyası yaradıcısı Bencamin Grehemdən on sitat

Əzmkarlıq barədə

“Biz xüsusi olaraq qeyd edirik ki, təhlil yalnız müstəsna hallarda müsbət nəticələrə gətirib çıxarır. Buradan belə çıxır ki, analitik hansısa real imkan tapana kimi, bir çox qiymətli kağızları tədqiq etmək lazımdır. O, öz kəşfləri üçün hansı praktiki vasitələrdən istifadə edir? Əsasən əzmkar və və sistemli əməkdən”.

Səhmlərin ucuzluğu barədə

“100 səhmdən 99-u belə demək mümkünsə, hansısa qiymətə alış üçün çox ucuzdur, hansısa qiymətə satış üçün isə çox bahadır. İnvestor həmişə nə qədər pul xərclədiyini və nə qədər pul qazandığını nəzərə almalıdır. Bir çox illər bundan əvvəl qadın jurnallarının birində nəşr olunan məqalədə, qadın oxuculara səhmləri qiymətli ətirlər kimi almağı deyil, tərəvəzi satın aldıqları kimi almağı tövsiyə etmişdik”.

Risklərin minimallaşdırılması barədə

Arbitraj və risklərin minimallaşdırılmasının bir çox ümumi cəhətləri vardır və onlar sərbəstliklə birindən digərinə keçid edə bilərlər. Onlar informasiyadan dəqiq istifadəyə və onun təhlilinə əsaslanırlar, onların nəticəsi isə bazarın ümumi hərəkətlərindən az asılı olur. Bu gün, gələcəyin qeyri-müəyyənliyə büründüyü bir vaxtda, treyder özünə faydalı bir müddətdə çox da təsirli olmayan, lakin, nisbətən təhlükəsiz mənfəət gətirməyə diqqət yetirə bilər.

Bazarın effektivliyi barədə

“Mən artıq mükəmməl dəyər imkanları axtarışında qiymətli kağızların təhlili üçün kompleks metodların inkişaf etdirilməsinin tərəfdarı deyiləm. Bu məşğuliyyət, belə demək olarsa, 40 il bundan əvvəl, bizim ilk dərsliyimiz çap olunduğu zamanda faydalı idi. Amma, o vaxtdan bəri vəziyyət kəskin dəyişib. Keçmiş zamanlarda qiymətli kağızlar üzrə yaxşı hazırlıq keçmiş istənilən bir bir analitik, ətraflı araşdırma yolu ilə dəyərləndirilməmiş buraxılışların seçimi üzrə işi peşəkarcasına yerinə yetirə bilirdi.

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz

Amma, indi aparılan tədqiqatların böyük sayı fonunda, mən, əksər hallarda bu cür çoxsaylı cəhdlər onların qiymətinə bəraət qazandırmaq üçün kifayət qədər səmərəli seçim etməyə imkan verəcəyinə şübhə edirəm. Bu cür məhdud həcmlərdə mən, indi hamı tərəfindən qəbul edilən “effektiv bazarın”, düşüncə məktəbinin tərəfindəyəm”.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünyanın hər yerindən qəribə vergilər (3-cü hissə)

posted in: Vergi, Xəbər | 0

Dünyanın hər yerindən qəribə vergilər (3-cü hissə)vergi nəzəriyyələri

Saqqala, pəncərəyə və ya qorxaqlığa görə vergi – bu cür ödənişlər dünyanın müxtəlif ölkələrində qədim zamanlarda mövcud olmuşdur. Amma, pula ehtiyac duyan dövlətlər vətəndaşları indi də ən müxtəlif bəhanələrlə daha çox ödəniş etməyə məcbur edirlər. Vergi ödəyicilərini ilk baxışdan ən bayağı hərəkətləri həyata keçirməyə məcbur edəcəyi ölkələri sadalayırıq: uşaq üçün ad seçimindən tutmuş, Facebook sosial şəbəkəsində istənilən bir mətnə şərh yazmağa qədər, Coca-Cola qabını içmək və ya ölkədən çıxmağa görə. Təbii ki, karanin rejimi başa çatdıqdan sonra.   

Uşağın adına görə vergi

Uşaq üçün ad seçimi elə də asan məsələ deyil, xüsusilə də bu məsələdə üçüncü tərəf – vergi xidməti də iştirak edirsə. İsveçdə uşağın adını vergi xidməti orqanları ilə razılaşdırmaq lazım gəlir.

Öz övladlarına qəribə və ya tələffüz edilərkən narahatlıq yaradan adlar qoyan valideynlər təxminən 710 dollar pul ödəməli olurlar. Qaydalarda dəqiqlik də çatışmır. Belə ki, İkea və Allah adları qadağa altındadır, amma, uşağa Google və Leqo adını pulsuz da vermək olar (bununla belə, 2017-ci ildə qanunun növbəti sərtləşdirilməsindən sonra hansı adın təsdiqlənəcəyini anlamaq çətindir).

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz

Ödənişi dərhal etmək lazım deyil: uşağın beş yaşı tamam olduqda, onun adı vergi xidmətində yoxlanılır.

Sözügedən vergi lap başlanğıcda – 1982-ci ildə, kral adlarının hüququnu təmin etmək üçün tətbiq edilmişdi. Bu vergi ilə əlaqəli bir sıra əhvalatlar da mövcuddur. Belə ki, 1991-ci ildə İsveçli ailə cütlüyü öz uşağına Brfxxccxxmnpcccclllmmnprxvclmnckssqlbb11116 adını vermişdi və onlar vergini ödəməkdən də imtina etmişdilər, 2007-ci ildə isə bir ailə yeni anadan olan qızlarına vergi ödəmədən Metallika adını vermək üçün vergi xidməti ilə məhkəmə çəkişməsinə başlamışdı (ilk məhkəmə instansiyasının çıxardığı qadağa hökmünü apelyasiya məhkəməsi ləğv etmişdi).

2018-ci ildə, İsveç hakimiyyət dairələrinə soyadına çox bənzəyən və zərərsiz görünən Ford adının qadağan edilməsinə görə məhkəməyə müraciət edilmişdi. Yeri gəlmişkən, İsveçdə nikah bağlamaq istəyənlər də razılıq almaq üçün vergi xidmətinə müraciət etməlidirlər.


Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Fiziki şəxslərin sosial ödənişi necə hesablanır?

posted in: Xəbər | 0

dividenddən vergiFiziki şəxslərin sosial ödənişlərinin məbləği həm ərazilərə görə, həm də fiziki şəxsin fəaliyyət sahəsinə görə dəyişir. Qanunvericiliyin tələbini iqtisadçı ekspert Mahmud Abasquliyev şərh edir.

“Sosial sığorta haqqında” Qanunun 14.5.1-ci maddəsində göstərilib ki, sahibkarlıq fəaliyyətindən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında hesablanır. Regionlar üzrə ödəniş miqdarı isə belə müəyyən edilib:

– Bakı şəhərində əməkhaqqının 100 faizi;

– Sumqayıt və Gəncə şəhərlərində 90 faizi;

– digər şəhərlərdə 80 faizi;

– rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi;

– kənd yerlərində 50 faizi.

Ticarət sahələrində fəaliyyət göstərən sahibkarlar hər ay minimum aylıq əməkhaqqının 25 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

Regionlardan asılı olaraq ödənişin miqdarı dəyişir. Belə ki, ticarətlə məşğul olanlar Bakıda 62,50 manat, Sumqayıt və Gəncədə 56,25 manat, digər şəhərlərdə (məsələn, Mingəçevirdə) 50 manat, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə (məsələn, Oğuz şəhərində) 37,50 manat, kənd yerlərində isə (məsələn, Oğuz rayonunun Bucaq kəndində) 31,25 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

Misal 1: Fiziki şəxs Zaqatala şəhərində ticarətlə məşğul olur. Azərbaycanda minimum aylıq əməkhaqqının miqdarı bu il üçün 250 manat müəyyən edilib. Həmin şəxsin aylıq sosial sığorta ödənişi belə hesablanır:

250 x 25% = 62,50 manat
62,50 x 80% = 50 manat

Əgər həmin şəxs Zaqatalada tikinti sektorunda çalışarsa, 100 manat sosial sığorta haqqı ödəməlidir:

250 x 50% = 125 manat
125 x 80% = 100 manat

Misal 2: Fiziki şəxs Zaqatala rayonunun Qımır kəndində ticarətlə məşğul olur. Onun aylıq məcburi dövlət sosial sığorta ödənişi belə hesablanır:

250 x 25% = 62,50 manat
62,50 x 50% = 31.50 manat.

Əgər fiziki şəxs kənddə tikinti ilə məşğul olarsa, 62,50 qəpik aylıq sosial sığorta haqqı ödəməlidir:

250 x 50% = 125 manat
125 x 50% = 62,50 manat

Misal 3: Fiziki şəxs Gəncədə xidmət sektorunda çalışır. Onun aylıq məcburi sosial sığorta ödənişinin məbləği belə hesablanır:

250 x 25% = 62,50 manat
62,50 x 90% = 56,25 manat.

Misal 4: Sumqayıtda tikinti ilə məşğul olan fiziki şəxsin aylıq məcburi dövlət sosial sığorta ödənişi 112,50 manat olacaq:

250 x 50% = 125 manat
125 x 90% = 112,50 manat.

Xatırladaq ki, sahibkarlıqla məşğul olan fiziki şəxslər məcburi dövlət sosial sığorta haqqı ilə yanaşı, hər ay icbari tibbi sığorta haqqı ödəməlidir. Onun məbləği minimum aylıq əməkhaqqının 4 faizi həcmindədir:

250 x 4% = 10 manat.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 767 768 769 770 771 772 773 2. 392