Avropa ölkələrində və dünyada əməkhaqqı statistikası (6-cı hissə)

posted in: Xəbər | 0

Avropa ölkələrində və dünyada əməkhaqqı statistikası (6-cı hissə)

Peşələr üzrə kimlərə daha çox ödəniş edilir?

Konkret ixtisaslar üzrə dünyada maaşların reytinqi ayrıca diqqətə layiqdir. Məsələn, yaxşı əməkhaqqı verilən regionlarda peşələr üzrə top-onluqda üstünlüklər fərqlidir.

Məqalənin 5-ci hissəsini buradan oxuya bilərsiniz.

  • Norveçdə tibb işçiləri, IT əməkdaşları, proqramçılar və neftçilərə daha çox ödəniş edilir;
  • Avstraliyada paytaxt sakinlərinə daha çox və Tasmaniya sakinlərinə isə daha az ödəniş edilir, tibb işçiləri, proqramçılar yüksək qiymətləndirilir;
  • Yeni Zelandiyada ən çox hüquqşünaslara, həkimlərə ödəniş edilir;
  • ABŞ-da mühəndislər, müəllimlər, həkimlər, polis işçiləri, yüksək texnologiyalar mütəxəssislərinə çox ödəniş edilir;
  • Almanlar istedadlı komputer ustaları, maliyyəçilər, həkimlər, sığorta mütəxəssislərini böyük həvəslə yaxşı ödənişlə təmin edirlər;
  • Kanadada inşaatçılar, kompüter işçiləri, uzaqyol-sürücülər, mühəndislər, baş-aşpazlar, neftçilər, hüquqşünasları sevirlər;
  • Yaponlar ənənəvi olaraq qeyri-adidirlər: standart komputer ustalarından başqa bu ölkədə dizaynerlər, satıcılar, arxitektorlar, reklam sahəsində dahilər, piar işçiləri də yaxşı qazanc əldə edilər;
  • Yaşayış üçün Fransada IT mütəxəssislərinə ayda 4000 dollar düşür, mühasiblərə də eyni məbləğ verilir, istehsal sahəsində 3000 dollardan çox gəlir əldə etmək mümkündür.

Ümumilikdə, 2021-ci ildə Avropada bu ixtisaslar üzrə maaşlar daha yüksək hesab olunur:

  1. Mühəndis-iqtsadçı (Belçikada 20 min dollardan başlayır,  İsveçrədə isə 40 min dollara kimi).
  2. IT mütəxəssisi (20 min dollardan başlayır – Belçika, İtaliya, 40 min dollara kimi İsveçrədə).
  3. Hüquqşünas (18 min dollardan başlayır Belçikada, 40 min dollara kimi İsveçrə, Almaniyada).

Məqalənin 7-ci hissəsini buradan oxuya bilərsiniz.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi və sığorta ödənişlərinin uçotuna dair yeni vəsait nəşr olunub

posted in: Xəbər | 0

İqtisadi Araşdırmalar və Tədris Mərkəzi vergi və sığorta ödənişlərinin uçotunu asan üsulla öyrənmək və tətbiq etmək məqsədilə “Vergi və sığorta ödənişlərinin uçotu” adlı yeni vəsait hazırlayıb.

Nəzəri və praktiki tapşırıqları əhatə edən kitabın nəzəri hissəsi 12, praktiki hissəsi isə 7 fəsildən ibarətdir. Buraya “Vergi və sığorta ödənişləri haqqında anlayışlar”, “Fiziki şəxsin gəlir vergisi”, “Sadələşdirilmiş verginin uçotu”, “Mənfəət (gəlir) vergisinin uçotu”, “Əlavə dəyər vergisinin uçotu” və s. kimi fəsillər daxildir.

Kitabda vergilərin bütün növləri üzrə əsas əməliyyatların uçotu və bəyannamələrdə əks etdirilməsi üsulları haqqında zəruri izahatlar verilib. Yeni vəsait mühasiblər ilə bərabər, vergi mütəxəssisləri, auditorlar, iqtisadçılar, müəssisə rəhbərləri və ixtisası öyrənmək istəyən tələbə, magistr, aspirant və dissertantlar üçün faydalı ola bilər. Kitabdan sərbəst formada və ya müəllimlə təlimlərin keçilməsi zamanı dərs vəsaiti kimi istifadə etmək də mümkündür.

Vergi uçotu aparan mühasiblər uçot və hesabatın dəqiqliyini yoxlamaq məqsədilə vergi orqanı tərəfindən göndərilən audit yoxlamalarına hər zaman hazır olmalıdırlar. Bunun üçün mühasiblər rəsmi mühasibat qaydalarını, o cümlədən sənədləşmələrin aparılması qaydalarını, mülki qanunvericiliyin müddəalarını yaxşı bilməlidirlər. Çünki müəssisədə bəzən elə maliyyə əməliyyatları baş verir ki, həmin əməliyyatları hüquq müstəvisinə gətirmək zərurəti yaranır. Bu baxımdan yeni kitab mühasiblərə və vergi mütəxəssislərinə yaxından kömək edəcək.

“Vergi və sığorta ödənişlərinin uçotu” kitabı hər bir vergi növü üzrə mühasiblərin təcrübədə ən çox rast gəlinən məsələlərinin uyğun ardıcıllığı ilə yazılıb.

Kitabı əldə etmək üçün (077) 233-30-29 nömrəli telefonla əlaqə saxlaya bilərsiniz.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi ödəyicisi fəaliyyətinin müvəqqəti dayandırılması

posted in: Vergi, Xəbər | 0

malların ayrı-ayrılıqda uçotuVergi ödəyicisinin fəaliyyətini müvəqqəti dayandırması ilə bağlı bir sıra qaydalara əməl etmək tələb olunur. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir.

Bu məsələdə vergi ödəyicilərinin nəzərə almalı olduğu məqam ondan ibarətdir ki, vergi ödəyicisi mütləq fəaliyyətini və əməliyyatlarını dayandırdığı tarixə qədər olan dövrlə bağlı hesabat təqdim etməlidirlər. Misal üçün, tutaq ki, vergi ödəyicisi 10 avqust 2021-ci ildə fəaliyyətinin dayandırılması ilə bağlı vergi orqanına müraciət edib. Vergi mükəlləfiyyətlərinə uyğun olaraq vergi ödəyicisinin bəyannamələri təqdim etməsi aşağıdakı şəkildə olacaq:

Birinci hal: Gəlir vergisi ödəyicisi olan fiziki şəxs fəaliyyətini 10 avqust 2021-ci il tarixdə dayandırdıqda Vergi Məcəlləsinin 149.3-cü maddəsinə uyğun olaraq 30 gün müddətində, yəni 10 sentyabr 2021-ci il tarixə kimi 2021-ci il üzrə gəlir vergisi bəyannaməsi verməlidir.

Həmin vergi ödəyicisinin 2021-ci ilin bitməsini və ya həmin ilin 3-cü rübünün başa çatmasını gözləməsinə ehtiyac yoxdur.

İkinci hal: Mənfəət vergisi ödəyicisi olan hüquqi şəxs fəaliyyətini 10 avqust 2021-ci ildə dayandırdıqda da Vergi Məcəlləsinin 149.3-cü maddəsinə uyğun olaraq 30 gün müddətində, yəni 10 sentyabr 2021-ci il tarixə kimi 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsini təqdim etməlidir.

Zəruri qeyd: Həm gəlir, həm də mənfəət vergisi bəyannaməsi ilin əvvəlindən 10 avqust 2021-ci ilə – vergi ödəyicisi fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.

Üçüncü hal: Sadələşdirilmiş vergi ödəyicisi olan fiziki və ya hüquqi şəxs fəaliyyətini 10 avqust 2021-ci il tarixdə dayandırırsa, bəyannamənin 30 gün müddətində təqdimi tələbi onlara tətbiq edilmir. Vergi Məcəlləsinin 221.3-cü maddəsinə əsasən, vergi ödəyicisi fəaliyyətini dayandırdıqda, bəyannamə vergi orqanına Məcəllədə müəyyən olunmuş müddətdən gec olmamaq şərtilə təqdim edilməlidir. Ona görə də vergi ödəyicisi hesabatı rübdən sonrakı ayın 20-dən (misalımızda 20 oktyabr 2021-ci il) gec olmayaraq vergi orqanına təqdim etməlidir.

Amma nəzərə almaq lazımdır ki, bu zaman vergi ödəyici üçün hesabat dövrü müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.

Ona görə də 2021-ci ilin 3-cü rüb hesabatında 1 iyul – 10 avqust 2021-ci il tarixə olan dövr haqqında məlumat verməlidir.

Zəruri qeyd: Gəlir, mənfəət və ya sadələşdirilmiş vergi ödəyiciləri fəaliyyətini dayandırdığı halda vahid bəyannaməni – “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)” növbəti rübdən sonrakı ayın 20-dək təqdim etməlidir.

Vergi ödəyicisinin mükəlləfiyyətindən asılı olmayaraq 30 gündən yox, Vergi Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq, rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına verməyə borcludurlar.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vətənin azadlığı uğrunda xidmətləri olan insanların ailələri üçün imtiyazlar

posted in: Xəbər | 0

maliyyə lizinqiVətənin azadlığı uğrunda xidmətləri olan insanlar və onların ailələri üçün imtiyazlar, eləcə də vergi güzəştləri və azadolmalar Vergi Məcəlləsinə əsasən:

– Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının;

– müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin;

– həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının;

– qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

– həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin valideynləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar;

– 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar;

– Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.

Əsaslandırma: Vergi Məcəlləsinin 102.2-ci,102.4-cü,102.7-ci maddələri.


Mənbə: sosial.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 770 771 772 773 774 775 776 2. 392