» » » Melanxoliya yaşı nə deməkdir? (1-ci hissə)

Melanxoliya yaşı nə deməkdir? (1-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

İtirilmiş zamanla bağlı kədər. Melanxoliya yaşı nə deməkdir? (1-ci hissə)

İnsanı həyatı boyu bir çox fərqli vəziyyətlərə düçar olur. Əlbəttə, hamı daha çox xoşbəxt və şən olmaq istəyir, amma, kədərli anlar da az olmur, bəzi vaxtlarda isə həmin kədər səbəbsiz də ortaya çıxa bilir. Psixoloqlar bəzən bu cür kədərləri müəyyən yaş dövrləri əlaqləndirirlər, onların sözlərinə görə orqanizm bununla bir növ həyatın ssenari üzrə getmədiyini göstərir. “Melanxoliya yaşı nə deməkdir və onunla necə mübarizə aparmalı və ümumiyyətlə, bunu etmək lazımdırmı” – fikirləri ətrafında psixoloji elmlər namizədi, psixoanalitik, dosent Aleksey Melexinin söhbətini diqqətə çatdırırıq.  

“Melanxoliya yaşı dedikdə, depressiya başa düşülür. Yəni, bir insanın depressiyaya daha çox meyilli olduğu belə müvəqqəti anlar. Xarici təcrübədə melanxoliya yaşının 30, 45, 50 və 60 yaşarası dövrlərə təsadüf etdiyi hesab olunur. Bunlar çox mühüm sərhədlərdir”, – Aleksey Melexin belə söyləyir.

Psixoanalatik qeyd edir ki, hər bir kəsin özü ilə bağlı bu yaşı dərk etməsi elə də çətin bir iş deyil. Aleksey Melexinin sözlərinə görə, onun başlıca indikatoru sanki nəsə itirmisən, nəsə  bir boşluq və narazılıq hiss edirsən kimi duyumlardır. “Həm də bu zaman insan özü ilə baş verənləri təsvir edə bilmir. Həmin an adam sanki nəsə çatışmazlıq hiss edir, amma, əgər ondan rahatsızlığın səbəbini soruşsanız, o, çətin ki, buna cavab verə bilsin. Hətta əgər o, nikahdadırsa və onun uşaqları da varsa, belə, qüssə-kədər, tənhalıq hissləri baş qaldırır”, – Aleksey Melexin söyləyir.

Psixoanalitik qeyd edir, belə bir halın inkişafının problemi ondadır ki, həmin insan bir dəfə öz xəyalına qarşı dönüklük edib – məsələn,  o, yağlı boya ilə rəsm əsəri çəkmək və ya zooparkda delfinləri yemləmək istəyib, bunun əvəzinə mühasib  peşəsinə yiyələnib və hər gün rəqəmlərlə işləyir.  Və bu zaman müəyyən yaş həddi gəlir və onu ötən dövrlərdəki hisslər bürüyür, özü də çox ciddi şəkildə. O, itirilmiş imkanlara görə təəssüf hissləri keçirməyə başlayır. “Bu zaman insan ötən dövr hisslərinin əsarətinə düşür, gələcəkdə isə həmin şəxsi qorxular təqib edir, indiki zamanda isə nədənsə yapışmaq üçün bir şey tapa bilmir: hər yerdə iş və problemlər onun üzərinə gəlir”, – psixoanalitik qeyd edir. Həmin səbəbdən melanxoliya yaşı həm də zamanda özünəməxsus səyahət kimi də başa düşülür. Yəni, insan zehni olaraq keçmişdə yaşayır və ya əksinə tam şəkildə gələcəkdə yaşayır.

İndiki zamanda isə insanı heç nə sevindirmir. “Birbaşa apatiya ortaya çıxır, insan nəsə istəyir, lakin, yenə də məhz, nə istədiyini anlaya bilmir. O, mağazaya gedir, özünə geyim, yeni telefon alır, lakin, onu təmin edəcək hissləri ala bilmir”, – Aleksey Melexin belə deyir. Həmin anlarda özünə yalnız belə bir sual vermək qalır, siz öz həyatınızdan nələri çıxarıb atmaq istərdiniz. “Ola bilsin ki, həqiqətən rəsm çəkmək istəmisiniz. Və psixika istəyir ki, siz elə bu istiqamətdə hərəkət edəsiniz, yoxsa ki, özünüzü kədərə qərq etmək kimi şeylər yenidən təkrarlanacaq”, – psixoloq qeyd edir.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun