» » » Melanxoliya yaşı nə deməkdir? (2-ci hissə)

Melanxoliya yaşı nə deməkdir? (2-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

İtirilmiş zamanla bağlı kədər. Melanxoliya yaşı nə deməkdir? (2-ci hissə)     melanxoliya yaşı

Vəziyyəti necə düzəltməli

Əgər yenə də sizi kədər bürüdüyünü hiss edirsinizsə, onda ilk növbədə özünüzlə mübarizədən başlamalısınız. “İlk növbədə nə etmək lazımdır?, – bu, özünüzlə suallar şəklində danışmaq olmalıdır. Və ilk sual belə qoyulmalıdır – çatışmayan nədir?” – Aleksey Melexin söyləyir. Özü də bu zaman o, qeyd edir ki, əgər depressiya dalğası gəlirsə, dərhal məyusluğa qapılmayın. “Vaxtilə hələ Yunq demişdi ki, depressiya – bu qara qadındır. Və əgər o, gəlibsə, bu heç də o demək deyil ki, onun hansısa xarakteri vardır, deməli, həmin an üçün o insandan ötrü hansısa aktual bir sual vardır. Və belə bir vəziyyət – norma hesab olunur”, Aleksey Melexin deyir.

Müvafiq olaraq, gücünüz azalan vaxtlarda və melanxoliya ortaya çıxdıqda, özünüzə çatışmayan nədir, sualını verməlisiniz və ağlınıza gələn ilk şey cavab olacaqdır. Məsələn, kim isə həmin vaxtlarda sadəcə istirahət etməklə depressiya vəziyyətindən çıxa bilər.

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz


Eləcə də vəziyyəti korrektə etmək üçün düşdüyünüz rejimdən uzaqlaşmalısınız, mütəxəssis belə söyləyir. “Bizdə müasir mədəniyyət bundan çox “istifadə edir”. Məsələn, depressiyaya görə mütəxəssisin yanına getməyi, müxtəlif preparatlardan istifadə etməyi məsləhət görürlər. Amma, bu faktiki olaraq reallıqdan yayındırmaqdadır. Axı, həmin anda özünüzlə sual görüşü olmalıdır.

Çünki melanxoliya yaşı – bu, sanki özünüzü artıq nə iləsə qidalandırmısınız və sizi ürəkbulanma tutub kimi bir məsələyə oxşayır. Və bu zaman başa düşmək çox mühümdür ki, bəs mən nə istəyirəm, bu, digərlərinin ardınca nələrisə istəməyə bənzəmir ki, çünki onlar gediblər – və mən də getməliyəmmi?! Məsələn, qonşu tullanır və zalda gəzişir və mən də belə istəyirəm. Bəs, əslində siz bunu istəyirsinizmi? Və yaxud hamı kimi olmaq istəyirsinizmi? Melanxoliya yaşı çox vaxt buna bənzər həyat yaşayanlarda peyda olur, amma, ola bilsin ki, sizin xoşbəxtliyiniz tamam başqa şeydədir”, – psixoloq belə söyləyir.

Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun