» » » İtirilmiş zamanla bağlı kədər. Melanxoliya yaşı nə deməkdir? (3-cü hissə)

İtirilmiş zamanla bağlı kədər. Melanxoliya yaşı nə deməkdir? (3-cü hissə)

posted in: Xəbər | 0
birbank biznes

İtirilmiş zamanla bağlı kədər. Melanxoliya yaşı nə deməkdir? (3-cü hissə)


  melanxoliya yaşı

Öz həqiqi arzularınızı necə dərk etməli

Bəzən insanlar başqa bir problemlə də üzləşirlər: onlar hətta öz arzularını belə özləri üçün müəyyənləşdirə və onları ümumqəbul olunanlardan ayıra belə, bilmirlər. “Dərk etməyin ən sadə üsulu odur ki, siz başqa birinin yolu ilə gedirsiniz, – siz yorulursunuz. Siz hətta guya istirahət edirsiniz, nəsə xoşunuza gələn bir işlə məşğulsunuz, amma, daxili bir yorğunluq, hansısa hər şeyin sizi təngə gətirdiyini hiss edirsiniz. Sanki bu mənim deyil. Biz bunu həm də yad bir bədən hissi də adlandırırıq. Onu dərk etmək mümkündür. Yenə də misal üçün, əgər biz qadından danışırıqsa, əsəbilik, göz yaşları və təcridolunma vəziyyəti yaranacaq”, – Aleksey Melexin qeyd edir. Və burada başlıca olan – arzunu aşkara çıxarmaqdır.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz


Özü də bu zaman mütəxəssis qeyd edir ki, cədvəl tərtib edib, özünüzü nəsə boş bir şeylə aldatmağa, məsələn, hər şeyi bilən bir insandan hansısa dayaq axtarmağa, lüzum yoxdur, eləcə də intenetdə axtarış dünyasına qərq olmaq, jurnalları vərəqləməyə və s. ehyiyac yoxdur. Öz marşrutunuzu cızmağı sınaqdan keçirməlisiniz: nəyi arzu edirəm, mən nə istəyirəm?

Özünüzü telefon kimi təqdimetmə variantını sınaya bilərsiniz. Məsələn, təsəvvür edin ki, siz səhər yuxudan oyanmışınız, enerjiniz bitmək üzrədir: 20 faiz enerjiniz qalıb və onu doldurmaq üçün imkanınız yoxdur. Həmin anda məhz, öz gününüzü necə və hansı rejimdə keçirmək barədə qərar qəbul edin: sanki sizi qurublar, elə bil təkər içində qaçan dələsiniz, ailə başçısısınız, rahatlıq istəyirsiniz və s..

Və bu zaman dərhal ən mühüm olanlar ön plana çıxacaq, ikinci dərəcəlilər isə yox olacaq. “Və ən təəccüblüsü odur ki, bu halda axşama doğru siz enerjinizin 80 faiz həddində olduğunu hiss edəcəksiniz. Və o anda ən başlıcası – vəsvəsəyə düşməmək və həmin enerjini dərhal məsrəf etmək lazım deyil, onu gələcəyə saxlamaq lazımdır. Həmin anda enerjinizi məsrəf etmək deyil, qənaət etmək məntiqi hərəkətə gəlməlidir”, – Aleksey Melexin belə söyləyir.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun