» » » 10 ən böyük bank soyğunçuluğu (1-ci hissə)

10 ən böyük bank soyğunçuluğu (1-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

10 ən böyük bank soyğunçuluğu (1-ci hissə)

1831-ci ilin mart ayında ABŞ-da mətbuat tərəfindən geniş işıqlandırılan ilk böyük bank soyğunçuluğu baş verib. Dublikat açarlardan istifadə edən iki soyğunçu, Uoll-Stritdəki New York City Bankına daxil olmuş və oradan 245 min dollar apara bilmişdi ki, bu da o zaman üçün böyük bir məbləğ təşkil edirdi. Bu və digər bank soyğunçuluqları barədə məlumatı diqqətinizə çatdırırıq.

Nyu-Yorkun şəhər bankı

Tarix: 1831-ci il, 19 mart

Yer: Nyu-York, ABŞ

Məbləğ: 245 min dollar

Cari kursla: 7,5 milyon dollar

1831-ci il martın 19-dan, 20-ə keçən gecə Ceyms Honimen və Uilyam Mürrey Nyu-Yorkda Uoll Stritdə yerləşən Şəhər bankına daxil olublar. Onlar içəri girmək üçün mumun köməyi ilə əldə etdikləri açarların dublikatından istifadə etmişdilər. Gecə ərzində qarətçilər anbardan 245 min dollar çıxara bilmişdilər. Onlar bankı şəhər gözətçiləri növbəni dəyişdirdikdən sonra arxalarınca qapını bağlayaraq, tərk etmişdilər.

Martın 21-də New York Journal of Commerce hadisə ilə bağlı “Böyük bank soyğunçuluğu” başlığı altında bir xəbər yayımladı. Daha sonra bankdan oğurlanan pulların qaytarılması üçün “5000 dollar mükafat” ayrılması haqqında elan dərc edilmişdi. Sonra həmin məbləğ 10 min dollara kimi artırılmışdı. Oğrular bir neçə gündən sonra konstebel Cekob Heys tərəfindən tutulmuşdu. O, Honimendən şübhələnmişdi, çünki həmin şəxs bir müddət əvvəl mağaza oğurluğunda da ittiham olunmuşdu. Axtarış zamanı onun evindən 185 min dollar tapılmışdı.

Cinayətkarlar beş il həbs cəzası aldılar. Oğurlanan pulların bir hissəsini isə geri qaytarmaq mümkün olmamışdı.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz


United California Bank

Tarix: 1972-ci il, 24 mart

Yer: Laquna-Nigel, ABŞ

Məbləğ: 9 milyon dollar

Cari kursla: 55 milyon dollar

Soyğunçuluq məşhur seyf qarətçisi Amil Dinsio tərəfindən təşkil olunmuşdu. O, qardaşını, iki qardaşı oğlunu, qaynını və daha iki dostunu da özü ilə bu işə götürmüşdü.

Gecə onlar dinamitin köməyi ilə United California bankının depozitlər anbarının tavanında deşik açmış və içəri daxil ola bilmişdilər. Siznalizasiyanı söndürdükdən sonra qarətçilər 458 bank hücrəsini qırmış və cinayət yerini maneəsiz tərk edə bilmişdilər.

Belə bir versiya da var ki, quldurlar prezident Riçard Niksonun seçkiqabağı kampaniya üçün topladığı pulları oğurlamağı planlaşdırıblarmış, amma, bankı səhv salıblarmış. Bir neçə aydan sonra quldur dəstəsi Ohayo ştatında da analoji soyğunçuluq hadisəsi törətmişdilər. Bu, FTB-nin onların izinə düşməsinə və nəticə etibarilə sonradan bütün soyğunçuları həbs etməsinə və oğurlanmış pulların böyük hissəsinin geri qaytarılmasına imkan vermişdi.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun