» » » 10 ən böyük bank soyğunçuluğu (2-ci hissə)

10 ən böyük bank soyğunçuluğu (2-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

10 ən böyük bank soyğunçuluğu (2-ci hissə)

1831-ci ilin mart ayında ABŞ-da mətbuat tərəfindən geniş işıqlandırılan ilk böyük bank soyğunçuluğu baş verib. Dublikat açarlardan istifadə edən iki soyğunçu, Uoll-Stritdəki New York City Bankına daxil olmuş və oradan 245 min dollar apara bilmişdi ki, bu da o zaman üçün böyük bir məbləğ təşkil edirdi. Bu və dirgər bank soyğunçuluqları barədə məlumatı diqqətinizə çatdırırıq.

Northern Bank

Tarix: 2004-cü il, 19 dekabr

Yer: Belfast, Şimali İrlandiya

Məbləğ: 26,5 milyon funt sterlinq

Cari kursla: 60,6 milyon dollar

2004-cü il dekabrın 19-u axşam cinayətkarlar polis geyimində Northern bankının iki menecerinin – Kris Uord və Kevin Makmallanın evinə soxulublar və onların ailələrini girov götürüblər. Ertəsi gün yaxınlarını öldürəcəkləri ilə hədələyən quldurlar, menecerlərə iş yerinə – banka getmələrini əmr edirlər.

Bank bağlandıqdan sonra Uord və Makmallan yeraltı pul anbarının qapısını açıblar. Qəniməti aparmaq üçün cinayətkarlar avtofurqonla iki reys edirlər.

Hakimiyyət orqanları bu oğurluqda İrlandiya respublika ordusunu (İRA) əli olduğunu bəyan etmişdilər. İRA-nın rəhbərliyi isə məsuliyyəti öz üzərinə götürməkdən imtina etmişdi və bu ittihamları “sülh danışıqlarını növbəti dəfə pozulmasına xidmət etdiyini bildirmişdi”. Bu cinayət işi indiyə kimi açılmamış qalmaqdadır.


Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz


Britaniyanın Yaxın Şərq bankı

Tarix: 1976-cı il, 20 yanvar

Yer: Beyrut, Livan

Məbləğ: 20-50 milyon dollar

Cari kursla: 90-224 milyon dollar

Soyğun Livanda vətəndaş müharibəsinin getdiyi dövrdə baş vermişdi. Naməlum şəxslər qrupu həmin vaxt bağlı olan Britaniyanın Yaxın Şərq bankına silahlı basqın etmişdi.

Seyfə yaxın düşmək üçün cinayətkarlar binanın divarını partlatmışdılar. Müxtəlif dəyərləndirmələrə görə, soyğunçu dəstənin qəniməti 20 milyon dollardan 50 milyon dollara kimi təşkil edə bilərdi ki, bura nağd pullar, qızıl külçələri, zinət əşyaları və qiymətli kağızlar daxil idi. Bankı tərk edərkən soyğunçular izlərini yox etmək üçün binanı yandırmışdılar.

Bu qarətin kimlərdən tərəfindən edildiyi indiyə kimi naməlum olaraq qalmaqdadır. Versiyalardan birinə görə, qarətçilər Fələstin azadlıq Təşkilatının üzvləri olublar.


Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun