» » » 10 ən böyük bank soyğunçuluğu (3-cü hissə)

10 ən böyük bank soyğunçuluğu (3-cü hissə)

posted in: Xəbər | 0
birbank biznes

10 ən böyük bank soyğunçuluğu (3-cü hissə)

1831-ci ilin mart ayında ABŞ-da mətbuat tərəfindən geniş işıqlandırılan ilk böyük bank soyğunçuluğu baş verib. Dublikat açarlardan istifadə edən iki soyğunçu, Uoll-Stritdəki New York City Bankına daxil olmuş və oradan 245 min dollar apara bilmişdi ki, bu da o zaman üçün böyük bir məbləğ təşkil edirdi. Bu və dirgər bank soyğunçuluqları barədə məlumatı diqqətinizə çatdırırıq.

Braziliyanın Mərkəzi bankı

Tarix: 2005-ci il, 6 avqust

Yer: Fortaleza, Braziliya

Məbləğ: 164 milyon braziliya realı

Cari kursla: 93,6 milyon dollar

Cinayətkarlar quldurluqdan üç ay əvvəl şəhərin mərkəzində kommersiya xarakterli daşınmaz əmlakı icarəyə götürmüş və Braziliyanın Mərkəzi bankının binasına qədər iki şəhər məhəlləsinin altından 78 metr uzunluğunda bir tunel qazmışdılar. Həmin tunel ağac dayaqlarla möhkəmləndirilmiş, elektrik xətti və ventilyasiya sisemi ilə təchiz olunmuşdu.

2005-ci il avqustun 6-da axşam vaxtı, soyğunçular bankın dəmir-betondan olan divarını deşib pulların mühafizə olunduğu yerə daxil ola bilmişdilər. Onlar həmin yerdən 3,5 ton ağırlığında kağız əskinaslar – 164 milyon braziliya realı apara bilmişdilər.

Bu soyğunda güman olunduğuna görə, 25 nəfər adam iştirak etmişdi ki, onlardan yalnız səkkiz nəfəri həbs olunmuşdu. 164 milyon realdan yalnız 20 milyon realı qaytarılmışdı.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz


Securitas anbarı

Tarix: 2006-cı il, 21-22 fevral

Yer: Tonbridc, Böyük Britaniya

Məbləğ: 53 milyon funt sterlinq

Cari kursla: 113 milyon dollar

Fevral ayının 21-də axşam polis geyimində olan cinayətkarlar Securitas bank anbarının meneceri Kolin Diksonu və onun ailəsini oğurladılar. Onları anbara gətirmiş və təhdid altında avtomobili içəri salmaq üçün qapıları açmağa məcbur etmişdilər. Bir saat ərzində cinayətkarlar avtofurqona İngiltərə Bankına məxsus 53 milyon funt sterlinqi yükləyərək, aradan çıxmışdılar.

İstintaq britaniya standartlarına görə, görünməmiş məbləğə – 5 milyon funt sterlinqə başa gəlmişdi. Bankın qarət olunması ilə əlaqəli 13 nəfərə qarşı ittiham irəli sürülmüşdü, onlardan yalnız yeddi nəfəri mühakimə olunmuşdu.

Soyğunun əsas təşkilatçısı qaydasız döyüşlərin keçmiş iştirakçısı Li Mürrey idi və 2010-cu ildə o, 10 il müddətinə həbs olunmuşdu. Qaçışa cəhd etdiyinə görə ona verilən həbs cəzası 25 ilə kimi artırılmışdı. Polis 53 milyon funt sterlinqdən yalnız 21 milyon funt sterlinqi tapa bilmişdi.


Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun