» » » Kiçik və orta sahibkarlıq üçün ən yaxşı biznes-ideyalar (3-cü hissə)

Kiçik və orta sahibkarlıq üçün ən yaxşı biznes-ideyalar (3-cü hissə)

posted in: Xəbər | 0
birbank biznes

Kiçik və orta sahibkarlıq üçün ən yaxşı biznes-ideyalar (3-cü hissə)biznes-ideyalar

Biznes-ideyalar barədə düşünmüsünüz? Pul qazanmaq üçün nə ilə məşğul olacağınızı bilmirsiniz? Bu yazıda biz 2020-ci ilin ən aktual 30 biznes-ideyalarını birləşdirmişik. Bu biznes ideyalar artıq yeni fəaliyyətə başlayan sahibkarlarla məşhurdur və yaxın illərdə inkişaf baxımından böyük biznes-perspektivlərinə malikdir.  

10-cu biznes-ideya: Avtoyuma-özünəxidmət

Ölkədə avtomobil parkı hər il təxminən 1,5 milyon ədəd artır. 2019-2020-ci ildə Rusiyada təxminən 43-45 milyon minik avtomobili olub. Avtomobil ilə əlaqəli bir biznes-ideyasını həyata keçirmək perspektivi cazibəli görünür. Axı, avtomobillərin sayının artması, avtoyuyucuya da tələbatı artırır. Hesablanıb ki, hər il təxminən 110 yeni avtoyuma yeri tələb olunur. Bu gün ən yüksək məhsuldarlığa özünəxidmət avtomobil yuyucuları sahibdirlər. Onların məhsuldarlığı konveyer avtoyumaya nisbətən 3-4 dəfə və əllə avtoyumaya nisbətən on dəfə yüksəkdir. 4 ədəd avtomobilin eyni vaxtda yuyulmasını təmin edən belə bir məntəqə təxminən 5,5 milyon rubla (75 min ABŞ dolları) başa gəlir. Rusiya şəhərlərində rəqabətin sıxlığının biznes statistikası göstərir ki, 100 min nəfər əhali yaşayan ərazidə orta hesabla 3 avtomobil yuma xidməti fəaliyyət göstərir.

11-ci biznes-ideya: Onlayn transformasiya oyunları

Onlayn-biznesin ən populyar biznes-ideyalarından biri transformasiya stolüstü oyunlarıdır. Belə bir oyun zamanı oyunun prinsiplərini oyunçulara izah etməklə görüşün moderatorluğunu həyata keçirən aparıcı-təşkilatçı oyunçulara kömək edir və onların istənilən nəticəyə nail olmasına kömək edir. Transformasiya oyunlarının nəticəsi dedikdə, sadəcə qələbə deyil, real həyat sferası üçün əldə olunan hansısa dərs nəzərdə tutulur: mövzular münasibətlər, ailə, karyera, iş, özünüinkişaf, yaradıcılıq potensialının inkişaf etdirməsi və daha çox şey ola bilər. Belə bir fəaliyyətə oyun praktikası deyilir. Əgər belə bir biznes əvvəllər əsasən oflaynda keçirilirdisə, bu gün onlayn-format da mümkündür. Onlayn-format üçün isə demək olar ki, sərmayə qoyuluşu tələb olunmur.

12-ci bznes-ideya: İnkişaf edən uşaq klubu.

Dövlət təhsilinin keyfiyyəti ilə bağlı mənfi rəy dalğası artdıqca, əhalinin əlavə təhsilin biznes ideyalarına olan tələbatı da artır. Ən perspektivli ideyalardan biri uşaq təhsili, yəni, uşaq inkişaf klublarıdır. Bu işdə əsas məsələ – bir təhsil proqramının hazırlanmasıdır. Əgər özünüz yaratmaq istəmirsinizsə və ya sərbəst şəkildə bunu edə bilmirsinizsə, franşizdən birini əldə edə bilərsiniz. Sonuncular çox vaxt dərs dərs planları ilə yanaşı hazır metodlar da təklif edirlər.

13-cü biznes-ideya: Ticarət mərkəzində uşaq yaradıcılığı studiyası

Bir çox ölkələrdə, o cümlədən Rusiyada ticarət mərkəzlərinin açılışı biznes-ideyası genişlənməkdə davam edir, onların sayının artması ilə yanaşı alış-verişlərin ardınca ailəvi ziyarət mədəniyyəti də genişlənməkdədir. Həmin ticarət mərkəzlərində ada şəklində təşkil edilən uşaq yaradıcılıq studiyaları, valideynlərə öz kiçik yaşlı uşaqlarını etibar edə biləcəkləri maraqlı bir yerə çevrilib. Belə bir mini-studiyanı 500 min rublluq (6800 dollar) sərmayə yatırmaqla təşkil etmək mümkündür.

14-cü biznes ideya: Yaradıcılıq mağazası

Asudə vaxtın biznes-ideyası mövzusuna həsr olunmuş sorğular göstərir ki, rusların əksəriyyəti öz asudə vaxtını ev şəraitində keçirir, buna kino, kafe, piyada gəzintilər və s. nisbətən daha çox üstünlük verirlər. Yaradıcılıq mağazalarının çeşidləri məhz, bu cür, asudə vaxtlarını evdə keçirənlərə hədəflənib. Yaradıcılıq mağazaları üçün ən böyük perspektivlərə böyük şəhərlər malikdirlər.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun