» » » Kiçik və orta sahibkarlıq üçün ən yaxşı biznes-ideyalar (2-ci hissə)

Kiçik və orta sahibkarlıq üçün ən yaxşı biznes-ideyalar (2-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

Kiçik və orta sahibkarlıq üçün ən yaxşı biznes-ideyalar (2-ci hissə)Biznes-ideyalar

Biznes-ideyalar barədə düşünmüsünüz? Pul qazanmaq üçün nə ilə məşğul olacağınızı bilmirsiniz? Bu yazıda biz 2020-ci ilin ən aktual 30 biznes-ideyalarını birləşdirmişik. Bu biznes ideyalar artıq yeni fəaliyyətə başlayan sahibkarlarla məşhurdur və yaxın illərdə inkişaf baxımından böyük biznes-perspektivlərinə malikdir. 

5-ci biznes-ideya: Pitseriya

Görünən budur ki, bu gün hər hansı bir pitsa biznes-ideyası heç kəsi təəccübləndirə bilməz, amma, pitseriyaların sayı durmadan artmaqdadır. Bu isə bazarın hələ də tələbatı tam şəkildə təmin etmədiyini göstərir. Hər dəqiqə ərzində Rusiyada təxminən 400 pitsa parçası yeyilir. Müştərilər pitsanı sonsuz sayda ləzzət kombinasiyasına görə, sahibkarlar isə onu ucuz qiymətinə və asanlıqla hazırlanmasına görə sevirlər. Pitsa biznesi üzrə ümumnəzəri amilləri və tipik pitseriya üçün hesablamalarla bununla bağlı biznes təlimatlarda tanış ola bilərsiniz.

6-cı biznes-ideya: Manikür studiyası

Peşəkar manikür dəbi, ölkənin qadın əhalisi arasında özünə getdikcə daha möhkəm yer tutur və gündəlik normaya çevrilir. Bu tendensiyanın nəticəsi olaraq – manikürü tez, keyfiyyətli və istənilən büdcədə etməyə imkan verən xüsusi manikür salonlarının sayı artır. Manikür studiyasının və ya manikür kabinetinin açılışına investisiyalar yatırmaq, eləcə də bu biznes-ideyasına çəkilən xərclər və əldə edilən gəlirləri bu sahə ilə bağlı təlimatdan tapa bilərsiniz.

7-ci biznes-ideya: Avtomobil malları mağazası

Avtomobil malları və avtomobillərin ehtiyat hissələrinin satışı üzrə biznes öz aktuallığını sadə səbəbə görə itirmir: əksər ölkələrdə həmişə olduğu kimi avtomobillərin sayı durmadan artır. İnternet-mağazaların sayı sürətlə artsa da, alıcıların əksəriyyəti elə də bahalı olmayan məsrəf materiallarını və detalları almaq mümkün olan ənənəvi stasionar nöqtələrə də ehtiyac duyurlar. “Qənaətcil” və “standart” qiymət kateqoriyalarında işləyən biznes-plan nümunəsi ilə də internetdə tanış olmaq mümkündür.

8-ci biznes-ideya: Freş-bar, smuzi-bar

Təzə sıxılmış meyvə şirələrinin (freşlərin) və ya onların əsasında digər içkilərin satışı üzrə ixtisaslaşan stasionar və ya səyyar iaşə məntəqələrinə freş-bar deyilir.Onlar cus-bar və ya smuzi-bar da adlandırıla bilər. Belə barların dəbdə olmasının əsas səbəbləri – əhalinin yeniliklərə və sağlam həyat obrazına sevgisindən irəli gəlir. 2QİS servis-xidmətinin statistikasına görə, freş-barlar hazırda trenddədir: 2017-ci ildən başlayaraq, milyonçu-şəhərlərdə belə barların sayı 48% artaraq, 2084-ə çatıb. 2020-2021-ci illərdə də freş-barların sayının artacağı gözlənilir. Adətən freş-bar biznes-ideyasının həyata keçirilməsi üçün 350-500 min rubl (4775-6810 ABŞ dolları) məbləğində pul kifayət edir. Özü də bu zaman bir neçə kv. metrlik sahə ilə də keçinmək mümkündür. Şirələrə yüksək qiymət qoyulmasına baxmayaraq, təzə barlar orta hesabla 100-200 min rubldan (1360-2720 dollar) çox qazanc gətirmir.

9-cu biznes-ideya: Duz otağı

Duz otaqları və ya duz mağaraları şəhərlərdə bir neçə il əvvəldən peyda olmağa başlayıb və onların çoxalması prosesi hələ də zəifləməyib. İri şəhərlərdə orta hesabla hər 100-200 min nəfərə iki duz mağarası düşür. Bu biznes növünün məşhurlaşmasının səbəbləri çox sadədir: o, böyük təcrübə, hansısa xüsusi biliklər, hakimiyyət tərəfindən icazə alınmasını və ciddi yatırımlar edilməsini tələb etmir. Bu işin mahiyyəti çox sadədir: siz bu sahədə ixtisaslaşan bir şirkətin vasitəsilə elə də böyük olmayan bir otağı dizayn yolu ilə mağara formasına salırsınız və oraya duz tökürsünüz. Ziyarətçilər duzla zəngin hava ilə nəfəs almaq üçün gəlirlər, bu da onlara sağlamlıqlarını yaxşılaşdırmağa və sinirlərini sakitləşdirməyə imkan verir. Əlbəttə ki, qonaqların sizin mağaranıza gəlmələri və duzla zəngin havanı udub, pullarını təmiz qəlblə sizə vermələrindən ötrü mağaraya gözəl şəkildə tərtibat vermək lazımdır. Duz otağı 2020-2021-ci illər əla startap ideyasıdır.


Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun