» » » Kiçik və orta sahibkarlıq üçün ən yaxşı biznes-ideyalar (1-ci hissə)

Kiçik və orta sahibkarlıq üçün ən yaxşı biznes-ideyalar (1-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

Kiçik və orta sahibkarlıq üçün ən yaxşı biznes-ideyalar (1-ci hissə)

Biznes-ideya barədə düşünmüsünüz? Pul qazanmaq üçün nə ilə məşğul olacağınızı bilmirsiniz? Bu yazıda biz 2020-ci ilin ən aktual biznes-ideyalarını birləşdirmişik. Bu biznes-ideyalar artıq yeni fəaliyyətə başlayan sahibkarlarla məşhurdur və yaxın illərdə inkişaf baxımından böyük biznes-perspektivlərinə malikdir. 

Hər ay bütün dünyada yeni layihələr həyata keçirən biznes-ideyalar peyda olur. Onların əksəriyyətinin həyata keçirilməsi Rusiya şəraitində ya tamamilə mümkün deyil. Ya da yalnız Moskva və Sankt-Peterburq üçün uyğundur.

Bu yazıda biz son zamanlar sahibkarlar arasında populyar olan 2020-ci ilin real biznes-ideyalarını təqdim edirik. Həmin biznes-ideyaları digər yerlərdə də gerçəkləşdirilə bilərlər və yəqin ki, həmin ideyalardan yalnız 2020-ci ildə deyil, növbəti illərdə də bəhrələnmək mümkündür.

1-ci biznes-ideya: İnstaqramda biznes

Bu gün instaqram vasitəsi ilə hazır malların və ya xidmətlərin satışından tutmuş sosial şəbəkənin özündə pul qazanmağa, hesabların təşviqinə və idarə olunmasına, instagram şəkillərinin satılmasına və ya tapşırıqların yerinə yetirilməsinə qədər bir çox yol var. Saytın unikallığı ondan ibarətdir ki, o, həm asan qazanc üçün variantları tapmağa, həm də ruha yaxın sevimli mövzuda bloqların aparılmasına imkan verir. Populyarlığın artması ilə bir çox instagram-bloqerləri reklam postlarının satışı ilə qazanmağa başlayıblar.

2-ci biznes-ideya: Vendinq

Əgər Yaponiya və ABŞ-da bir ticarət avtomatı müvafiq olaraq 20-40 nəfərə xidmət edirsə, bizim ölkədə vendinq vasitəsilə alış-veriş biznes-ideyasına alıcılar hələ vərdiş etməyiblər. Rusiyada bir ticarət avtomatı 1000 nəfərə xidmət edir. Lakin, əhalinin nağdsız ödəniş kartlarından hansı sürətlə istifadə etməyi öyrəndiyini nəzərə alsaq, ümid etmək olar ki, insanlar avtomata daha tez alışmağa başlayacaqlar. Vendinq sahəsində biznesi necə açmaqla bağlı biznes təlimatı ilə internetdən  tanış olmaq olar.

3-cü biznes-ideya: Çörəkbişirmə

Kiçik çörəkbişirmə müəssisəsi bu gün ən populyar biznes-ideyalardan biridir. Bulka və çörəkbişirmə müəssisələrinin sayı Rusiyanın şəhərlərində yağışdan sonra çıxan göbələklər kimi artır. Bu biznes sahəsində ən cəlbedici olan iki şeydir: bu yüksək tələbat və çoxlu sayda rəqiblər arasında işi davam etdirmək imkanıdır. Kiçik format sayəsində çörək bişirənlərə yerli sakinlərin zövqünə uyğunlaşmaq və alıcılara çörək zavodlarının məhsullarından daha dadlı və təzə bir şey təklif etmək daha asandır. Rusiyada çörək biznesinin işə salınmasına dair tam təlimatla “Çörək bişirən” xüsusi layihəmizdə tanış ola bilərsiniz.

4-cü biznes-ideyası: Stikerşop

Biznes-ideyasını seçərkən, stikerlərə diqqət yetirmək lazımdır – bu gün o, gənclər və yeniyetmələr arasında populyar mövzu və öz işindən ötrü yaxşı variantlardan biridir. Stiker qəhrəmanları məşhur karikatura seriyası, film qəhrəmanları, müğənnilər və müxtəlif məşhur şəxsiyyətlər ola bilər. Ölkənin iri şəhərlərində, hətta ixtisaslaşmış ticarət nöqtələri – stikerşoplar peyda olmağa başlayıb. Hansılar ki, stikerlərdən başqa bu və ya digər qəhrəmanların pərəstişkarları üçün müxtəlif qeyri-adi suvenirlərlə ticarət edirlər. Bu biznes növü və onun gəlirliliyi haqqında daha ətraflı məlumat stikerşopun açılması üçün təlimatda oxuya bilərsiniz.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun