» » » Mühasib necə çox qazana bilər (1-ci hissə)

Mühasib necə çox qazana bilər (1-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

Mühasib necə çox qazana bilər (1-ci hissə)mühasib

İş axtarış portallarından daxil olan vakansiyalara görə, Ukraynada mühasibin orta əməkhaqqı 500 dollardır. Maliyyə direktorları ayda 2000-5000 dollara, baş mühasiblər isə 630-2000 dollara arxalana bilərlər.

Rusiya Federasiyasının iş portallarında vakansiyaların təhlili göstərdi ki, maliyyə şöbəsinin mütəxəssisləri ən çox Moskvada – ayda 793 dollar qazanırlar. Sankt-Peterburqda işəgötürənlər 424-1240 dollar intervalında əməkhaqqı vəd edir. Bu ölkədə maliyyə direktoru isə 9569 dollar maaşa ümid edə bilər. Lakin, bu məbləğdə məvaciblər yalnız iri şəhərlərdə əlçatandır. Yeni işə başlayan maliyyəçilər isə 3189 dollara kimi əməkhaqqı ala bilirlər.

Headhunter saytının statistikasına görə, Qazaxıstanda, Alma-Ata şəhərində mühasib 411 dollar, Nur-Sultanda (Astana) 393 dollarKaraqanda vilayətində isə 329 dollar maaş alırlar.

Qazaxıstanda bu cür peşələr siyahısında ən yüksək maaş alan büdcə mühasibidir. Orta əməkhaqqı səviyyəsi 840 dollar təşkil edir. İkinci yerdə 671 dollar maaşla – mühasib-məsləhətçi, üçüncü yerdə isə 527 dollar məvaciblə sahə mühasibi qərarlaşıb.

Milli karyera xidmətinin saytında yerləşdirilən məlumata görə, Böyük Britaniyada mühasib ay ərzində 4560-6324 ABŞ dolları qazanır. Tam olmayan stavka ilə baş mühasib il ərzində ortalama 33 644 – 53 582 dollar əməkhaqqı ala almağa ümid edə bilərlər. Tam stavka ilə işləyən mütəxəssislər isə öz gəlirlərini artıra bilər və orta illik əməkhaqqı olaraq 51 988 – 84 906 dollar ala bilərlər.

Şotlandiyada da baş mühasibin əməkhaqqı bu bölgədə işəgötürmə artımı səbəbiylə demək olar ki, Londondakı (hazırda Böyük Britaniyada bu, ən yüksək ödənişdir) səviyyədədir.

ABŞ-da mühasibin orta əməkhaqqı il ərzində 43190 dollar təşkil edir, lakin, adətən 37903 və 48445 dollar arasında dəyişir. Əməkhaqqı diapazonu təhsil, o cümlədən bir çox mühüm amillərdən – sertifikatlar, əlavə bacarıqlar, peşədə keçirilən illərin sayı və s. asılı olaraq geniş şəkildə dəyişə bilər.

Məsələn, ABŞ-ın aeronavtika və kosmik fəzanın tədqiqatları üzrə Milli idarəsi mühasibə ildə 73096 dollar-113900 dollar əməkhaqqı vəd edir.

Yüksək qiymətli vakansiya işlərində üstünlük verilən bacarıqların siyahısı:

Riyaziyyat və iqtisadiyyatın əsasları üzrə yaxşı biliklər;

Statistika və maliyyə, əmək qanunvericiliyi, mühasibat qanunvericiliyi, auditin əsasları barədə biliklər;

Mühasibat proqramları işləmək bacarıqları;

Özünütəhsil qabiliyyəti;

Rəqəmlər və hesablamalara sevgi;

İşgüzar idarəetmə, mühasibat uçotu və ya maliyyə sahəsində təhsil;

Expat Accounting iş təcrübəsi;

SAP-da iş təcrübəsi;

MHBS/GAAP ilə bağlı təməl biliklər;

Əla təhlil, problemi həll etmək və təşkilati bacarıqlar;

İngilis dilini bilmək;

Microsoft Excel, Word və PowerPoint sahəsində iş təcrübəsi;

ERP-sistemlərində (idarəetmə uçotu) işləmək bacarıqları;

Çevik iş cədvəllərinə riayət etmək bacarığı;

Mühasibat uçotu prinsiplərinin, təcrübələrinin, standartlarının, qanunlarının və normativ aktlarının təsdiq edilmiş biliyi;

Auditin aparılması sahəsində təceübə;

Texniki qeydlərin tərtibi sahəsində təcrübə;

Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları;

Cross-mədəniyyət komandası və departamentlər/təşkilatlar arasında müsbət iş əlaqələrini inkişaf etdirilməsi və dəstəklənməsi bacarığı;

Güclü şəxsiyyətlərarası və ünsiyyət bacarıqları, müştəri dəstəyinə istiqamətləndirmə və təşkilatın bütün səviyyələri ilə işləmək bacarığı;

Problemləri effektiv şəkildə həll etmək və qərarlar qəbul etmək bacarığı daxil olmaqla, güclü analitik və tənqidi düşünmə bacarıqları;

Biznes proseslərinin daha effektiv modellərini müəyyənləşdirmək və həyata keçirmək bacarığı.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun