» » » 10 ən böyük bank soyğunçuluğu (4-cü hissə)

10 ən böyük bank soyğunçuluğu (4-cü hissə)

posted in: Xəbər | 0
birbank biznes

10 ən böyük bank soyğunçuluğu (4-cü hissə)bank soyğunçuluğu

1831-ci ilin mart ayında ABŞ-da mətbuat tərəfindən geniş işıqlandırılan ilk böyük bank soyğunçuluğu baş verib. Dublikat açarlardan istifadə edən iki soyğunçu, Uoll-Stritdəki New York City Bankına daxil olmuş və oradan 245 min dollar apara bilmişdi ki, bu da o zaman üçün böyük bir məbləğ təşkil edirdi. Bu və dirgər bank soyğunçuluqları barədə məlumatı diqqətinizə çatdırırıq.

Brinks Mat anbarı

Tarix: 1983-cü il, 26 noyabr

Yer: London, Böyük Britaniya

Məbləğ: 26 milyon funt sterlinq

Cari kursla: 123 milyon dollar

1983-cü il noyabrın 26-da saat 06:40-da, maska taxmış və təhlükəsizlik xidməti əməkdaşlarının geyimində olan  altı silahlı quldur, Johnson Matthey Bankının qızıl külçələrinin saxlanıldığı Brinks Mat anbarına daxil olmuşdular. Gözətçiləri tərksilah etdikdən və üzərlərinə benzin tökdükdən sonra, qızıl külçələr və almazların mühafizə olunduğu yerə girmişdilər. Sonradan aydın olmuşdu ki, həmin gözətçilərdən biri, sən demə, quldurlarla əlbir imiş.

Cinayətkarların qəniməti 26 milyon funt sterlinq dəyərində 6800 qızıl külçə və 100 min funt sterlinq dəyərində brilyant idi. Mətbuat bu oğurluğu “əsrin soyğunu” adlandırmışdı. Quldurlar haqqında məlumat verən şəxslərə 2 milyon funt sterlinq mükafat vəd edilmişdi.

Qarətin təşkilatçıları Brayan Robinson və Mikki Makevoy, 1984-cü ildə tutulmuş və 25 il həbs cəzasına məhkum olunmuşdular. Qızıl külçələrinin əridilməsində və pulların yuyulmasında iştirak edən Kennet Noy 1986-cı ildə  11 il həbs cəzasına məhkum edilmişdi. Təxminən 20 il davam edən böyük polis istintaqına baxmayaraq, qızılın əksəriyyəti geri qaytarılmamışdı.


Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz


Naytsbric Depozit Mərkəzi

Tarix: 1987-ci il, 12 iyul

Yer: London, Böyük Britaniya

Məbləğ: 60 milyon funt sterlinq

Cari kursla: 221 milyon dollar

Bu oğurluq həmin hadisədən bir il əvvəl Londona köçmüş italyan cinayətkar Valerio Viççey tərəfindən təşkil olunmuşdu. Vətənində, o, 50 qarət hadisəsinə görə axtarışda idi. Depozit mərkəzinin direktorunu ələ alan Viççey partnyoru ilə birlikdə müştəri adı altında Naytsbric bankına daxil olmuş və seyfin icarəyə götürülməsini xahiş etmişlər.

Mühafizə olunan yerə gizli şəkildə silah keçirən uldurlar mühafizəçiləri tərksilah etmiş və bankın qapısı üzərinə “bağlıdır” lövhəsini asmışdılar. Bundan sonra onlar seyfləri qıraraq, 60 milyon funt sterlinqi ələ keçirmişdilər. Cinayət yerinə polis əməkdaşları yalnız bir saatdan sonra gəlib çıxmışdılar.

Bir müddət sonra məhkəmə ekspertləri hadisə yerində Viççeyin barmaq izlərini aşkar etmişdilər. Polis onu müşahidə altına almış və çox tezliklə soyğunda əli olanları saxlaya bilmişdilər. Viççey 22 il həbsə məhkum olunmuşdu. O, 2000-ci ildə azadlığa çıxdıqdan dərhal sonra atışma zamanı öldürülmüşdü.


Məqalənin 5-ci hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun