» » » 10 ən böyük bank soyğunçuluğu (5-ci hissə)

10 ən böyük bank soyğunçuluğu (5-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

10 ən böyük bank soyğunçuluğu (5-ci hissə)mərkəzi banklar

1831-ci ilin mart ayında ABŞ-da mətbuat tərəfindən geniş işıqlandırılan ilk böyük bank soyğunçuluğu baş verib. Dublikat açarlardan istifadə edən iki soyğunçu, Uoll-Stritdəki New York City Bankına daxil olmuş və oradan 245 min dollar apara bilmişdi ki, bu da o zaman üçün böyük bir məbləğ təşkil edirdi. Bu və dirgər bank soyğunçuluqları barədə məlumatı diqqətinizə çatdırırıq. 

“Dar-əs-Salam” bankı

Tarix: 2007-ci il, 11 iyul

Yer: Bağdad

Məbləğ: 282 milyon dollar

Cari kursla: 348 milyon dollar

2007-ci il iyulun 11-də “Dar-əs-Salam” özəl bankından dörddə bir milyard dollardan çox məbləğdə nağd pullar yoxa çıxmışdı. Hüquq-mühafizə orqanları soyğunun bankın iki və yaxud üç mühafizəçisi tərəfindən törədildiyini bəyan etmişdi.

 Hökumət qarətçilərin polis orqanları və digər güc strukturları ilə əlaqəsi olduğundan şübhələnmişdi. Həmin vaxtlarda The New York Times qəzeti yazırdı ki, “başa düşmək olmur ki, bu qədər nağd pul bankın nəyinə lazım olub və soyğunçular belə bir böyük məbləği aşkar olunmadan necə apara biliblər”.

Amma, yenə də günahkarları tapmaq mümkün olmamışdı.


Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz


İraq Mərkəzi bankı

Tarix: 2003-cü il, 18 mart

Yer: Bağdad, İraq

Məbləğ: 920 milyon dollar

Cari kursla: 1,25 milyard dollar

2003-cü il mayın 6-da, İraqda müharibə başlamazdan bir neçə gün əvvəl The New York Times nəşri yazmışdı ki, İraqın Mərkəzi bankından 1 milyard dollar nağd vəsaitlər oğurlanıb. Bir qədər sonra ABŞ Dövlət departamentinin rəsmi nümayəndəsi Riçard Bauçer həmin faktı təsdiq etmişdi.

Mətbuatın yazdığına görə, devrilmiş İraq prezidentinin oğlu Kusay Hüseyn, martın 18-də səgər saat 4-də öz müşaviri ilə birlikdə banka gəlmiş və 900 milyon dollar və 100 milyon avro verilməsini tələb etmişdi. Böyük bir məbləğ (demək olar ki, ölkənin valyuta ehtiyatının dörddə biri) iki saat ərzində üç yük avtomobilinə yüklənmiş və naməlum istiqamətə aparılmışdı.

Dünya mətbuatı baş verən hadisəni “tarixdə ən böyük bank soyğunçuluğu” kimi qələmə alıb. Bir müddət sonra Səddam Hüseynin saraylarının birində böyük məbləğdə pullar, o cümlədən 650 milyon dollar nağd pul aşkar olunmuşdu. Lakin, həmin pulların ölkənin Mərkəzi bankından oğurlanan pullar olub-olmadığı dəqiq bilinmədi.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun