Avropa ölkələrində və dünyada əməkhaqqı statistikası (5-ci hissə)

posted in: Xəbər | 0

Avropa ölkələrində və dünyada əməkhaqqı statistikası (5-ci hissə)

Fransa – bu ölkədə vergilər orta aylıq maaşların 1000 dollarından da çoxunu həzm-rabedən keçirir, amma, fransızlar yerdə qalan 2500 dollarla gəlirlər və qiymətlər arasında mövcud olan yaxşı balans sayəsində layiqli həyat sürə bilirlər. İxtisassız əmək üçün, o cümlədən əcnəbilərə verilən minimal maaş hüdudu ayda 1600 dollar təşkil edir.

İtaliya – bu ölkədə vergilər elə də yüksək deyil, lakin, əhalinin böyük hissəsi əslində ayda 1300 dollardan bir qədər artıq maaş alır. Tələbələr və mühacirlər isə bundan da az (1000 dollar). Qadınlara isə kişilərdən 20 faiz az əməkhaqqı ödənilir.

Cənubi Koreya – bu ölkədə dövlət xəzinəsi doldurlduqdan sonra orta statistik cənubi koreyalı yaponlardan çox maaş alır. Əgər bir qədər də dərinə varsaq, rəqəm 3000 dollarlıq layiqli gəlirdən əmələ gəlir və minimum məvacib isə 400 dollar təşkil edir. Bütün hallarda bu fərq ABŞ, Rusiya və ya Yaponiyada olduğundan xeyli aşağıdır.

Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz.

Beləliklə, ümumilikdə dünyanın ən böyük maaşları belə görünür:

1.Yeni Zelandiya – 4000 $.

2.ABŞ – 3500 $.

3.Norveç – 3300 $.

4.Almaniya – 2800 $.

5.İtaliya – 2600 $.

6.Avstraliya – 2,4-2,6 min $.

7.Fransa – 2500 $.

8.Cənubi Koreya – 2400 $.

9.Yaponiya – 2000 $.

10.Kanada – 1500 $.


Məqalənin 6-cı hissəsini buradan oxuya bilərsiniz.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ümidsiz borcların silinməsi barədə

posted in: Xəbər | 0

Ümidsiz borcların silinməsi barədə

Ezamiyyə xərclərinin rəsmiləşdirilməsi Ezamiyyə xərcləri

Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir:

• Vergi Məcəlləsində müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda;

• Vergi Məcəlləsində müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə.

• Qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər.

Əsaslandırılma: Vergi Məcəlləsinin 93.1-ci və 93.2-ci maddələri.


Mənbə: sosial.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vasitəçi şirkətlər vasitəsi ilə yeməklərin çatdırılması zamanı nəzarət-kassa aparatının çekinin təqdim edilməsi barədə

posted in: Xəbər | 0

Vasitəçi şirkətlər vasitəsi ilə yeməklərin çatdırılması zamanı nəzarət-kassa aparatının çekinin təqdim edilməsi barədə

İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən hazırlanan məhsulların vasitəçi şirkət vasitəsilə əhaliyə təqdim edilməsi zamanı həmin məhsullar vasitəçi şirkətin nümayəndəsinə təhvil verilən zaman təqdim edilmiş malların dəyərinə nəzarət-kassa aparatının çeki verilir.

Əsaslandırma: Vergi Məcəlləsinin 13.2.56-cı və 16.1.8-ci maddələri


Mənbə: sosial.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

QSC-nin təsisçi fiziki şəxslərə ödədiyi dividenddən vergi tutulurmu?

posted in: sual-cavab, Xəbər | 0

Vakansiya Baş Mühasib köməkçisiSual: Qapalı Səhmdar Cəmiyyət (QSC) olaraq fəaliyyət göstərən müssisənin fiziki şəxs olan təsisçilərinə elan etmiş mənfəətindən (Mənfəət Vergi Bəyənnaməsinə əsasən) ödədiyi dividenddən ödəmə mənbəyindən (hər hansı tərəfdən) vergi tutulurmu?

Cavab: Bildiririk ki, emitent tərəfindən fiziki şəxslərə investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində gəlir vergisindən azaddır. Buna əsasən həmin tarixdən etibarən göstərilən fəaliyyət üzrə əldə olunan mənfəətdən səhmdar fiziki şəxslərə ödənilən dividendlər vergidən azaddır.

Qeyd olunan azadolma yalnız fiziki şəxslərə şamil olunur. Mülki Məcəllənin 997-ci maddəsi ilə istiqrazlar və səhmlər investisiya qiymətli kağızlara aid edilir.

Əsas: Vergi Məcəlləsinin 13.2.15-ci və 102.1.22-ci maddələri, Mülki Məcəllənin 997-ci maddəsi.


Mənbə: sosial.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 772 773 774 775 776 777 778 2. 392