“İçərişəhər” Muzey Mərkəzi auditor seçib

posted in: Audit, Xəbər | 0

auditin xüsusiyyətləri

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” Muzey Mərkəzi 2020-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

Vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi Elnur Elxan oğlu İbrahimovdur.

Qalib şirkətə 4 420 manat ödəniləcək.

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünyada işsizliyin əsas qurbanlarını adı çəkilib

posted in: Xəbər | 0

Dünyada işsizliyin əsas qurbanlarını adı çəkilibişsizlik

Beynəlxalq əmək təşkilatı (BƏT) pandemiyanın il yarımlıq nəticələrini yekunlaşdırıb və koronavirus məhdudiyyətləri səbəbindən ən çox qazancından olanların yaş tərkibini açıqlayıb. İşsizliyin ən güclü zərbəsini 25 yaşdan aşağı olan adamlar hiss ediblər.

Son 18 ayda “Covid-19”un iqtisadi nəticələrinin misilsiz qurbanlarının 15 ilə 24 yaş arasındakı gənclər olduğu qəbul edilib. BƏT-in məlumatına görə, 2020-ci ildə bu yaş qrupunda işsizliyin səviyyəsi 8,7 faiz təşkil edib. Halbuki yaşca böyük insanlar arasında pandemiyaya görə iş tapa bilməyənlər 3,7 faiz təşkil edir.

İqtisadçılar qeyd edirlər ki, işsiz əhali olaraq iş axtaran və “iqtisadi cəhətdən aktiv” əhali qəbul edilib. İşini atan, axtarışları dayandıran və ya öz biznesini açmağa hazırlaşan gənclər “iqtisadi cəhətdən qeyri-aktiv” əmək qabiliyyətli əhali kateqoriyasına aiddirlər.

Pandemiya dövründə gənclər arasında işsizliyin ən böyük sıçrayışı Argentina, Braziliya, Cənubi Afrika və Peru kimi yoxsul ölkələrdə qeydə alınıb. Avropada da pandemiya gənc nəslin məşğulluğuna ciddi zərbə vurub. İşsizlik səviyyəsini nisbətən stabil səviyyədə saxlaya bilən Fransa və Böyük Britaniya istisna təşkil edir, ABŞ-da isə kütləvi şəkildə müavinətlər ödənilənə qədər qısamüddətli olsa da müəyyən kəskinləşmələr müşahidə edilmişdi.

Orta gəlirli ölkələrdə kişilər arasında işsizlik 23,7 faiz, qadınlar arasında isə 29 faiz təşkil edib. Zəngin ölkələrdə müxtəlif əhali dəstəyi tədbirləri həyata keçirilir, “Covid-19”dan əziyyət çəkənlərə güzəştli kreditlər verilir, onlar vergi tətilləri ilə təmin olunurlar. Lester universitetində iqtisadiyyatdan dərs deyən doktor Sara Lemos qeyd edib ki, bir adam nə qədər uzun müddətdə işsiz qalırsa, onun yaxşı maaşlı işə düzəlməsi daha da çətinləşir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Böyük tenderdə qalib gəlməyə necə nail olmalı (2-ci hissə)

posted in: Xəbər | 0

Böyük tenderdə qalib gəlməyə necə nail olmalı (2-ci hissə)

Ancaq, kiçik şirkətlərin sahibləri başqa bir strategiya seçməlidirlər. Xüsusilə də tenderi bazarda böyük bir oyunçu elan edərsə. Qələbə üçün bütün ön şərtləri yaratmaqdan ötrü bu maddələrə əməl edin:

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz

  • Qoliafdan qorxmayın. Əgər rəqiblər arasında böyük korporasiyalar varsa, unutmayın ki, orada da eyni insanlar işləyirlər.
  • Təəssüratoyadıcı portfolio yaradın. Ora ən əhəmiyyətli və uğurlu layihələri və hətta heç vaxt dövriyyəyə buraxılmayan ideyaları yerləşdirin. Onlar göstərəcəklər ki, siz problemə qeyri-standart yanaşmaqda bacarıqlısınız.
  • Gələcək müştərinizi öyrənin. Təsəvvür edin ki, o – diqqətini cəlb etmək istədiyiniz gözəl bir qızdır. Onun davranışlarını izləyin, ünsiyyət dairəsini öyrənin, tədricən əlaqəyə girin.
  • İlk görüşə nail olun. Telefon zəngi ilə etimad qazana bilməyəcəksiniz. Təşəbbüsü öz əlinizə alın və görüş üçün razılıq əldə edin. Özünüzü satmağa cəhd etməyin. Bunun yerinə düzünü söyləyin və sizinlə əməkdaşlıq etməyin niyə faydalı olduğunu bildirin.
  • Tenderə hazırlaşın. Bu mərhələdə prinsip çox sadədir – sizin rəqibləriniz nə edə bilərdi, bu haqda düşünün. Heç vaxt edə bilməyəcəyiniz  işləri vəd etməyin. Müştərinin bütün nüanslarını dəqiqləşdirin. Sadə və gözəl bir təqdimat edin – müştərinin hər slaydı öyrənmək üçün vaxtı yoxdur. Smetada hər rəqəmi əsaslandırın və layihənin həyata keçirilməsinin ilkin planını tərtib edin. Əsas odur ki, təqdimatdan sonra müştərinin cavablandırılmayan sualları qalmasın.
  • Müştəri ilə hətta görüşdən sonra da əlaqəni itirməyin. Layihənin uğurla başa çatması ən çox onu maraqlandırır, buna görə özünüzü diplomatik və əsaslandırılmış bir podratçı kimi göstərin.

 Düzgün yönləndirilməyən hətta ən yaxşı ideya belə, sifarişçinin ürəyində özünə yer tapa bilməz. Mükəmməl tərəfdaş olduğunuzu göstərin və qələbə cibinizdə olacaq.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünyanın hər yerindən qəribə vergilər (2-ci hissə)

posted in: Xəbər | 0

Dünyanın hər yerindən qəribə vergilər (2-ci hissə)vergilər

Saqqala, pəncərəyə və ya qorxaqlığa görə vergi – bu cür ödənişlər dünyanın müxtəlif ölkələrində qədim zamanlarda mövcud olmuşdur. Amma, pula ehtiyac duyan dövlətlər vətəndaşları indi də ən müxtəlif bəhanələrlə daha çox ödəniş etməyə məcbur edirlər. Vergi ödəyicilərini ilk baxışdan ən bayağı hərəkətləri həyata keçirməyə məcbur edəcəyi ölkələri sadalayırıq: uşaq üçün ad seçimindən tutmuş, Facebook sosial şəbəkəsində istənilən bir mətnə şərh yazmağa qədər, Coca-Cola içmək və ya ölkədən çıxmağa görə. Təbii ki, karantin rejimi başa çatdıqdan sonra.   

Əyləncəyə görə vergi

Hindistanda əyləncə tədbirləri əlavə vergiyə cəlb olunur: idman hadisələri, kino, teatrlar, sərgilər və əyləncə parkları. Hər bir ştatdan asılı olaraq, vergi 15 faizlə 110 faiz arasında dəyişirdi. Lakin, 2017-ci ildə bütün ölkə üçün daha dar bir diapozonda – 5 faizdən 28 faizə qədər (100 rupidən bahalı biletlər üçün) vahid vergi tətbiq olundu.

Günəşə və kölgəyə görə vergi

İvis, Mayorka, Menorka və digər adalardakı kurortlarda istirahət etmək istəyənlər turizm vergisi ödəyirlər. Onlar günəş şüası altında olmaq üçün gün ərzində 1 avro vergi ödəyirlər, yerli hakimiyyət orqanları isə toplanılan vəsaitlərdən turizm infrastrukturunu təkmilləşdirmək üçün istifadə edəcəklərini vəd ediblər.

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz

Venetsiyada isə əksinə, günəşə görə deyil, kölgəyə görə ödəniş etmək lazım gəlir: bələdiyyə torpaqlarına kölgə salan bina və konstruksiyaların sahibləri həmin vergini ödəməli olurlar. 1993-cü ildə sözügedən vergi tətbiq olunduqdan sonra bir çox kafe və restoranlar büdcəyə az ödəniş etsinlər deyə, kölgə salan örtüklər və digər şeylərdən istifadəyə son qoydular. Həmin yığımlar indiyə kimi mövcud olmaqda davam edir.

2019 – cu ildə söhbət həm də sadəcə şəhərin mərkəzinə getmək istəyən səyahətçilərdən ödəniş almaqdan gedirdi. Ancaq görünür ki, nə ödənişlərin tətbiqi, eləcə də İtaliyada turistlərin görünməsi yaxın gələcəkdə gözlənilməməkdədir. Təbii ki, koronovirus pandemiyası da bu sahəyədə  ən ağır zərbə vurub.


Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 769 770 771 772 773 774 775 2. 392