Əmək şəraiti ağır olan işlərdə əməkhaqqına artımlar müəyyən olunmalıdır?

posted in: Xəbər | 0

Əmək şəraiti ağır olan işlərdə əməkhaqqına artımlar müəyyən olunmalıdır?

əməkhaqqı maaşlar

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 159-cu maddəsinə əsasən, Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əməkhaqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Bu Məcəllənin 91-ci, 92-ci və 93-cü maddələri ilə müəyyən edilmiş qısaldılmış iş vaxtı şəraitində çalışan işçilərin əməkhaqları normal iş vaxtı üçün müəyyən edilən tam məbləğlərdə ödənilir. “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarına Qərarında müvafiq əmək şəraiti ilə əlaqədar əmək haqqına artımın (əmsalın) minimum miqdarı müəyyən edilmişdir.


Mənbə: sosial.gov.az


Qanuna nəzər yetirmək üçün yükləyin: Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında (299 downloads )



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmlak vergisi ödəyicisi olan hüquqi şəxslərin cari vergi ödəmələri

posted in: sual-cavab, Xəbər | 0

Əmlak vergisi ödəyicisi olan hüquqi şəxslərin cari vergi ödəmələri barədə

Əmlak vergisi ödəyicisi

Əmlak vergisi ödəyiciləri cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin məbləğinin 20 faizi həcmində vergi ödəyir.

Hansı aktivlər amortizasiya olunmur?


Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər əmlakın əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisi məbləğinin 20 faizi miqdarında cari vergi ödəmələrini həyata keçirirlər. Əmlak vergisi üzrə cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.

Əsaslandırma: Vergi Məcəlləsinin 201.3-cü maddəsi.


Mənbə: sosial.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünya iqtisadiyyatında qadın rəhbərlərin rolu (1-ci hissə)

posted in: Xəbər | 0

Dünya iqtisadiyyatında qadın rəhbərlərin rolu. Qadın payı (1-ci hissə)qadın

Dünya iqtisadiyyatı hər il kişilərə görə trilyonlarla dollar itirir. Qadınlar vəziyyəti necə düzəldəcəklər?

Son illər bütün dünya üzrə şirkətlərin rəhbərliyində daha çox qadınlar təmsil olunurlar. Qadın rəhbərlər firmalara daha çox gəlir gətirirlər və mürəkkkəb tapşırıqlı işlərin öhdəsindən ümumilikdə daha yaxşı gəlirlər. Lakin gender bərabərliyindəki uğurlar hazırda təhlükə altındadır, çünki koronavirus böhranından ən çox zərbə alan sənaye sahələrində fəal iştirak edən qadınlardır. Epidemiya qadınların uğurlarını nəzərəçarpacaq dərəcədə geri atıb və onların hüquqlarını pozub. Bu da dünya iqtisadiyyatı üçün trilyonlarla dollarlıq itkiyə səbəb ola bilər.

Yumşaq güc

Bu gün demək olar ki, bütün beynəlxalq şirkətlər rəngarənglik prinsipinə – özü də təkcə irqi, dini, mədəni, yaş müxtəlifliyinə deyil, həm də gender prinsipinə əməl edirlər. Bütün dünya üzrə direktorlar şuralarında qadın nümayəndələrin sayı artmaqdadır, amma, onların arasında sədr postunu tutanların sayı hələ də böyük deyil. Direktorlar şuralarındakı yerlərin 12 faizi qadınların payına düşür. Lakin onlar yalnız direktolar şurasının yalnız 4 faizinə rəhbərlik edirlər.

Trend son bir neçə ildə sürət götürməyə başlayıb:

– 2021-ci ildə qadınlar Fortune 500 (bu siyahıya ümumi gəlirinə görə 500 ən nəhəng amerikan korporasiyaları daxildir) siyahısından olan 41 şirkətə başçılıq edirlər.

– 2018-ci ildə isə CCEO mövqeyinə cəmi 28 qadın iddia edirdi. Qadın-rəhbərlərin sayına görə Avropa ölkələri lider olaraq qalırlar, uzun illər birinciliyi İsveç qoruyub saxlayırdı.

– Lakin 2021-ci ildə bu ölkə öz mövqeyini itirib və yerini Fransa və Norveçə verib: bu ölkələrdə şirkətlərin rəhbərliyində təmsil olunan qadınların payı müvafiq olaraq 45 və 40 faiz, İsveçdə isə 38 faiz təşkil edir.

Lider dəyişikliyi dövlət siyasəti ilə izah olunur: FransaNorveçdə kvotalar tətbiq edilib, belə ki, korporasiyaları 40 faizlik həmin kovotaya məcburi əməl etməlidirlər. Almaniya da belə bir taktika seçib: indi üç və daha artıq adamdan təşkil olunan direktorlar şurasında ən azından bir nəfər qadın olmalıdır. İtaliyada ictimai və dövlət şirkətlərinin idarə heyəti və müşahidə şuralarının üzvləri arasında qadınların sayı 33 faizdən az olmamalıdır, Avstriyada isə dövlət təşkilatlarının rəhbərliyində 35 faiz qadınlar təmsil olunmalıdırlar.

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bakıdakı maaşlar açıqlandı

posted in: Xəbər | 0

nominal əməkhaqqı

Bu ilin yanvar-aprel aylarda Bakıda işçilərin orta aylıq nominal əməkhaqqı azalıb.

Bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilir, bu ilin ilk 4 ayında paytaxtda 2020-ci ilin eyni dövrü ilə müqayisədə işçilərin orta aylıq nominal əməkhaqqı 5,9 % azalıb.

Yanvar-aprel aylarında bu rəqəm 944,6 manat olub.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 766 767 768 769 770 771 772 2. 392