10 qeyri-adi iqtisadi göstəricilər (1-ci hissə)

posted in: Xəbər | 0

10 qeyri-adi iqtisadi göstərcilər (1-ci hissə)iqtisadiyyat tarixi dünya iqtisadiyyatı

Donun ətəyinin uzunluğu, ofisiantların cəlbediciliyi və şampan şərabının məşhurluğu, hər hansı bir problemin olub-olmayacağından xəbər verə bilər.

Hər rübdə investorlar hadisələrin yaxın gələcəkdə necə inkişaf edəcəyini anlamaq üçün məşğulluq və istehlak xərclərindən tutmuş ÜDM artımına qədər yeni iqtisadi göstəricilər gözləyirlər.

Eyni zamanda heç də hamı bilmir ki, bir sıra qeyri-adi iqtisadi göstəricilər mövcuddur ki, mövhumatçı investorlar ilbəil həmin göstəriciləri izləyirlər.

Forbes jurnalının müəllifi və maliyyə məsləhətçisi Barri Glassmandan 10 belə göstəriciləri diqqətə çatdıırıq.

Restoranlarda ofisiantların cəlbediciliyi

Bu nəzəriyyə 2009-cu ildə New York Times qəzetindən Hugo Lindgren tərəfindən səsləndirilib. Nəzəriyyə bildirir ki, hər hansı bir restoranda sizə xidmət edən ofisiant oğlanlar və ya qızlar nə qədər cəlbedicidirlərsə, iqtisadiyyat bir o qədər zəifdir. Lindqrenin ehtimalları ondan ibarət idi ki, yaxşı vaxtlarda cəlbedici görünən insanlar adətən daha yüksək ödənişli işlərdə çalışırlar. Yəni, onlar ofisiant kimi çalışırlarsa, deməli, iqtisadi vəziyyət qənaətbəxş deyildir.

Qalstukların eni və rəngi

İqtisadiyyatın vəziyyəti barədə digər bir fiziki siqnal isə kişi qalstuklarının ölçüləri və rəngi ola bilər. Hesab edilir ki, yaxşı zamanlarda kişilər çəhrayı çalarları olan və ya fuksiya çiçəyi rəngində (bənövşəyi rəng) parlaq qalstuklara üstünlük verirlər. Tənəzzül dövrlərində isə tünd, sakit rənglər geyinirlər. Bundan əlavə, onlar əlverişli vaxtlarda daha dar qalstukları, çətin zamanlarda isə etibarlılıq və vicdanla əlaqəli olduğu düşünülən daha geniş qalstukları seçirlər.

Ev heyvanlarının oğurluqlarının tezliyi

Əgər sizin ərazidə ev heyvanlarının itməsi barədə elanların çoxaldığını görsəniz, bir qədər sayıq olun. Bəziləri hesab edirlər ki, bu cür hadisələrin, xüsusilə itlərin itməsi, ağır vaxtların gəlişinə açıq bir işarədir. Belə ki, oğrular heyvan sahiblərindən mükafat əldə etməyə və ya bundan daha pis, sizin ev heyvanınızı qara bazarda satmaqla gəlir əldə etmək imkanı qazanacaqlarına ümid edirlər.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünyanın hər yerindən qəribə vergilər (4-cü hissə)

posted in: Xəbər | 0

Dünyanın hər yerindən qəribə vergilər (4-cü hissə)vergilər

Saqqala, pəncərəyə və ya qorxaqlığa görə vergi – bu cür ödənişlər dünyanın müxtəlif ölkələrində qədim zamanlarda mövcud olmuşdur. Amma, pula ehtiyac duyan dövlətlər vətəndaşları indi də ən müxtəlif bəhanələrlə daha çox ödəniş etməyə məcbur edirlər. Vergi ödəyicilərini ilk baxışdan ən bayağı hərəkətləri həyata keçirməyə məcbur edəcəyi ölkələri sadalayırıq: uşaq üçün ad seçimindən tutmuş, Facebook sosial şəbəkəsində istənilən bir mətnə şərh yazmağa qədər, Coca-Cola içmək və ya ölkədən çıxmağa görə. Təbii ki, karantin rejimi başa çatdıqdan sonra.           

Sosial şəbəkəyə görə vergi 

Belə bir vergi Uqandada tətbiq olunub.  2018-ci il iyun ayın 1-dən başlayaraq, sosial şəbəkələrdən istifadə edənlər, bir günlük istifadəyə görə 0,05 dollar ödəniş etməlidirlər. Məmurlar bu qərarı sosial şəbəkələrdə yerli hakimiyyət orqanları da daxil olmaqla şayiələrin həddən ziyadə çoxluğu, dezinformasiya və onun nəticələri ilə mübarizəyə həddindən artıq pul xərclənilməsi ilə izah ediblər.

Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz

Öz bloqunu aparmaq istəyənlər isə daha çox ödəniş etməli olacaqlar. Bu zaman il ərzində həmin məbləğ 440 dollar təşkil edəcək ki, ölkə əhalisinin gün ərzində 1 ABŞ dollarına yaşadığı ölkə üçün həmin məbləğ böyük pullardır. Verginin ödənilməməsinə görə çox sərt cəza nəzərdə tutulub: 2500 dollara kimi cərimə və ya 12 ay azadlqdan məhrumetmə cəzası.

Ölkəni tərk etməyə görə vergi

Ölkəni tərk etmək istəyən hər bir kəs ödəniş etməlidir. Belə bir qaydanı Yaponiyada düşünüb tapıblar, belə ki, səyahət edənlər ölkədən çıxışa görə 1000 iyena (təxminən 9 dollar) məbləğində vergi tətbiq edilib. Vergi həm yerli sakinlərə, həm də turistlərə aid edilir. Həmin vergi təyyarə və ya gəmi biletlərinin qiymətinə daxil edilib. Yalnız ölkədə bir gündən az qalanlar, iki yaşına kimi uşaqlar, eləcə də səfirlər və dövlət qonaqları həmin ödənişi etməkdən azaddırlar. 2020-ci ildə keçirilməli olan Olimpiada zamanı Yaponiyada sözügedən vergidən milyonlarla dollar pul əldə etməyə ümid edirdilər.

Vəkilə görə vergi

Vəkil vergisi, İƏİT-ə görə Avropanın ən “vergi tutulan” ölkəsi olduğu bildirilən Fransada ödənilir. Bu verginin tarixi 1667-ci ilə kimi gedib çıxır. Bu gün isə məhkəmədə maraqların təmsil olunması üçün vəkilə müraciət edənlərdən ötrü 13 avro həcmində vergi nəzərdə tutulub. Benefisiarlar hüquqşünasların özləridir və bütün ödənişlər hüquqşünasların pensiya fonduna daxil edilir.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünyanın ən gəlirli biznesi (1-ci hissə)

posted in: Xəbər | 0

Dünyanın ən gəlirli biznesi (1-ci hissə)biznes

Sahibkarlar müştəriləri cəlb etmək və yaxşı mənfəət əldə etmək üçün daha nələr düşünmürlər: dişlərdə döymələr edirlər, gitaralar şəklində tabutlar istehsal edirlər, aminturşularla portretləri çəkirlər. Lakin, ən maraqlısı odur ki, bəzən ən absurd ideyalar müəyyən müddətdən sonra daha çox tələb olunan və aktual olurlar.

Məsələn, qorxudan titrəyərək malların üzərinə ilk dəfə qiymət etiketlərini qoyan, istedadsız satıcı Frenk Vulvort, ötən əsrin ən nəhəng pərakandə satış şəbəkəsinin əsasını qoymuşdu. Ola bilsin ki, təqdim edəcəyimiz biznes-ideyalar sizə öz biznesinizi düşünüb tapmaqda və ya bazarda özünüzə yeni bir yuva qazanmaqda kömək edəcək.

Virtual naharlar – tənhalıqdan ən yaxşı reseptdir

Nahar yeməklərini onlayn yayımlamağa qərar verən Cənubi Koreyadan olan Seo-Yun Park, belə qənaətə gəlmişdi. Belə bir ideya internetdə çox məşhurluq qazanmışdı.

Hər kəsin restoranlara getmək və yeni insanlarla tanış olmaq üçün vaxtının olmadığı müasir dünyada virtual bir həmsöhbət ilə nahar etmək, özünüzə inanmağa və ünsiyyətdən sevinc almağa kömək edir.

Virtual nahar etməklə bağlı iş ideyası özlüyündə yeni deyil. Hələ 2006-cı ildə ABŞ-da Virtual Family Dinner sistemi ixtira edilmişdi, bunun sayəsində bir ailənin üzvləri onlayn yemək zamanı istədikləri qədər tez-tez görüşə bilirdilər.

Lakin, gözəl bir qızla nahar etmək, bütün rekordları qırır. Öz biznesində Seo-Yun həftədə 10 000 dollara kimi gəlir əldə edir.

Ruha yaxın bərbərxana

Bəli-bəli, təkcə saç qırxdırmaq və ya üzü təraş etdirmək üçün deyil – Parisdəki “Sport” və “Politika” kişilər üçün salonların sahibi belə hesab edir, çünki müştərilər bərbərin yanına onun xidmətindən istifadə etmək üçün gəldiklərində, həm də özlərinə maraqlı gələn mövzular üzrə söhbət də edirlər. Bu, “ikisi birində” xidməti – ən gəlirli biznes-ideyalardan biridir. Bu salonlara o qədər tələbat duyulur ki, çox vaxt insanlar növbəyə düzülüb, gözləməli olurlar.

Bərbər-usta ilə ən adi gündəlik həyat mövzularından danışmaq mümkündür: həyat yoldaşı uşaqlara lazımi diqqət yetirmir, qayınana iş yerini dəyişdirməyi tələb edir, qəzaya düşən avtomobili təmir etdirmək, çox baha başa gəlir və s. Ruhunu yüngülləşdirmək elə də ucuz başa gəlmir, amma, qiymət problemlərdən və tənhalıqdan yorulan salon müştərilərini heç də narahat etmir.

Pulla komplimentlər

Müştəri belə bir xidmətə ehtiyac duyursa, bu işi “NTV” yapon şirkəti həyata keçirə bilər. Əgər işləriniz pis gedirsə və özünüzdən çox məyussunuzsa, şirkət nümayəndələri sizə zəng edəcək, ən cəlbedici keyfiyyətlərinizi sadalamaqla, sizi tam əksi olduğuna inandırmağa çalışacaqlar.

Bundan əlavə, dostunla, həyat yoldaşınla və istədiyin qızla necə barışmaq və ya digər aktual problemləri həll etmək barədə məsləhət və tövsiyələr də almaq olar.

Şirkətin müştəriləri – yardıma və dəstəyə görə ödəniş etməyə hazır olanlar, əsasən 16-25 yaşarası kişilərdir. Olduqca sadə bir biznes-ideyadır, amma, yaxşı qazanc gətirir.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Büdcə təşkilatlarında işçilərin ezamiyyə xərclərinin hesablanması

posted in: Xəbər | 0

əmək məzuniyyəti əmsallaşdırmaBüdcə təşkilatlarında işçilərin ezamiyyə xərclərinin hesablanması


Mövzu ilə bağlı sual doğuran məqamları mühasibat mütəxəssisi Emin Salamov şərh edir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli “Ezamiyyə xərclərinin normaları haqqında” 14 nömrəli Qərarının 1-ci bəndinə ölkə ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65 manat müəyyən edilib.

Qərarın 4-cü bəndinə əsasən, ezamiyyə xərclərinin 1 günlük normasına gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat (taksidən istifadə istisna olmaqla) və digər xidmətlər ilə bağlı xərclər daxildir.

“Ezamiyyə xərclərinin normaları haqqında” Qərarın 1-ci bəndinin 2-ci hissəsində göstərilib ki, ezamiyyə xərclərinin 1 günlük normasının 80 faizini mehmanxana, 20 faizini gündəlik xərc (yemək, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlər üzrə xərclər daxil olmaqla) təşkil edir. Ezamiyyə xərclərinin 1 günlük normasından başqa təsdiqedici sənədlər əsasında nəqliyyat xərcləri (şəhərdaxili nəqliyyat istisna olmaqla) ödənilir. Nəqliyyat xərcləri ezam olunma yerinə getmək və qayıtmaq, ölkədaxili nəqliyyat xərcləri (taksidən istifadə istisna olmaqla, yaşayış məntəqəsindən kənarda yerləşən vağzala, limana (bərəyə), təyyarə meydanına və ölkə ərazisində digər məntəqələrə getmək) daxildir.

Misal: Büdcədən maliyyələşən təşkilatda işləyən işçi işin xüsusiyyətləri ilə əlaqədar olaraq idarənin balansında olan xidməti minik avtomobili ilə 24 may 2021-ci il tarixindən 3 gün müddətinə Bakı şəhərindən Şamaxı şəhərinə ezam olunub. Bu zaman onun ezamiyyə xərcləri belə hesablanır:

Gündəlik xərc: 65×3 = 195 manat
195×20% = 39 manat.

Mehmanxana xərci: 65x2x80% = 104 manat.

Nəqliyyat xərci: Bakı-Şamaxı 107 km, nəqliyyat vasitəsinin texniki pasportunda 100 km yanacaq sərfiyyatı 11 litr qeyd edilib.

107×2 = 214 km:100×11 litr = 23,54 litr.

Yanacağın bu günə qiymətinə (1 manat) əsasən:
1×23,54 = 23,54 manat.

Cəmi: 39 + 104 + 23,54 =166,54 manat.

Bununla yanaşı, təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli “İşçilərin ezamiyyə Qaydaları”nın təsdiq edilməsi haqqında Q-01 nömrəli Qərarının 2-ci bəndinə uyğun olaraq həmin təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və müvafiq əmrlə rəsmiləşdirilir. Respublikadaxili ezamiyyələr zamanı müvafiq əmrlə yanaşı, işçiyə bu Qaydaların əlavəsinə uyğun olaraq “Ezamiyyə vəsiqəsi” verilir və Respublika ərazisi daxilində ezamiyyələr zamanı ezamiyyət yerində olmanın faktiki müddəti, ezamiyyət yerinə gəlmə və ezamiyyət yerindən getmə haqqında ezamiyyət vəsiqəsində edilən qeydlər üzrə müəyyən edilir. Əgər işçi müxtəlif yaşayış məntəqələrinə ezam olunmuşsa, gəlmə günü və getmə günü haqqında hər məntəqədə, ayrıca qeyd edilir. Həmçinin, təşkilatlarda ezamiyyətə göndərilən və ezamiyyətdən qayıdan işçilərin qeydiyyatı müvafiq kitabda aparılmalıdır.

Həmin kitabda ezam edilən və ezamiyyətdən qayıdan işçinin vəzifəsi, adı, soyadı, ezamiyyə vəsiqəsinin və ya şəxsiyyəti təsdiq edən sənədin nömrəsi, ezam edilən təşkilatın adı qeyd olunmalıdır.

Büdcədən maliyyələşdirilən dövlət orqanlarında işin xüsusiyyətləri ilə əlaqədar olaraq respublika ərazisi daxilində xidməti minik avtomobilləri ilə xidməti ezamiyyətə gedilməsi zəruri olan hallarda nəqliyyat vasitələri üçün müəyyən edilmiş aylıq yürüş həddindən artıq yol qət edildiyi təqdirdə, sərf edilən yanacağın dəyəri təsdiqedici sənədlər əsasında ezamiyyə xərcləri üçün nəzərdə tutulmuş vəsaitlər hesabına nəqliyyat xərci kimi ödənilir.


Mənbə: vergiler.az


1 765 766 767 768 769 770 771 2. 392