» » » Avropanın ən varlı və ən yoxsul ölkəsinin adı açıqlanıb

Avropanın ən varlı və ən yoxsul ölkəsinin adı açıqlanıb

posted in: Xəbər | 0
birbank biznes

Avropanın ən varlı və ən yoxsul ölkəsinin adı açıqlanıb

Danimarka ailələrin maliyyə aktivlərinin həcminə görə Avropa İttifaqında ən zəngin ölkədir. Bu göstərici 1,88 milyon Danimarka kronuna (300 min dollar) bərabərdir. Bu barədə ölkənin Milli bankının hesabatında deyilir.

Ancaq, qonşu ölkələrin sakinləri ilə müqayisədə danimarkalıların daha çox borcu var. Öhdəliklərin böyük hissəsi daşınmaz əmlakın girovu ilə bank və ipoteka borcu (təxminən 86 faiz) ilə bağlıdır. Ümumilikdə, danimarkalıların maliyyə göstəriciləri Aİ üzrə orta göstəricidən təxminən üç dəfə çoxdur.

Bundan əlavə, bu ilin birinci rübündə onların adambaşına zənginliyi orta hesabla daha 24 min danimarka kronu (3,8 min dollar) artmışdır. Niderlanddakı ev təsərrüfatları maliyyə aktivlərinin həcminə görə ikinci yeri tutur, onların ardınca Lüksemburq və İsveç gəlir. Araşdırmada ən yoxsul ölkə kimi Rumıniyanın adı çəkilir, orada ailələrin aktivləri 80 min danimarka kronu (12,7 min dollar) təşkil edir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun