Vergi orqanında uçotda olmayan şəxsin kriptovalyuta alqı-satqısı zamanı yaranacaq vergi öhdəliyi

posted in: sual-cavab, Xəbər | 0

maliyyə lizinqi

Vergi orqanında uçotda olmayan şəxsin kriptovalyuta alqı-satqısı zamanı yaranacaq vergi öhdəliyi barədə:

Fiziki şəxsin əldə etdiyi kriptovalyutaların pul ifadəsində dəyərinin artmasından əldə olunan gəlirləri onun qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərinə aid edilir. Kriptovalyutaların satışından gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə olunan gəlirləri üzrə bəyannamə təqdim etməlidir. Bu zaman kriptovalyuta satışından əldə olunan gəlirdən kriptovalyutanın alınmasına ödənilmiş məbləğ çıxılır və qalan fərqdən 14 faiz dərəcə ilə gəlir vergisi hesablanıb ödənilir.


Xarici valyutanın manatla hesablanması


Əsaslandırılma: Vergi Məcəlləsinin 33.1-ci, 99.3.8-ci və 101.2-ci maddələri.


Mənbə: sosial.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Xarici valyutanın manatla hesablanması

posted in: Xəbər | 0

Xarici valyutanın manatla hesablanması barədə

Vergi qanunvericiliyinin pozulması

Xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan hər hansı əməliyyat onun həyata keçirildiyi gün Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi mübadilə məzənnəsi ilə manatla hesablanır. Xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan əməliyyatlar üzrə yaranan məzənnə fərqi əməliyyatın həyata keçirildiyi günlə malların (işlərin, xidmətlərin) dəyərinin ödənildiyi günə olan məzənnə arasındakı fərqlə müəyyən edilir.

Hesabat ilinin sonuna xarici valyutada alınmış və təqdim edilmiş mallar (işlər və xidmətlər) üzrə yaranan debitor və kreditor borcları üzrə məzənnə fərqi Azərbaycan Respublikasının Mərkəzi Bankının elan etdiyi məzənnə ilə qiymətləndirilməklə gəlirə və ya zərərə aid edilir. Vergi ödəyicisinin xarici valyutada olan pul vəsaitləri təqvim ilinin sonu vəziyyətinə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi rəsmi məzənnə ilə hesablanmaqla müəyyən edilir.

Əsaslandırma: Vergi Məcəlləsinin 69.1-ci və 69.2-ci maddələri.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Qurban bayramına görə Azərbaycanda 4 gün qeyri-iş günü olacaq – QƏRAR

posted in: Xəbər | 0

Qurban bayramına görə Azərbaycanda 4 gün qeyri-iş günü olacaq

qeyri-iş günü

Azərbaycanda Qurban bayramı ilə əlaqədar iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib.

Bununla əlaqədar Baş nazir Əli Əsədov “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərar imzalayıb.

Qeyd edək ki, iyulun 20 və 21-də Azərbaycanda Qurban bayramı qeyd olunacaq. Əmək Məcəlləsinə əsasən, qeyd olunan günlər qeyri-iş günləri sayılır.


Dünya iqtisadiyyatında qadın rəhbərlərin rolu (2-ci hissə)

posted in: Xəbər | 0

Dünya iqtisadiyyatında qadın rəhbərlərin rolu (2-ci hissə)

Dünya iqtisadiyyatı hər il kişilərə görə trilyonlarla dollar itirir. Qadınlar vəziyyəti necə düzəldəcəklər?           

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz

İşə qəbul zamanı cinsi üstünlükdən imtina olunması özü ilə praktiki fayda da gətirib. McKinsey&Company konsaltinq şirkətinin məlumatına görə, qadın liderlərinin sayı birbaşa mənfəətin artmasına təsir göstərir: qadın-rəhbərlərin payı 30 faizdən çox olan şirkətlər, bu göstəricinin 10 faiz olduğu şirkətlərə nisbətən iqtisadi cəhətdən 48 faiz daha uğurlu ola bilərlər. McKinsey & Company şirkətinin nəticələri Kolumbiya biznes-məktəbinin son araşdırması ilə də təsdiqlənir: ən azından bir qadının top-menecer mövqeyində olduğu firmanın dəyəri, bu mövqeyi yalnız kişilərin tutduğu şirkətlərin dəyərindən 40 milyon dollar yüksək olur, əldə edilən qazanc isə 6 faizə kimi yüksələ bilir.

Dünya iqtisadiyyatı qadın-rəhbərlərin hesabına 12 trilyon dollar əldə edə bilər

Əgər hər bir dünya ölkəsi gender bərabərliyinə can atarsa, 2025-ci ilə kimi dünya ÜDM-i 12 trilyon dollar yüksələ bilər. Boston Consulting Group şirkətinin analitik ekspertləri qeyd ediblər. “Qadınlar çoxtapşırıqlı rejimdə olan işlərin öhdəsindən daha yaxşı gələ bilirlər, onlara inteqrator rolu daha çox xasdır. Bundan başqa, qadın, top-menecer olmaq üçün öz üzərində daha çox işləməlidir. Və bu vəzifəni tutmaq üçün daha sərt mövqe tutmalı olur. Və nəticədə bu sahədə irəliləyişə malik olduqda, bir qayda olaraq o, rəqabətə daha çox davamlı olur”, Skolkovo müstəqil direktorlar Klubunun şura sədri Tatyana Olifirova məsələyə aydınlıq gətirib.

Yeni imkanlar

Rusiya rəhbər qadınların sayına görə hələ ki, Avropadan geri qalır, lakin, bütün hallarda onların sayı heç də az deyil. Deloitte-nin hesablamasına görə, 2020-ci ildə onların payı təxminən 20 faiz təşkil edib. Özü də demək lazımdır ki, hələ üç il bundan əvvəl Rusiya firmalarının direktorlar şurasında qadınların payı yalnız 8,5 faiz təşkil edirdi. Onlar daha çox təhsil, ictimai iaşə, səhiyyə sahələrində çalışırlar. Ən az qadın baş direktorların işlədiyi sahələr isə bunlardır: inşaat, hasilat, təhlükəsizlik və energetika.

Nəzəriyyədə Avropada olduğu kimi, qadın-baş direktorların sayını kvotaların tətbiqi hesabına artırmaq olardı. Amma, kadr ehtiyatının formalaşdırılmasına vaxt lazımdır, süni stimullar isə ona gətirib çıxaracaq ki, rəhbər vəzifələrə buna hazır olmayan adamlar gələcək, Ümumrusiya ictimai rəyini öyrənən mərkəzin dövlət hakimiyyəti orqanları ilə iş üzrə direktoru Kirill Rodin belə hesab edir. “Bizim dəyərləndirmələrimizə görə, növbəti on ildə siyasətdə və biznesdə “qadın kabinetinin” sayı 30 faiz artacaq, lakin, kvotalaşdırma çətin ki, effektiv olsun, o, qadınların bu vəzifələrdə təbii mövcudluğunu yalnız çətinləşdirə bilər”, – Rusiya-asiya sənayeçilər və sahibkarlar ittifaqının prezidenti Vitaliy Malkeviç belə hesab edir.


Məqalənin 3-сü hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 764 765 766 767 768 769 770 2. 392