Müəssisədə işçilər qrup halında ödənişli və ya ödənişsiz məzuniyyətə buraxıla bilər?   

posted in: Xəbər | 0

Müəssisədə işçilər qrup halında ödənişli və ya ödənişsiz məzuniyyətə buraxıla bilər?         

məzuniyyətə buraxılmaKollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər.

Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir.

Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir.


Mənbə: sosial.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bina tikintisi ilə məşğul olan şəxslərin dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinin vergiyə cəlb olunması

posted in: Xəbər | 0

vergiyə cəlb vergiyə cəlbDövlət Vergi Xidmətindən bildirilir ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir.

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binanın yaşayış və qeyri-yaşayış sahələrinin dövlətə ayrılan hissəsinin təqdim edilməsi üzrə dövriyyələr ƏDV-dən azaddır.

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinə çəkilmiş məsrəflər gəlirdən çıxılan xərclərə aid edilir.

Əsaslandırma: Vergi Məcəlləsinin 13.2.12, 164.1.47, 108-ci maddələri.


Mənbə: vergiler.az




Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İşçi ödənişsiz məzuniyyətdən qayıtdıqdan sonra əmək məzuniyyətindən istifadə edə bilərmi?

posted in: Xəbər | 0

əməkhaqqının ödənilməsiSahibkarları, kadrlar üzrə mütəxəssisləri maraqlandıran məsələlərdən biri də işçinin qismən ödənişli və ya ödənişsiz məzuniyyətdən qayıdandan sonra əmək məzuniyyətindən istifadə edə bilməsidir.

Sərbəst auditor Altay Cəfərov bu məsələni aşağıdakı suallar çərçivəsində işıqlandırır:

– İşçi ödənişsiz məzuniyyətdən qayıtdıqdan sonra əmək məzuniyyətindən istifadə edə bilərmi?

– Belə hallarda hansı aylar baza kimi nəzərə alınır?

– Məzuniyyət üçün orta əməkhaqqı necə hesablanılır?

Misal: Tutaq ki, 1 may 2021-ci ildən 30 iyun 2021-ci ilədək öz hesabına, ödənişsiz məzuniyyətdə olmuş işçi 1 iyul 2021-ci il tarixində 30 günlük əmək məzuniyyətinə çıxmaq istəyir. İşçinin aylıq əməkhaqqı standart 500 manat olub.

Əmək Məcəlləsinin 14-cı maddəsinin I hissəsində göstərilib ki, məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir.

Məcəlləsinin 131-ci maddəsində isə göstərilib:

1. İşçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən 6 ay işlədikdən sonra əmələ gəlir.

2. İşçiyə 6 ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər.

3. İşçiyə işin ikinci və sonrakı illəri üçün məzuniyyət işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda verilə bilər.

Məcəllənin 128-ci maddəsində ödənişsiz məzuniyyətdən istifadə hüququ təsbit olunub: “Qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır”.

Əmək Məcəlləsinin 129-cu maddəsinə əsasən, ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir.

Əmək Məcəlləsinin müddəalarından göründüyü kimi, bir məzuniyyətin digərindən asılılığı və ya növbəliliyi yoxdur.

Odur ki, ödənişsiz məzunyyətdən qayıdan işçi əmək məzuniyyətindən istifadə edə bilər. Amma 131-ci maddənin tələbləri nəzərə alınmaq şərtilə. Odur ki, bizim misalımızda göstərilmiş hər iki halda ödənişsiz məzuniyyətdən qayıdan işçi əmək məzuniyyətindən istifadə edə bilər.

Burada daha bir maraqlı məqam məzuniyyət haqqının necə hesablanmasıdır.

Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən, məzuniyyət haqqı son 12 təqvim ayının əməkhaqqı cəmlənərək 12-yə bölünməklə hesablanır. Bu qaydada işçinin son 12 ayda ödənişsiz məzuniyyətdə, sosial məzuniyyətdə olub-olmaması kimi azadolmalar, boşluqlar və çıxılmalar qeyd edilməyib. Konkret son 12 təqvim ayı yazılıb və “təqvim ayı” dedikdə aylar tam olmalıdır.

Yuxarıda qeyd etdiyimiz misala uyğun hesablamalar isə belə olacaq:

01.07.2020- 30.04.2021-ci il dövründə 10 ay x 500 manat = 5.000 manat
01.05.2021-30.06.2021-ci il dövründə 2 ay x 0,00 manat = 0,00 manat

12 ay üçün cəmi: 5.000 manat

Gündəlik orta əməkhaqqı 5000 : 12 : 30,4 = 13,71 manat

Məzuniyyət haqqı – 13,71 x 30 gün = 411,30 manat.

Məsələyə məntiqi yanaşsaq, belə bir qənaətə gəlmək olar ki, işçi az işləyib az qazandığına görə az da məzuniyyət haqqı alır. Yəni burada məntiq və qanunvericilik bir-birini tamamlayır.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Melanxoliya yaşı nə deməkdir? (1-ci hissə)

posted in: Xəbər | 0

İtirilmiş zamanla bağlı kədər. Melanxoliya yaşı nə deməkdir? (1-ci hissə)

İnsanı həyatı boyu bir çox fərqli vəziyyətlərə düçar olur. Əlbəttə, hamı daha çox xoşbəxt və şən olmaq istəyir, amma, kədərli anlar da az olmur, bəzi vaxtlarda isə həmin kədər səbəbsiz də ortaya çıxa bilir. Psixoloqlar bəzən bu cür kədərləri müəyyən yaş dövrləri əlaqləndirirlər, onların sözlərinə görə orqanizm bununla bir növ həyatın ssenari üzrə getmədiyini göstərir. “Melanxoliya yaşı nə deməkdir və onunla necə mübarizə aparmalı və ümumiyyətlə, bunu etmək lazımdırmı” – fikirləri ətrafında psixoloji elmlər namizədi, psixoanalitik, dosent Aleksey Melexinin söhbətini diqqətə çatdırırıq.  

“Melanxoliya yaşı dedikdə, depressiya başa düşülür. Yəni, bir insanın depressiyaya daha çox meyilli olduğu belə müvəqqəti anlar. Xarici təcrübədə melanxoliya yaşının 30, 45, 50 və 60 yaşarası dövrlərə təsadüf etdiyi hesab olunur. Bunlar çox mühüm sərhədlərdir”, – Aleksey Melexin belə söyləyir.

Psixoanalatik qeyd edir ki, hər bir kəsin özü ilə bağlı bu yaşı dərk etməsi elə də çətin bir iş deyil. Aleksey Melexinin sözlərinə görə, onun başlıca indikatoru sanki nəsə itirmisən, nəsə  bir boşluq və narazılıq hiss edirsən kimi duyumlardır. “Həm də bu zaman insan özü ilə baş verənləri təsvir edə bilmir. Həmin an adam sanki nəsə çatışmazlıq hiss edir, amma, əgər ondan rahatsızlığın səbəbini soruşsanız, o, çətin ki, buna cavab verə bilsin. Hətta əgər o, nikahdadırsa və onun uşaqları da varsa, belə, qüssə-kədər, tənhalıq hissləri baş qaldırır”, – Aleksey Melexin söyləyir.

Psixoanalitik qeyd edir, belə bir halın inkişafının problemi ondadır ki, həmin insan bir dəfə öz xəyalına qarşı dönüklük edib – məsələn,  o, yağlı boya ilə rəsm əsəri çəkmək və ya zooparkda delfinləri yemləmək istəyib, bunun əvəzinə mühasib  peşəsinə yiyələnib və hər gün rəqəmlərlə işləyir.  Və bu zaman müəyyən yaş həddi gəlir və onu ötən dövrlərdəki hisslər bürüyür, özü də çox ciddi şəkildə. O, itirilmiş imkanlara görə təəssüf hissləri keçirməyə başlayır. “Bu zaman insan ötən dövr hisslərinin əsarətinə düşür, gələcəkdə isə həmin şəxsi qorxular təqib edir, indiki zamanda isə nədənsə yapışmaq üçün bir şey tapa bilmir: hər yerdə iş və problemlər onun üzərinə gəlir”, – psixoanalitik qeyd edir. Həmin səbəbdən melanxoliya yaşı həm də zamanda özünəməxsus səyahət kimi də başa düşülür. Yəni, insan zehni olaraq keçmişdə yaşayır və ya əksinə tam şəkildə gələcəkdə yaşayır.

İndiki zamanda isə insanı heç nə sevindirmir. “Birbaşa apatiya ortaya çıxır, insan nəsə istəyir, lakin, yenə də məhz, nə istədiyini anlaya bilmir. O, mağazaya gedir, özünə geyim, yeni telefon alır, lakin, onu təmin edəcək hissləri ala bilmir”, – Aleksey Melexin belə deyir. Həmin anlarda özünə yalnız belə bir sual vermək qalır, siz öz həyatınızdan nələri çıxarıb atmaq istərdiniz. “Ola bilsin ki, həqiqətən rəsm çəkmək istəmisiniz. Və psixika istəyir ki, siz elə bu istiqamətdə hərəkət edəsiniz, yoxsa ki, özünüzü kədərə qərq etmək kimi şeylər yenidən təkrarlanacaq”, – psixoloq qeyd edir.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 761 762 763 764 765 766 767 2. 392