10 qeyri-adi iqtisadi göstərcilər (2-ci hissə)

posted in: Xəbər | 0

10 qeyri-adi iqtisadi göstərcilər (2-ci hissə)iqtisadiyyat

Donun ətəyinin uzunluğu, ofisiantların cəlbediciliyi və şampan şərabının məşhurluğu, hər hansı bir problemin olub-olmayacağından xəbər verə bilər

Dodaq boyasının satışı

İqtisadiyyatın vəziyyəti proqnozlaşdırmaq mümkün olan əhalinin şəxsi xərcləri seqmentləri arasında, adətən, dodaq pomadası və dırnaq boyası kimi elit istehlak özəl əşyalara diqqət yetirilir. Tədqiqatlar göstərir ki, iqtisadiyyatların tənəzzülü zamanı dodaq boyalarının satışı kəskin şəkildə artır, çünki istehlakçılar ictmai yerlərdə özlərini az-çox gözə soxmaq üçün əlçatan üsullardan istifadə edirlər.

Qadın donlarının ətəklərinin uzunluğu

“Donun uzunluq indeksi” adını almış daha qədim “alternativ” iqtisadi göstərici, ötən əsrin 20-ci illərində Uorton biznes məktəbinin iqtisadçısı tərəfindən tətbiq olunub. O, belə güman edirdi ki, iqtisadi yüksəliş zamanlarında qadınlar öz bahalı corablarını nümayiş etdirmk üçün daha qısa donlar geyinirlər. Əksinə, insanların yeni corab ala bilmədiyi ağır zamanlarda isə paltarların ətəyi uzanır.

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz


 Karton qutuların təchizatı

Biz hamımız onlayn alış-veriş etmək imkanından məmnuniyyətlə istifadə edirik. İnternetdə demək olar ki, hər şeyi tapa bilərsiniz və qapı kandarında qəhvəyi karton qutuların görünüşü indi adi bir şeyə çevrilib. Beləliklə, karton qutular üçün sifarişləri izləyərək, satıcıların gələcək haqqında nə düşündüyünü başa düşmək olar: daha çox qutu sifariş edilərsə, ehtimal ki, tezliklə vəziyyət yaxşılaşacaq.


Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Hüquqi şəxslərin dövlət qeydiyyatı üçün dövlət rüsumunun dərəcələri

posted in: Xəbər | 0
dövlət rüsumu dövlət rüsumunun dərəcələriAzərbaycan qanunvericiliyinə əsasən, hüquqi şəxslərin dövlət qeydiyyatı üçün dövlət rüsumunun dərəcələri belə müəyyənləşdirilmişdir:

– bankların, birjaların, sığortaçıların, sığorta birlik və brokerlərinin, xarici hüquqi şəxslərin nümayəndəliklərinin və filiallarının qeydiyyatı üçün – 220 manat;

– kənd təsərrüfatı sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslərin qeydiyyatı üçün – 3 manat;

– digər hüquqi şəxslərin qeydiyyatı üçün – 11 manat.

Əsaslandırma: “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 20.1-20.3-cü maddələri.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Uşaqlı qadınların əlavə məzuniyyət günləri nə qədərdir?

posted in: Xəbər | 0

əlavə məzuniyyətAzərbaycan Respublikası Əmək Məcəlləsinin 117-ci maddəsində uşaqlı qadınların əlavə məzuniyyətlərinin müddətləri öz əksini tapıb.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

Uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin uşaqları övladlığa götürmüş şəxslərin bu maddənin birinci hissəsində nəzərdə tutulan əlavə məzuniyyət hüququ vardır.

Əmək Məcəlləsinin 117-ci maddəsi ilə müəyyən edilmiş əlavə məzuniyyət hüququ müvafiq təqvim ilinin sonunadək uşaqlardan birinin 14 yaşı tamam olduğu hallarda da saxlanılır.

Həmin maddə ilə müəyyən edilmiş əlavə məzuniyyətlər Əmək Məcəlləsinin 118 (Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilər), 119 (Fizioloji keyfiyyətləri ilə bağlı işçilər), 120 (Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilər) və 121-ci (Teatr-tamaşa və bunlara uyğun digər müəssisələrin işçilər) maddələrində göstərilən işçilərə şamil edilmir.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar

posted in: Xəbər | 0

Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar

Dövlət Vergi Xidməti əmək müqaviləsinin ləğviDövlət Əmək Müfəttişliyi Xidmətinin açıqlamasında əmək müqaviləsinin ləğvi ilə bağlı razılaşmaların hüquqi şərtləri şərh olunub.

Açıqlamada bildirilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar təsbit edilib. İşəgötürən işçi ilə bağlanan əmək müqaviləsini ləğv edərkən açağıdakı razılaşmaları əldə etməlidir:

1. Əmək Məcəllləsinin 70-ci maddəsinin b) (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) və ç) (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

3. Əmək Məcəlləsinin 80-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 763 764 765 766 767 768 769 2. 392