Dünya iqtisadiyyatında qadın rəhbərlərin rolu (4-cü hissə)
Dünya iqtisadiyyatında qadın rəhbərlərin rolu (4-cü hissə)
Dünya iqtisadiyyatı hər il kişilərə görə trilyonlarla dollar itirir. Qadınlar vəziyyəti necə düzəldəcəklər?
Sarsıdıcı zərbə
Gender bərabərliyinin irləliləyişində qazanılan dünya uğurları təhlükə altına düşüb. Koronavirus pandemiyası və onun ortaya çıxardığı böhran qadınların karyerasına sarsıdıcı zərbə vurub. Bütün dünya üzrə qadınlar epidemiyanın başlıca qurbanlarına çevriliblər. Onlar iqtisadiyyatın ən çox zərər görmüş sahələrində: turizm, ictimai iaşə, əyləncə – kişilərdən daha fəal iştirak edirdilər. Bundan əlavə, məktəblər bağlandığı vaxtlarda onlar uşaqlarının yanında olmaqdan ötrü, çox vaxt işlərini buraxmalı olublar.
Ümumdünya tənəzzülü fonunda, Heidrick & Struggles işə personal qəbulu xidməti tərəfindən bildirildiyi kimi, qadınlara rəhbər vəzifələri daha az etibar edilir. Onlar hazırda dünyanın ən iri şirkətlərinin yalnız 3 faizində rəhbər vəzifələri tuturlar. Müqayisə üçün: epidemiyaya qədər qadınlar bütün dünyada 965 ən böyük şirkətdə dörd dəfə çox iş yerləri əldə etmişdilər. İndi şirkətlərdə böyük ehtimalla artıq baş direktor vəzifəsini tutmuş yeni liderləri seçəcəklər ki, bu rolda da çox vaxt kişilər üstünlük təşkil etmişlər.
Hər hansı bir işə düzəlmək üçün müraciət edərkən, seçim zamanı cinsə üstünlük verilməsinin nəticələri dəhşətli ola bilər. Oreqon ştatının Universitetindən (ABŞ) olan alimlər belə bir təcrübənin yalnız işçilərin ayrı-seçkiliyinə deyil, həm də məhsuldarlığın ümumi itkisinə gətirib çıxardığını, bunun isə öz növbəsində zərərlə nəticələndiyini bildiriblər. Dünya Bankının ekspertlərinin qiymətləndirməsinə görə, ölkələr qeyri-bərabər əməkhaqqı ödənişləri üzündən hər il trilyonlarla dollar itirirlər. O cümlədən, qızların təhsilə məhdud çıxışı və əhalinin qadın hissəsinin əmək məhsuldarlığının və gəlirlərinin artırılması üzrə reallaşdırılmamış imkanlar hesabına dünya iqtisadiyyatının itkiləri ildə 15-30 trilyon dollar təşkil edir.



Onlayn əməliyyatlara və yeni texnologiyalara üstünlük verən 3 milyon nəfərdən artıq istifadəçi BirBank tətbiqini App Store və Play Store-dan yükləyib. Hazırda BirBank ölkəmizdə ən çox yüklənilən və ən çox istifadə edilən mobil bank tətbiqidir. iOS və Android əməliyyat sistemləri BirBank-ı yüklənmə sayı, istifadə dərəcəsi və istifadəçi rəyləri əsasında maliyyə sektorunun ən populyar tətbiqi olduğunu bildirərək, müştərilərə tövsiyə edir.
Dövlət Vergi Xidmətindən bildirilir ki, aşağıdakı şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir: