» » » 10 qeyri-adi iqtisadi göstərcilər (3-cü hissə)

10 qeyri-adi iqtisadi göstərcilər (3-cü hissə)

posted in: Xəbər | 0
birbank biznes

10 qeyri-adi iqtisadi göstərcilər (3-cü hissə)iqtisadiyyat iqtisadi

Donun ətəyinin uzunluğu, ofisiantların cəlbediciliyi və şampan şərabının məşhurluğu, hər hansı bir problemin olub-olmayacağından xəbər verə bilər

Şampan istehlakı

Həmçinin insanların eyforiya və ya qorxu hiss etdiklərini şampan satışını təhlil etməklə də anlamaq mümkündür. NPR-in tədqiqatları göstərib ki, işlər yaxşı getdikdə, satışlar yüksəlir, ağır zamanlarda isə şampan şərabının satışları kəskin şəkildə aşağı düşür.

Big-Mac qiymətləri

Bu yaxınlarda McDonald’s səhər yeməklərini bütün gün ərzində təqdim etməklə cəmiyyəti həyəcanlandırmışdı, amma, əslində restoranın flaqman, Burger Big Mac-nin qiyməti ilə dünya valyutalarının ABŞ dollarına olan kursunu təxmin edə bilərsiniz. Başqa sözlə desək, əgər Çində Big-Mac-ın qiyməti ABŞ-dakından ucuzdursa, bu o deməkdir ki, çin yuanı dollara nisbətdə xeyli ucuzdur.

Sports Illustrated jurnalının üz qabağında modelin milliyəti

Sports Illustrated jurnalının ən məşhur nəşrlərindən birinin çimərlik geyimlərinə həsr olunmuş illik xüsusi buraxılışının nə üçün olduğunu izah etməyə ehtiyac yoxdur. Maraqlı bir xüsusiyyət jurnalın üz qabığındakı fotoşəkillə bağlıdır: model ABŞ-dan olduqda, S&P 500 indeksi (INDEX: US500) tarixi göstəricilərdən daha sərfəli olub, amma, modelin fotoşəkli Amerikadan olmadıqda, bu, müvafiq ildə indeksin zəif göstəricilərindən söz açır.

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz

Amerikan futbolu üzrə Superkubokun qalibi ilə də analoji tendensiya əlaqəlidir: Milli futbol konfransından olan komandaların qalib gəldiyi illərdə amerikan bazarının vəziyyəti daha yaxşı olur. Unutmayın ki, bütün bu indekslərin proqnozlaşdırıcı xüsusiyyətləri şübhəlidir. Onlara əsasən, yalnız iqtisadiyyatın gücü və ya zəifliyinin çox geniş və bəzən əyləncəli nəticələrə səbəb olduğunu söyləmək olar.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun