» » » Elektron qaimə-faktura təqdim etməli olan şəxslər

Elektron qaimə-faktura təqdim etməli olan şəxslər

posted in: Xəbər | 0
birbank biznes

Dövlət Vergi Xidməti əmək müqaviləsinin ləğviDövlət Vergi Xidmətindən bildirilir ki, aşağıdakı şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir:

– bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi;

– dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi;

– notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi.

Elektron qaimə-faktura göndərmək öhdəliyi istisna olunan şəxslər üçün elektron qaimə-fakturanın təqdim olunması ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır.

Əsaslandırma: Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsi.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun