“Müştəri Bank Mobile” – biznes üçün yeni mobil bankçılıq tətbiqi

posted in: Bank, Kapital Bank, Xəbər | 0

Kapital Bank korporativ müştərilər üçün “Müştəri Bank Mobile” mobil bankçılıq tətbiqini istifadəyə verdi. Yeni tətbiqlə hüquqi şəxslər və fərdi sahibkarlar bank əməliyyatlarını artıq öz smartfonları vasitəsilə həyata keçirə bilərlər. Həm iOS, həm də Android istifadəçiləri üçün nəzərdə tutulan “Müştəri Bank Mobile” ən son istifadəçi təcrübəsi və dizayn tendensiyaları nəzərə alınaraq yaradılıb.

Yeni tətbiq vasitəsilə hüquqi şəxslər və fərdi sahibkarlar cari hesablar, kartlar, imza gözləyən əməliyyatlar, sərəncamlar, köçürmələr haqqında məlumatlar əldə edə bilərlər. Həmçinin, “Müştəri Bank Mobile” ilə əməliyyatları imzalamaq, onlar barədə bildirişlər almaq, müxtəlif köçürmələr yaratmaq və digər əməliyyatlar yerinə yetirmək mümkündür. Tətbiqdən hazırda yalnız Müştəri Bank-ın desktop versiyasından qeydiyyatdan keçənlər faydalana bilər. Tətbiqin funksionallığının yaxın gələcəkdə artırılması nəzərdə tutulur.

Qeyd edək ki, Müştəri Bank-ın desktop versiyası vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: cari hesabın tam onlayn şəkildə açılması, əmək haqqı layihəsinə qoşulma, əmək haqqı kartlarına mədaxil, əmək haqqı kartlarının sifarişi, biznes və sahibkar kartlarının sifarişi, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat, onlayn kredit məhsulları (overdraft, kredit, qarantiya, sürətli tender və s.) və s.

Müştəri Bank sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login linkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Uğurlu insan olmağa mane olan 7 vərdiş (2-ci hissə)

posted in: Xəbər | 0

Uğurlu insan olmağa mane olan 7 vərdiş (2-ci hissə)uğurlu insan

Bu yazıda bir insanın inkişaf etməsinə imkan verməyən və həyatını yaxşı bir şəkildə dəyişməyə mane olan bəzi vərdişlər sadalanır.

Perfeksionizm (hər hansı bir işi mükəmməlcəsinə, zərgər dəqiqliyi ilə yerinə yetirmək)

Hal-hazırda perfeksionizm psixi sapma hesab olunur. İşi 100% yerinə yetirməyə can atmaq, ümumiyyətlə, hər hansı bir işlə məşğul olmaq istəyinizin yox olmasına gətirib, çıxara bilər. Və bundan əlavə, bir qayda olaraq perfoksionistlər daha məhdud çərçivəli olurlar və nadir hallarda çevik düşüncəyə malik olurlar.

Bütün gün ərzində məhsuldarlıq

Bəziləri istirahət etməyə barmaqarası baxırlar, buna isə qəti şəkildə yol vermək olmaz. Beyin iki saatdan çox gərginlikdə olduqda, yorulur və onun bərpa olunmasından ötrü daha çox zaman lazım gəlir. Amma, hər saatdan və ya yarım saatdan bir işə fasilə verilərsə, buna ehtiyac yaranmır.

İşin yerinə yetirilməsindən ötrü özünüzə daha çox zaman ayırın

Vaxtı planlaşdırarkən, mühümdür ki, özünüzü dar vaxt çərçivəsinə salmayasınız, həmçinin sənədlərin hazırlanmasına ayrılan yarım saatlıq müddəti də bütün iş günü ərzində uzatmaq da lazım deyil. Özünüzdə işləri vaxtında cəmləşdirmək və yerinə yetirmək qabiliyyətini inkişaf etdirmək lazımdır.

Başqalarına güvənmək

Bu bölüm – perfeksionizm medalının əks tərəfidir: hər hansı bir şəxs, ümumiyyətlə, heç bir iş görmür və daim başqalarından kömək istəyir. Məsuliyyəti öz üzərindən atmaqla, şəxsi yüksəlişə nail olmaq mümkün deyil.

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz

Beləliklə, əgər siz öz davranışınızı təhlil edərək yuxarıda sadalanan bəndlərdən hər hansı birini aşkar etsəniz, onda öz üzərinizdə və davranışınız üzərində çalışmağa başlamaq çox zəruridir. Və nəticə özünü çox gözlətməyəcək.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycan Respublikasının Auditorlar Palatasında 2020-ci ilin nəticələri üzrə “Auditorların reytinq cədvəli”ndə yer tutmuş auditor təşkilatlarına və sərbəst auditorlara diplomların təqdimetmə mərasimi keçirilmişdir

posted in: Xəbər | 0

Auditorlar PalatasıAzərbaycan Respublikası Auditorlar Palatasının 2021-ci il üzrə iş planının 1.10-cu “2020-ci ilin nəticələri üzrə auditor təşkilatlarının və sərbəst auditorların reytinq səviyyəsinin müəyyən edilməsi” bəndinin icrası ilə əlaqədar  və  Auditorlar Palatası Şurasının 2014-cü il 27 dekabr tarixli 259/4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Auditorların (auditor təşkilatlarının) reytinqinin müəyyənləşdirilməsi barədə Qayda”ya əsasən 2020-ci ilin nəticələri üzrə auditor təşkilatları və sərbəst auditorların reytinq səviyyəsinin müəyyən edilməsi ilə əlaqədar “Auditorların reytinq cədvəli” hazırlanmış və Palata Şurasının 2021-ci il 5 may tarixli 330/1 saylı Qərarı ilə təsdiq edilmişdir.

Auditorlar Palatasında Qaydaya uyğun olaraq reytinq cədvəlləri “Böyük dördlük”, “Beynəlxalq şəbəkə təşkilatlarının ticarət nişanından istifadə edən auditor təşkilatları”, “Yerli auditor təşkilatları”, “Sərbəst auditorlar” üzrə ayrıca tərtib edilmişdir.

2021-ci il 17 iyun tarixində 2020-ci ilin nəticələri üzrə reytinq cədvəlində hər kateqoriya üzrə 1-ci, 2-ci və 3-cü yerləri tutmuş Palatanın üzvlərinə diplomların təqdimedilməsi mərasimi keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov ilk öncə tədbir iştirakçılarını Palatanın rəhbərliyi adından salamladı və 2020-ci ilin nəticələri üzrə reytinq cədvəlində ilk 3 yerləri tutmuş Palatanın üzvlərini təbrik etdi və onlara peşəkar fəaliyyətlərində uğurlar arzuladı. S.Gülməmmədov bildirdi ki, üzvlərimiz arasında reytinq səviyyəsi müəyyən edilərkən meyar göstəricilər, orta müqavilə məbləği, göstərilmiş auditor xidmətinin həcmi, məcburi auditlə bağlı olmayan müqavilələrin sayı, sərbəst auditorlar və auditor təşkilatlarının orta müqavilə məbləği əsas götürülmüşdür. Reytinqin hesablanma metodikası isə göstərilmiş auditor xidmətinin həcminin hər min manatına 3 bal, orta müqavilə məbləğinin hər min manatına 2 bal, məcburi auditlə bağlı olmayan hər bir müqavilənin sayına 2 bal, hər bir reytinq subyektinin orta müqavilə məbləğindən az (çox) olduğu halda göstərilmiş auditor xidmətinin həcminə və məcburi auditdə bağlı olmayan müqaviləyə görə hesablanmış balların cəmi onların nisbəti həcmində azaldılır (artırılır) qaydasında hesablanmışdır.

Eyni zamanda S.Gülməmmədov bildirdi ki, Qaydaya uyğun olaraq auditor (auditor təşkilatı) barəsində sifarişçi təsərrüfat subyektindən və ya 3-cü şəxsdən Palataya daxil olmuş hər bir haqlı şikayətə görə reytinq 5 bal azaldılır. Ona görə də, Palatanın hər bir üzvü Palata Şurasının təsdiq etdiyi Qaydaya uyğun olaraq, ilin yekununa görə şəffaf qaydada öz reytinq səviyyəsini hesablaya və hansı yerə layiq görüldüyünü müəyyən edə bilər.

Sonra reytinq cədvəlində kateqoriyalar üzrə 1-ci, 2-ci və 3-cü yerləri tutmuş Palatanın üzvlərinə diplomlar təqdim edildi.

2020-Cİ İLİN NƏTİCƏLƏRİ ÜZRƏ AUDİTOR TƏŞKİLATLARININ VƏ SƏRBƏST AUDİTORLARIN REYTİNQ CƏDVƏLİ

“BÖYÜK DÖRDLÜK” ÜZRƏ

Sıra№si Auditor təşkilatının adı
1. “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi.” şirkətinin Azərbaycan Respublikasındakı filialı
2. “PRAYSVOTERHAUSKUPERS AUDİT AZƏRBAYCAN” məhdud məsuliyyətli cəmiyyəti
3. “KPMC Audit Azərbaycan” məhdud məsuliyyətli cəmiyyəti

XARİCİ HÜQUQİ ŞƏXSLƏRİN TİCARƏT NİŞANINDAN İSTİFADƏ EDƏN AUDİTOR TƏŞKİLATLARI ÜZRƏ

Sıra№si Xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən Auditor təşkilatının adı
1. “PKF Audit Azərbaycan” məhdud məsuliyyətli cəmiyyəti
2. “Baker Tilly Audit Azərbaycan” qapalı səhmdar cəmiyyəti
3. “Caspian Business Consultants” məhdud məsuliyyətli cəmiyyəti

YERLİ AUDİTOR TƏŞKİLATLARI ÜZRƏ

Sıra№si Auditor təşkilatının adı
1. “Grovv Audit and Consulting” məhdud məsuliyyətli cəmiyyəti
2. “INTERAUDİTSERVİCE” məhdud məsuliyyətli cəmiyyəti
3. “Caspian Consulting and Partners” məhdud məsuliyyətli cəmiyyəti

SƏRBƏST AUDITORLAR ÜZRƏ

Sıra№si         Sərbəst auditorların soyadı, adı və atasının adı
1. Rzayev  Akif  Məlik oğlu
2. Axundov  Vaqif  Xəlil oğlu
3. Rzayev Orxan Rza oğlu

Tədbirdə “Baker Tilly Audit Azərbaycan” QSC-nin idarəedici partnyoru Ziya İbrahimov, “Caspian Consulting and Partners” MMC-nin  direktoru-auditor Elnurə Abdinova və “PKF Audit Azərbaycan” MMC-nin təsisçisi Fikrət Hüseynzadə çıxış etdilər, Auditorlar Palatası tərəfindən ilin yükununa görə şəffaf qaydada tərtib edilmiş reytinq cədvəlində tutduqları yerlərə görə Palatanın rəhbərliyinə xüsusən də Auditorlar Palatasının sədri, iqtisad elmlər doktoru, professor Vahid Novruzova öz minnətdarlıqlarını bildirdilər və gələcək işlərində bu diplomlara görə daha da məsuliyyətli çalışacaqlarına söz verdilər. Tədbirin sonunda S.Gülməmmədov bir daha bu münasibətlə iştirakçıları təbrik etdi, onlara işlərində uğurlar arzuladı. Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkildi.     

Mənbə: audit.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Gömrük rüsumlarının dərəcələri haqqında qərarda dəyişiklik edilib

posted in: Xəbər | 0
gömrük rüsumlarının dərəcələriNazirlər Kabineti “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklik edib.
Qərara əsasən, “Füzuli, Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi üçün idxal edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı” təsdiq edilib.
Bu bəndlə müəyyən edilən mal nomenklaturasına müvafiq idxal olunan malların Füzuli, Laçın və Zəngilan beynəlxalq hava limanlarının tikintisi üçün istifadəsinin təsdiq edilməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçiriləcək.
Bu mallar gömrük idxal rüsumuna cəlb olunmayacaq.

Bu Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2024-cü il 1 yanvar tarixinədək qüvvədədir.

XİFMN üzrə kodu Mal mövqelərinin adları
 

 

2515

Qaba parçalanmış və ya parçalanmamış, mişarlanmış və ya mişarlanmamış və ya digər üsulla bloklara və ya düzbucaq (kvadrat da daxil olmaqla) formasında lövhələrə bolünmüş mərmər, travertin və ya əhəngli tuf daşı, ekausin və xüsusi

çəkisi 2,5 və ya daha çox olan abidələr və ya tikinti üçün digər əhəngdaşları, alebastr

 

 

2516

Qaba parçalanmış və ya parçalanmamış, mişarlanmış və ya mişarlanmamış və ya digər üsulla bloklara və ya düzbucaq (kvadrat da daxil olmaqla) formasında lövhələrə bölünmüş

qranit, porfir, bazalt, qumdaşı, abidələr və ya tikinti üçün digər daşlar

 

 

3208

Sintetik polimerlər və ya kimyəvi modifikasiya olunmuş təbii polimerlər əsasında susuz mühitdə həll edilmiş və ya dispersləşdirilmiş boyalar və laklar (emallar və polituralar da daxil olmaqla); bu qrupa dair 4-cü qeyddə göstərilən məhlullar
 

3209

Su mühitində dispersləşdirilmiş və ya həll olunmuş, sintetik polimerlər və ya kimyəvi modifikasiya olunmuş təbii polimerlər əsasında boyalar və laklar (emallar və polituralar

da daxil olmaqla)

 

3210 00

Digər boyalar və laklar (emallar, polituralar və yapışqanlı boyalar da daxil olmaqla); dərinin işlənməsi üçün istifadə edilən hazır sulu piqmentlər
3917 Plastmas borular, borucuqlar, şlanqlar və onların fitinqləri (məsələn, birləşmələr, dirsəklər, flanslar)
3926 Plastmasdan digər məmulatlar və 3901-3914 mal mövqelərindəki digər materiallardan məmulatlar

 

 

 

4407

Uzununa mişarlanma və ya yarılma, rəndələnmə və ya cırtlama ilə əldə edilmiş, rəndələnmə və ya cilalanma ilə emal edilməmiş və ya emal edilmiş, 6 mm-dən çox qalınlığı olan şalbanbaşı birləşmələri olan və ya olmayan meşə

materialı

 

 

4409

Hər hansı bir kənarı, ucu və ya səthi profil verilmiş paqonaj halında olan (dişli, oyuqlu, zivanalı, yonulmuş kənarlı, yarımdairə fiqurlu rəndələnmə şəklində birləşdirmələri ilə, fasonlu və ya analoji), rəndələnmə və ya cilalanma ilə emal edilməmiş və ya emal edilmiş, şalbanbaşı birləşmələri olan və ya olmayan taxta-şalban (döşəmənin parket örtüyü üçün

yığılmamış plankalar və frizlər də daxil olmaqla)

 

 

4410

Qatranlarla və ya digər üzvi bağlayıcı maddələrlə hopdurulmuş və ya hopdurulmamış ağacyonqarlı plitələr, istiqamətləndirilmiş yonqarlı plitələr (OSB) və ağacdan və ya digər oduncaqlaşmış materiallardan analoji plitələr

(məsələn, vafli plitələri)

 

4411

Ağacdan və ya digər oduncaqlaşmış materiallardan, qatran və ya digər üzvi maddələr əlavə edilmiş və ya əlavə edilməmiş ağaclifli plitələr
4412 Yapışqan vasitəsilə hazırlanmış faner, fanerlənmiş panellər və laylı oduncaqdan analoji materiallar
4413 00 000 0 Bloklar, plitələr, tirlər və ya profil verilmiş formalar şəklində preslənmiş oduncaq
 

4418

Deşikli ağac panelləri, yığılmış döşəmə panelləri, dam qontu və taxtapuş çiləkəni də daxil olmaqla, ağacdan inşaat, xarratlıq və dülgərlik məmulatları
 

 

4420

Mozaikalı və inkrustasiya ilə bəzədilmiş ağac məmulatları; zərgərlik və ya bıçaq və analoji məmulatlar üçün ağac mücrülər və qutular; ağac heykəlciklər və digər dekorativ məmulatlar; 94-cü qrupda göstərilməmiş ağacdan mebel

əşyaları

 

4804

4802 və ya 4803 mal mövqeyində göstərilənlərdən başqa, rulonlarda və ya vərəqlərdə təbaşirlənməmiş kraft-kağız və kraft-karton
5701 Hazır və ya tamamlanmamış ilməli xalçalar və ya digər tekstil döşəmə örtükləri
 

5702

“Kilim”, “sumax”, “kermani” və analoji əl işi xalçaları da daxil olmaqla, hazır və ya tamamlanmamış, taftinqsiz və ya flokirlənməmiş, toxunmuş xalçalar və digər tekstil döşəmə

örtükləri

5703 Hazır və ya tamamlanmamış taftinqli xalçalar və digər tekstil döşəmə örtükləri

 

 

5704

Hazır və ya tamamlanmamış, taftinqsiz və ya flokirlənməmiş, keçədən və ya fetrdən xalçalar və digər

tekstil döşəmə örtükləri

5705 00 Hazır və ya tamamlanmamış digər xalçalar və tekstil döşəmə örtükləri
5904 Forma üzrə biçilmiş və ya biçilməmiş linoleum; forma üzrə biçilmiş və ya biçilməmiş tekstil əsaslı döşəmə örtükləri
 

 

6802

6801 mal mövqeyinin mallarından başqa, abidələr və ya tikinti üçün emal olunmuş daşlar (şistdən başqa), və onlardan məmulatlar; altlıqlı və ya altlıqsız mozaika üçün kubiklər və təbii daşlardan analoji məmulatlar (şist də daxil olmaqla); təbii daşlardan (şist də daxil olmaqla) süni

boyanmış qranullar, qırıntılar və toz

 

 

6806

Şlak-pambığı, mineral silikat-pambığı və analoji mineral pambıqlar; laylanmış vermikulit, köpükləndirilmiş gillər, köpükləndirilmiş şlak və analoji köpükləndirilmiş mineral məhsullar; 6811 və ya 6812 mövqeyinin və ya 69-cu qrupun məmulatlarından başqa, istilik izolyasiya, səs izolyasiya və

ya səsuducu mineral materiallardan qarışıqlar və məmulatlar

6810 Sementdən, betondan və ya süni daşdan armaturlaşdırılmış və ya armaturlaşdırılmamış məmulatlar
6906 00 000 0 Keramika boruları, izolyasiya edilmiş boru kəmərləri, suyu kənara axıdan borular və boru fitinqləri
 

6907

Döşənmə üçün plitələr, döşəmələr, sobalar, kaminlər və ya divarlar üçün keramik üzlük lövhəcikləri; mozaika işləri üçün keramika kubikləri və ya analoji məmulatlar, əsasda və ya

onsuz; bəzək üçün keramika məmulatları

 

6910

Keramikadan çanaqlar, əlüzyuyanlar, çanaq konsolları, vannalar, bide, unitazlar, ayaqyolu üçün su bakları, pissuarlar və analoji sanitar-texniki məmulatlar
6914 Digər keramika məmulatları
 

7002

Kürə (7018 mal mövqeyinin mikrokürələrindən başqa), çubuq və ya borucuq formasında olan emal olunmamış

şüşə

 

7003

Vərəqlər şəklində və ya profillənmiş, uducu, əksedici və ya əks etdirməyən qata malik olan, lakin başqa üsulla emal olunmamış tökmə və yayma şüşələr
 

7004

Vərəqlər şəklində, uducu, əksedici və ya əks etdirməyən qata malik olan və ya olmayan, lakin başqa üsulla emal olunmamış, dartılmış və üfürülmüş şüşə

 

 

7006 00

7003, 7004 və ya 7005 mal mövqelərinin əyilmiş, tin-tin, oyulmuş, dəlinmiş, minalanmış və ya başqa üsulla işlənmiş, lakin çərçivəyə salınmamış və ya başqa materiallarla

kombinasiya edilməmiş şüşələr

7007 Təhlükəsiz şüşə, həmçinin möhkəmləndirilmiş (bərkidilmiş) və ya çoxqatlı şüşə
7019 Şüşə lifi (şüşə-pambığı daxil olmaqla) və ondan hazırlanmış məmulatlar (məsələn, iplik, parçalar)
7020 00 Şüşədən digər məmulatlar
 

7301

Qara metallardan zivanalı konstruksiyalar, burğulanmış və ya burğulanmamış, deşilmiş və ya deşilməmiş, monolit və ya yığma elementlərdən hazırlanmış; qara metallardan

künclüklər, fasonlu və xüsusi qaynaq edilmiş profillər

7304 Qara metallardan (tökmə çuqundan istisna olmaqla) tikişsiz borular, borucuqlar və içiboş profillər
 

7305

Qara metallardan digər borular və borucuqlar (məsələn, qaynaq edilmiş, pərçimlənmiş və ya analoji üsulla birləşdirilmiş), dairəvi en kəsikli, xarici diametri 406,4 mm-dən çox olan
 

7306

Qara metallardan borular, borucuqlar və digər içiboş profillər (məsələn, açıq tikişli və ya qaynaq edilmiş, pərçimlənmiş və

ya analoji üsulla birləşdirilmiş)

 

 

 

7308

Qara metallardan metal konstruksiyalar (9406 mal mövqeyinin yığma tikinti konstruksiyalarından başqa) və onların hissələri (məsələn, körpülər və onların seksiyaları, şlüz qapıları, qüllələr, şəbəkəli dirəklər, dam çatıları, inşaat fermaları, qapılar və pəncərələr və onların çərçivələri, qapılar üçün kandarlar, jalüzlər, balyustradalar, dayaqlar və sütunlar); metal konstruksiyalarında istifadə üçün nəzərdə tutulmuş qara metallardan hazırlanmış vərəqlər, çubuqlar,

künclüklər, fasonlu profillər, borular və analoji məmulatlar

7316 00 000 0 Qara metallardan lövbərlər, dördqarmaqlı lövbərlər və onların hissələri
 

7318

Qara metallardan vintlər, boltlar, qaykalar, böyük vintlər, burulub keçirilən qarmaqlar, pərçimlər, şpon civiləri,

şplintlər, şaybalar (o cümlədən yaylı) və analoji məmulatlar

 

 

7322

Qara metallardan qeyri-elektrik qızdırma ilə mərkəzi isitmə üçün radiatorlar və onların hissələri; qara metaldan, quraşdırılmış ventilyatorla və ya mühərrikli hava üfürənlərlə təchiz olunmuş qeyri-elektrik qızdırma ilə hava qızdırıcıları

və isti havanın verilməsi üçün (həmçinin, təzə və ya kondisiyalaşdırılmış havanın verilməsi üçün qurğular daxil

 

olmaqla) paylayıcı qurğular və onların hissələri
7326 Qara metallardan digər məmulatlar
7419 Misdən digər məmulatlar
7604 Alüminium çubuqlar və profillər
7608 Alüminium borular və borucuqlar
 

 

 

7610

Alüminium metal konstruksiyalar (9406 mal mövqeyinin yığma inşaat metal konstruksiyalarından başqa) və onların hissələri (məsələn, körpülər və onların seksiyaları, qüllələr, şəbəkəli dirəklər, dam çatıları, inşaat fermaları, qapılar, pəncərələr və onların çərçivələri, qapılar üçün kandarlar, balyustradlar, dayaqlar və sütunlar); metal konstruksi- yalarında istifadə üçün nəzərdə tutulmuş vərəqlər, çubuqlar,

profillər, borular və analoji alüminium məmulatları

7616 Alüminiumdan digər məmulatlar
 

 

8201

Əl alətləri: süngüşəkilli və çalovşəkilli kürəklər, kərkilər, külünglər, çapacaqlar, yabalar və dırmıqlar; baltalar, dəhrələr və analoji doğrayıcı alətlər; bütün növ bağban qayçıları; dəryazlar, oraqlar, quru ot və saman bıçaqları, bağ qayçıları, ağacların yarılması üçün pazlar və kənd təsərrüfatında, bağçılıqda və ya meşə təsərrüfatında istifadə

olunan digər alətlər

 

8202

Əl mişarları; bütün tip mişarlar üçün lövhələr (uzununa kəsmə üçün, oyuqların kəsilməsi üçün və ya dişsiz lövhələr daxil olunmaqla)
 

8203

Əyələr, nadfillər, törpülər, kəlbətinlər (itiağız kəlbətinlər daxil olmaqla), yastıağız kəlbətinlər, passatijlər, pinsetlər, maşacıqlar, metalkəsən qayçılar, borukəsən qurğular,

boltkəsən qayçılar, deşikaçanlar və analoji əl alətləri

 

8204

Əl qayka açarları (torsiometrli qayka açarları daxil olmaqla, lakin dolamaçarxlar istisna olmaqla); dəstəkli və ya onsuz

qayka açarları üçün dəyişdirilən başlıqlar

 

 

8205

Başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan əl alətləri (almaz şüşəkəsənlər də daxil olmaqla); lehimləmə lampaları; dəzgahların və ya su şırnaqlı kəsici maşınların ləvazimatlarından və hissələrindən başqa, məngənələr, sıxaclar və analoji məmulatlar; dəmirçi zindanları; daşınan

kürələr (dəmirçi ocaqları); əl və ya ayaq ötürücüsü ilə dayaq konstruksiyalı cilalayıcı dairələr

8206 00 000 0 8202-8205 mal mövqelərinin iki və ya daha çox alətləri, dəst şəklində, pərakəndə satış üçün nəzərdə tutulmuş

 

 

 

8207

Metalın ekstruziyası və ya məftil çəkmə üçün filyerlər də daxil olmaqla əl alətləri üçün mexaniki ötürücülü və ya onsuz və ya dəzgahlar üçün (məsələn, presləmə, ştamplama, doğrama, yiv açma, deşmə, oyma, çəkmə, frezləmə, torna emalı və ya vintləmə üçün) dəyişdirilən işçi alətləri, qaya süxurlarının və ya torpağın qazılması üçün

alətlər

 

 

 

8302

Mebel, qapılar, pilləkənlər, pəncərələr, pərdələr, nəqliyyat vasitələrinin salonları, sərraclıq məmulatları, çamadanlar, yeşiklər, mücrülər və ya analoji məmulatlar üçün qiymətsiz metallardan bərkidici armatura, furnitur və analoji məmulatlar; qiymətsiz metallardan şlyapalar üçün asılqanlar, şlyapalar üçün qarmaqlar, kronşteynlər və analoji məmulatlar; qiymətsiz metallardan bərkidici qurğulu mebel təkərləri; qapıların bağlanılması üçün qiymətsiz metallardan

avtomatik qurğular:

 

8402

Buxar qazanları və ya digər buxar yaradan qazanlar (aşağı təzyiqli buxar yarada bilən mərkəzi istilik su qazanlarından başqa); qaynar su qazanları
8403 8402 mal mövqeyinin qazanlarından başqa, mərkəzi istilik qazanları
8412 Digər mühərriklər və güc qurğuları
8413 Məsrəfölçənlərlə və ya onlarsız maye nasosları; maye qaldırıcıları
 

8414

Vakuum və ya hava nasosları, hava və ya qaz kompressorları və ventilyatorlar; filtrli və ya filtrsiz, ventilyasiyalı və ya hava dövrlü sorucu qalpaqlar və ya

ventilyasiyalı dolablar

 

8415

Rütubəti ayrıca tənzimləyə bilməyən kondisionerlər daxil olmaqla mühərrikli ventilyatorla və havanın temperaturunu

və rütubətini ölçən cihazlarla təchiz olunmuş havanın kondisiyalaşdırılması üçün qurğular

 

8418

Soyuducular, dondurucular və elektrik və ya başqa tipli digər soyuducu və ya dondurucu avadanlıq; 8415 mal mövqeyinin havanın kondisiyalaşdırılması üçün qurğulardan başqa, istilik nasosları
 

8421

Mərkəzdənqaçma quruducular daxil olmaqla sentrifuqalar; mayelərin və ya qazların filtrlənməsi və ya təmizlənməsi üçün qurğular və avadanlıq
 

8428

Digər qaldırılma, yerdəyişmə, yüklənmə və ya boşaldılma üçün maşınlar və qurğular (məsələn, liftlər, eskalatorlar,

konveyerlər, kanat yolları)

 

 

 

8471

Hesablayıcı maşınlar və onların blokları; başqa yerdə adları çəkilməyən və ya daxil olmayan maqnit və ya optik hesablayıcı qurğular, kodlaşdırılmış formada məlumatı informasiya daşıyıcılarına köçürmək üçün maşınlar və

informasiyanın işlənməsi üçün oxşar maşınlar

 

 

8475

Elektrik və ya elektron lampaların, borucuqların və ya elektron-şüa borucuqların və ya şüşə kolbalarda qazboşalma lampaların yığılması üçün maşınlar; şüşənin və ya şüşə məmulatların hazırlanması və ya isti emalı üçün

maşınlar

8501 Elektrik mühərriklər və generatorlar (elektrik generator qurğularından başqa)
8502 Elektrik generator qurğuları və fırlanan elektrik dəyişdiriciləri
8504 Elektrik transformatorlar, statik elektrik dəyişdiricilər (məsələn, düzləndiricilər), induktivlik çarxları və drossellər
 

 

 

8516

Elektriklə işləyən axar tipli və ya tutumlu su qızdırıcıları, batırılma elektrik qızdırıcıları; hər hansı bir məkanın və torpağın isidilməsi üçün elektrik avadanlıq, saçlara qulluq üçün elektrotermik aparatlar (məsələn, saç quruducuları, biqudi, isti burma üçün maşalar) və əl quruducuları; elektrik ütülər; digər məişət elektrik qızdırıcı cihazları; 8545 mal mövqeyində göstərilənlərdən başqa, elektrik müqavimət

qızdırıcıları

 

8525

Tərkibində qəbuledici, səsyazan və ya səsləndirici aparatura olan və ya olmayan radioyayım və ya televiziya üçün ötürücü aparatura; televiziya kameraları, rəqəmsal

kameralar və yazan videokameralar

8526 Radiolokasiya, radionaviqasiya aparaturası və uzaqdan idarəetmə üçün radioaparatura
 

 

8528

Tərkibində televiziya üçün qəbuledici aparatura olmayan monitorlar və proyektorlar; tərkibində geniş yayımlı radioqəbuledici və ya səsi və ya təsviri yazan və ya canlandıran aparatura olan və ya olmayan televiziya rabitəsi

üçün qəbuledici aparatura

 

 

 

8536

1000 V-dan çox olmayan gərginlik üçün elektrik dövrələrinin kommutasiyası və ya qorunması üçün və ya elektrik dövrələrinə qoşulmaq və ya elektrik dövrlər üçün elektrik aparatura (məsələn, qoşucu açarlar, dəyişdirici açarlar, kəsicilər, rele, əriyən qoruyucular, gərginlik sıçrayışlarının söndürücüləri, ştepsel vilkaları və rozetkaları, elektrik lampaları üçün patronlar və digər birləşdiricilər, birləşdirici

qutular); optik liflər, optik-lifli jqutlar və ya kabellər üçün birləşdiricilər

 

 

 

8537

Elektrik cərəyanının idarəetməsi və ya bölüşdürülməsi üçün 8535 və ya 8536 mal mövqeyinin iki və ya daha çox qurğusu ilə təchiz olunmuş, o cümlədən 90-cı qrupun cihazlarını, qurğularını və rəqəmsal idarəetmə aparatlarını daxil edən, tərkibində 8517 mal mövqeyinin kommutasiya qurğuları olmayan pultlar, panellər, konsollar, masalar,

bölüşdürücü şitlər və elektrik aparatları üçün digər təməllər

 

8539

Hermetik istiqamətlənmiş işıq lampaları da daxil olmaqla elektrik közərmə və ya qazlaboşalma lampaları, eləcə də ultrabənövşəyi və ya infraqırmızı lampalar; qövs lampaları,

işıqsaçan diod lampalar (LED)

 

 

8544

Birləşdirici qurğularla və ya onlarsız izolyasiyalı naqillər (minalanmış və ya anodlaşdırılmış naqillər daxil olmaqla), kabellər (koaksial kabellər daxil olmaqla) və digər izolyasiyalı elektrik keçiriciləri; elektrik keçiricilərlə və ya

birləşdirici elementlərlə yığılıb-yığılmamasından asılı olma- yan fərdi örtüklü liflərdən təşkil olunmuş lifli-optik kabellər

 

 

 

8547

8546 mal mövqeyinin izolyatorlarından başqa, yalnız yığma məqsədilə qəlibləmə zamanı montaj edilmiş bəzi metal komponentlər nəzərə alınmadan (məsələn, yivli patronlar) tamamilə izolyasiya materiallarından hazırlanmış, elektrik maşınlar, qurğular və cihazlar üçün izolyasiya armaturası; izolyasiya materialları ilə üzlənmiş qiymətsiz metallardan elektrik keçiricilər üçün borucuqlar və onlar üçün birləşdirici

detallar

8708 8701-8705 mal mövqelərinin mühərrikli nəqliyyat vasitələri üçün hissələr və ləvazimatlar
8716 Qoşqular və yarımqoşqular; digər özügetməyən nəqliyyat vasitələri, onların hissələri
 

 

 

9022

Rentgenoqrafik və ya radioterapevtik aparatura, rentgen borucuqlar və digər rentgen şüaların generatorları, yüksək gərginlik generatorları, idarəetmə şitləri və pultları, ekranlar, masalar, kreslolar və müayinə və ya müalicə üçün analoji məmulatlar daxil olmaqla rentgen, alfa, beta və ya qamma şüaların istifadəsinə əsaslanan tibbi, cərrahi, stomatoloji və ya baytarlıqda istifadəsi üçün nəzərdə tutulmuş və ya

nəzərdə tutulmamış aparatura

9401 Çarpayıya çevrilən və ya çevrilməyən oturma mebeli (9402 mal mövqeyində göstərilənlərdən başqa) və onun hissələri
9403 Digər mebel və onun hissələri

 

 

9405

Projektorlar, dar istiqamətli işıq lampaları, fənərlər və onların hissələri daxil olmaqla başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan lampalar və işıqlandırıcı avadanlıq; başqa yerdə adları çəkilməyən və ya daxil olmayan işıq lövhələri, üzərində ad və ya ünvan yazılmış işıq tabloları və quraşdırılmış işıq mənbəyi olan analoji

məmulatlar və onların hissələri


Mənbə: apa.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 771 772 773 774 775 776 777 2. 382