» » » Dünyanın ən gəlirli biznesi (1-ci hissə)

Dünyanın ən gəlirli biznesi (1-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

Dünyanın ən gəlirli biznesi (1-ci hissə)biznes

Sahibkarlar müştəriləri cəlb etmək və yaxşı mənfəət əldə etmək üçün daha nələr düşünmürlər: dişlərdə döymələr edirlər, gitaralar şəklində tabutlar istehsal edirlər, aminturşularla portretləri çəkirlər. Lakin, ən maraqlısı odur ki, bəzən ən absurd ideyalar müəyyən müddətdən sonra daha çox tələb olunan və aktual olurlar.

Məsələn, qorxudan titrəyərək malların üzərinə ilk dəfə qiymət etiketlərini qoyan, istedadsız satıcı Frenk Vulvort, ötən əsrin ən nəhəng pərakandə satış şəbəkəsinin əsasını qoymuşdu. Ola bilsin ki, təqdim edəcəyimiz biznes-ideyalar sizə öz biznesinizi düşünüb tapmaqda və ya bazarda özünüzə yeni bir yuva qazanmaqda kömək edəcək.

Virtual naharlar – tənhalıqdan ən yaxşı reseptdir

Nahar yeməklərini onlayn yayımlamağa qərar verən Cənubi Koreyadan olan Seo-Yun Park, belə qənaətə gəlmişdi. Belə bir ideya internetdə çox məşhurluq qazanmışdı.

Hər kəsin restoranlara getmək və yeni insanlarla tanış olmaq üçün vaxtının olmadığı müasir dünyada virtual bir həmsöhbət ilə nahar etmək, özünüzə inanmağa və ünsiyyətdən sevinc almağa kömək edir.

Virtual nahar etməklə bağlı iş ideyası özlüyündə yeni deyil. Hələ 2006-cı ildə ABŞ-da Virtual Family Dinner sistemi ixtira edilmişdi, bunun sayəsində bir ailənin üzvləri onlayn yemək zamanı istədikləri qədər tez-tez görüşə bilirdilər.

Lakin, gözəl bir qızla nahar etmək, bütün rekordları qırır. Öz biznesində Seo-Yun həftədə 10 000 dollara kimi gəlir əldə edir.

Ruha yaxın bərbərxana

Bəli-bəli, təkcə saç qırxdırmaq və ya üzü təraş etdirmək üçün deyil – Parisdəki “Sport” və “Politika” kişilər üçün salonların sahibi belə hesab edir, çünki müştərilər bərbərin yanına onun xidmətindən istifadə etmək üçün gəldiklərində, həm də özlərinə maraqlı gələn mövzular üzrə söhbət də edirlər. Bu, “ikisi birində” xidməti – ən gəlirli biznes-ideyalardan biridir. Bu salonlara o qədər tələbat duyulur ki, çox vaxt insanlar növbəyə düzülüb, gözləməli olurlar.

Bərbər-usta ilə ən adi gündəlik həyat mövzularından danışmaq mümkündür: həyat yoldaşı uşaqlara lazımi diqqət yetirmir, qayınana iş yerini dəyişdirməyi tələb edir, qəzaya düşən avtomobili təmir etdirmək, çox baha başa gəlir və s. Ruhunu yüngülləşdirmək elə də ucuz başa gəlmir, amma, qiymət problemlərdən və tənhalıqdan yorulan salon müştərilərini heç də narahat etmir.

Pulla komplimentlər

Müştəri belə bir xidmətə ehtiyac duyursa, bu işi “NTV” yapon şirkəti həyata keçirə bilər. Əgər işləriniz pis gedirsə və özünüzdən çox məyussunuzsa, şirkət nümayəndələri sizə zəng edəcək, ən cəlbedici keyfiyyətlərinizi sadalamaqla, sizi tam əksi olduğuna inandırmağa çalışacaqlar.

Bundan əlavə, dostunla, həyat yoldaşınla və istədiyin qızla necə barışmaq və ya digər aktual problemləri həll etmək barədə məsləhət və tövsiyələr də almaq olar.

Şirkətin müştəriləri – yardıma və dəstəyə görə ödəniş etməyə hazır olanlar, əsasən 16-25 yaşarası kişilərdir. Olduqca sadə bir biznes-ideyadır, amma, yaxşı qazanc gətirir.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun