» » » Dünyanın hər yerindən qəribə vergilər (4-cü hissə)

Dünyanın hər yerindən qəribə vergilər (4-cü hissə)

posted in: Xəbər | 0
birbank biznes

Dünyanın hər yerindən qəribə vergilər (4-cü hissə)vergilər

Saqqala, pəncərəyə və ya qorxaqlığa görə vergi – bu cür ödənişlər dünyanın müxtəlif ölkələrində qədim zamanlarda mövcud olmuşdur. Amma, pula ehtiyac duyan dövlətlər vətəndaşları indi də ən müxtəlif bəhanələrlə daha çox ödəniş etməyə məcbur edirlər. Vergi ödəyicilərini ilk baxışdan ən bayağı hərəkətləri həyata keçirməyə məcbur edəcəyi ölkələri sadalayırıq: uşaq üçün ad seçimindən tutmuş, Facebook sosial şəbəkəsində istənilən bir mətnə şərh yazmağa qədər, Coca-Cola içmək və ya ölkədən çıxmağa görə. Təbii ki, karantin rejimi başa çatdıqdan sonra.           

Sosial şəbəkəyə görə vergi 

Belə bir vergi Uqandada tətbiq olunub.  2018-ci il iyun ayın 1-dən başlayaraq, sosial şəbəkələrdən istifadə edənlər, bir günlük istifadəyə görə 0,05 dollar ödəniş etməlidirlər. Məmurlar bu qərarı sosial şəbəkələrdə yerli hakimiyyət orqanları da daxil olmaqla şayiələrin həddən ziyadə çoxluğu, dezinformasiya və onun nəticələri ilə mübarizəyə həddindən artıq pul xərclənilməsi ilə izah ediblər.

Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz

Öz bloqunu aparmaq istəyənlər isə daha çox ödəniş etməli olacaqlar. Bu zaman il ərzində həmin məbləğ 440 dollar təşkil edəcək ki, ölkə əhalisinin gün ərzində 1 ABŞ dollarına yaşadığı ölkə üçün həmin məbləğ böyük pullardır. Verginin ödənilməməsinə görə çox sərt cəza nəzərdə tutulub: 2500 dollara kimi cərimə və ya 12 ay azadlqdan məhrumetmə cəzası.

Ölkəni tərk etməyə görə vergi

Ölkəni tərk etmək istəyən hər bir kəs ödəniş etməlidir. Belə bir qaydanı Yaponiyada düşünüb tapıblar, belə ki, səyahət edənlər ölkədən çıxışa görə 1000 iyena (təxminən 9 dollar) məbləğində vergi tətbiq edilib. Vergi həm yerli sakinlərə, həm də turistlərə aid edilir. Həmin vergi təyyarə və ya gəmi biletlərinin qiymətinə daxil edilib. Yalnız ölkədə bir gündən az qalanlar, iki yaşına kimi uşaqlar, eləcə də səfirlər və dövlət qonaqları həmin ödənişi etməkdən azaddırlar. 2020-ci ildə keçirilməli olan Olimpiada zamanı Yaponiyada sözügedən vergidən milyonlarla dollar pul əldə etməyə ümid edirdilər.

Vəkilə görə vergi

Vəkil vergisi, İƏİT-ə görə Avropanın ən “vergi tutulan” ölkəsi olduğu bildirilən Fransada ödənilir. Bu verginin tarixi 1667-ci ilə kimi gedib çıxır. Bu gün isə məhkəmədə maraqların təmsil olunması üçün vəkilə müraciət edənlərdən ötrü 13 avro həcmində vergi nəzərdə tutulub. Benefisiarlar hüquqşünasların özləridir və bütün ödənişlər hüquqşünasların pensiya fonduna daxil edilir.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun