Estoniya və Finlandiyanın vergi orqanları dünyada ilk dəfə vergi məlumatlarının avtomatik mübadiləsinə başlayıblar

posted in: Xəbər | 0

Estoniyanın Vergi-Gömrük Departamentindən bildirilib ki, Estoniya və Finlandiyanın vergi orqanları məlumatların real vaxt rejimində mübadiləsini həyata keçirməyə başlayıblar. Bu layihə çərçivəsində dünyada ilk dəfə olaraq iki ölkənin vergi departamentləri arasında məlumatların avtomatik mübadiləsi aparılıb.

Estoniyanın Vergi-Gömrük Departamentinin direktor müavini Rivo Reytmann bildirib ki, hazırda Estoniya ilə Finlandiya arasında məlumatlarla bağlı müraciətlərin sayı hər iki ölkənin vergi orqanlarına xaricdən göndərilmiş müraciətlərin ümumi sayının üçdə ikisi qədərdir. “Beləliklə, məlumatların avtomatik mübadiləsi Estoniya və Finlandiya dövlətləri arasında yaxşı əməkdaşlığın qabaqcıl nümunəsidir”.

Qeyd edilib ki, məlumatların real vaxt rejimində mübadilə edilməsi transsərhəd qanun pozuntularının daha yaxşı araşdırılmasına şərait yaradacaq, eləcə də müştərilərə göstərilən xidmətlərin keyfiyyətini yüksəldəcək.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Böyük tenderdə qalib gəlməyə necə nail olmalı (1-ci hissə)

posted in: Xəbər | 0

Böyük tenderdə qalib gəlməyə necə nail olmalı (1-ci hissə)tender

“Başlıcası qələbə deyil, iştirakdır” – bu formul yalnız idman üçündür. Biznes qaydaları daha sərtdir, buna görə də tenderdə iştirak heç bir şey vermir. Əvəzində qələbə avtomatik olaraq şirkətin reytinqini qaldıracaq, onu müştərilər üçün cəlbedici edəcək və yeni müştəriləri cəlb edəcək.

İri tenderi udmaq – bir çox şirkətlərin xəyal etdikləri arzudur. Adətən belə tenderlərdə 10-12 podratçı iştirak edir. Ancaq, hər kəsin eyni ixtisas və hədəfi olduğu üçün, kommersiya təklifləri də əkizlər kimi bir-birinə oxşardır. Aydın həll – bu, müştərinin diqqətini cəlb etmək üçün ümumi kütlədən fərqlənməkdir. Bundan ötrü üç yanaşmadan istifadə edin:

  1. Sifarişçinin ofisinə, xüsusilə də resepşn zonasına diqqətlə baxın. Məsələn, tutaq ki, onlarda təmir elə bu yaxınlarda başa çatıb. Öz adınızdan incəsənət əsəri hədiyyə göndərin!
  2. Müştərinin ənənələrinə və mədəniyyətinə hörmət nümayiş etdirin. Kiçik bir donuz fermasının sahibkarı ənənəvi olaraq öz ortaqlarına balaca bir paketdə ət göndərirdi.  Və bir gün yəhudilər onun tərəfdaşı olduqda, bu şəxs onların mədəni fərqləri barədə düşünmədi. Nəticədə sahibkarın sözügedən hərəkəti münasibətlərin pozulmasına gətirib çıxardı. Belə bir əməkdaşlığın uzun sürə biləcəyindən danışmaq olarmı?
  3. Sifarişçi-şirkətin kommersiya təklifi və məşğuliyyət növü ilə ağıllı oynayın. Məşhur Hakkasan restoranı rəqiblərlə mübarizə apararkən, tərəvəz tədarükçüləri üçün tender elan etdikdə, öz məhsullarını kommersiya təklifi ilə birlikdə belə bir qeydlə: “Biz sizin yeyilməyinizə yol verməyəcəyik”, göndərən şirkət qalib gəldi.

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Elektron Hökumətin İnkişafı Mərkəzi auditor seçir

posted in: Auditor, Xəbər | 0

auditor

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) Elektron Hökumətin İnkişafı Mərkəzi 2020-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun auditi üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 50 manatdır.

İddiaçılar ilkin sənədləri iyulun 15-i, saat 11:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə iyulun 27-si, saat 11:00-a qədər dövlət satınalnmalarının vahid internet Portalı vasitəsi ilə təqdim edə bilərlər. Telefon: (12) 444-74-44 (daxili: 3185).

Nəticələr iyulun 28-də, saat 11:00-da Portalda açıqlanacaq.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Avropa ölkələrində və dünyada əməkhaqqı statistikası (4-cü hissə)

posted in: Xəbər | 0

Avropa ölkələrində və dünyada əməkhaqqı statistikası (4-cü hissə)

Gəlirlərin real ölçüsü

Rəsmi reytinqi öyrəndikdən sonra bir qədər nəfəs almaq və işlərin həqiqi vəziyyətinə baxmaq daha yaxşıdır. Məsələ burasındadır ki, reytinq vergiləri nəzərə almır, onlar isə hər bir dövlətdə fərqlidir. Əgər göstəriciləri xalis mənfəət baxımından nəzərdən keçirsək, 2021-ci ildəki mənzərə bir qədər dəyişir.

7000 dollarla birinci yerdə dayanan Norveçdə, vergilər nəticəsində məbləğin demək olar ki, yarısı itir, ona görə də ələ təxminən ortalama 3000 dollar pul gəlir.

5000 dollarla ikinci sırada yer alan Avstraliyada da vergilərin ödənilməsindən sonra əldə məbləğin yalnız yarısı qalır. Lakin, Yaşıl qitə stabil olaraq, bir saat üçün ən bahalı minimal stavka məsələsində birinciliyi qoruyub saxlayır.

Yeni Zelandiya – bir çox şərtlər və imtiyazlara malik olan çox həssas bir vergi sisteminə malikdir. Ona görə də, burada demək olar ki, maksimum və ya minimum anlayışı yoxdur. Hər kəs əmək həvəsinin dərəcəsinə görə maaş alır və Yeni Zelandiyalıların dünyada ən yaxşı orta əmək haqqına sahib olduqlarını söyləmək olar.

Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz.

Vergilərin çıxılmasından sonra ABŞ-da orta əməkhaqqı elə də çox azalmır, 4600 dollar, 3500 dollara çevrilir. Amma, qazanc nə qədər çox olursa, gəlir vergisi də bir o qədər ağrılı olur. Yekunda orta statistik amerikalı əməkdaş, öz qazancının təxminən 30-40%  dövlət xəzinəsinə ödəyir. Onu da nəzərə almaq lazımdır ki, Birləşmiş Ştatlarda səhiyyə pulludur və bunun özü də az məsrəf tələb etmir. Lakin, vergi siyasəti həyatın bütün müvafiq amillərini diqqətlə nəzərə alan hər bir vergi ödəyicisinə fərdi yanaşmanı nəzərdə tutur.

Başlanğıcda ABŞ-da olduğu qədər – demək olar ki, 4600 dollar maaş olan Almaniyada, almanlar təmiz gəlir kimi yalnız 2800 dollar əldə edirlər. Həmçinin 2015-ci ildə minimum əməkhaqqı haqqında qanun qəbul edilib. Bundan sonra saathesabı stavka 10 şərti vahid və bundan artıq olmalıdır. Aylıq qazancı 1200-1700 dollar olan işçilər aztəminatlı, 1100 dollardan az olanlar isə yoxsulluq həddi astanasında olanlar hesab edilir.

Məqalənin 5-ci hissəsini buradan oxuya bilərsiniz.

Kanada hökuməti öz vətəndaşlarına və eləcə də ölkəyə işçi vizası ilə gələn əcnəbilərə saatda 10 dollar və ya ayda 1500 dollardan az maaş verilməsinə imkan vermir. Amma, bu şimal ölkəsində vergilər heç də xoşagələn deyil, belə ki, reytinq cədvəlində göstərilən 3500 dollar əslində yaşayış minimumuna çevrilir.

Yaponiyada – qəsbkar vergilər  və olduqca çevik vergi güzəştləri sistemi mövcuddur. Vergi yığımları 68 faizə kimi çata bilər, amma, güzəştlər nəticəsində həmin rəqəmi 40 faizə kimi aşağı salmaq mümkündür. Qibtə olunası qazanc hətta təmin olunmuş amerikalı turistləri belə heyrətləndirən çox bahalı həyatla “kompensasiya” edilir.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 775 776 777 778 779 780 781 2. 392