» » » “Birjalar təkəbbür yarmarkasına bənzəyir” (1-ci hissə)

“Birjalar təkəbbür yarmarkasına bənzəyir” (1-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

“Birjalar təkəbbür yarmarkasına bənzəyir” (1-ci hissə)

Dəyərləndirmə investisiyası yaradıcısı Bencamin Grehemdən on sitat

Özünənəzarət barədə

“Sərmayə yatırımı – digərlərini onların öz oyununda necə ötüb keçmək barədə əhvalat deyil. Bu, öz oyununda özünü necə idarə etməklə bağlı əhvalatdır”.

Fond bazarları barədə

“Fond bazarları məndən ötrü heç bir əhəmiyyət daşımayan qəzəb və hay-küylə  dolu təkəbbür yarmarkasına bənzəyir”. Fond bazarı təşkilatların bir-birindən yumaq üçün böyük paketlər – hazırda bütün mənalar və qafiyələr xaricində gün ərzində 30 milyon səhm – aldığı nəhəng çamaşırxanaya bənzəyir. Lakin, texnoloji olaraq bu, çox yaxşı təşkil olunub.

Sağlam investisiyaların sirri barədə

Qədim bir əfsanədə, müdriklər fani işlərin sonunu bir ifadəyə sıxışdırmışdılar: “Bu da ötüb keçəcək”. Sağlam investisiyaların sirrini üç sözə sığışdırmaqla bağlı çağırışla qarşılaşdıqda, biz “Təhlükəsizlik həddi” (Margin of Safety) şüarına üstünlük veririk.

Təhlükəsizlik həddi barədə

“Təhlükəsizlik həddi (digər tərcümədə – “marja təhlükəsizliyi”) həmişə ödənilən qiymətdən asılı olur. O, bir qiymətdə böyük, hansısa daha yüksək və mövcud olmayan daha yüksək qiymətdə kiçik də ola bilər”.

Dözümlülük barədə

“Laqeydlik və ya qərəzdən qaynaqlanan qiymətləndirmə əsəbi bir şəkildə uzun müddət davam edə bilər. Eyni şey həddindən artıq həvəs və ya süni stimullardan qaynaqlanan şişirdilmiş qiymətlərə də aiddir”.

Bazar qiymətlərinin tərəddüdləri barədə

“Düzünü desək, bazar tərəddüdləri əsl investor üçün yalnız bir mühüm əhəmiyyətə malikdir. Bu ona qiymətli kağızlarla effektiv ticarət etmək imkanı verir: qiymətlərin kəskin düşməsi anlarında səmərəli satın almaq və əhəmiyyətli dərəcədə yüksəldiyi zamanlarda əlverişli satmaq”.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun