BirKart sahibləri ölkə üzrə olan Mall-larda daha çox qazanacaqlar

posted in: Bank, BirKart, Kapital Bank | 0

Bildiyiniz kimi ölkə ərazisində xüsusi karantin rejiminin tədricən yumşaldılması nəticəsində iri ticarət mərkəzilərinin və Mall-ların fəaliyyəti uzun sürən fasilədən sonra qismən bərpa edilib. Bu münasibətlə ölkənin ən məşhur taksit kartı olan BirKart sahibləri alış-veriş zamanı bir sıra üstünlüklərdən bəhrələnə biləcəklər.

Belə ki, 31 iyul 2021-ci il tarixinədək BirKart sahibləri Bakı şəhərində olan Nargiz Mall, Port Baku Mall, 28 Mall, Ganjlik Mall, Metropark, Deniz Mall, Park Bulvar AVM, Nizami Mall, Gəncədəki Gəncə Mall, Tağıyev Mall, Xəmsə Mall və Naxçıvanda fəaliyyət göstərən Cahan AVM-də olan partnyor mağazalarda taksitlə alış-veriş etdikdə 5% keşbek, 3 qat Mil və ya 5% Umico Bonusu qazanacaqlar. Bir taksit əməliyyatı üzrə qazanıla bilən maksimal keşbek məbləği 50 AZN-dir. Hər BirKart ilə kampaniyadan maksimum 5 dəfə yararlanmaq mümkündür. Kampaniya haqqında daha ətraflı – www.kbl.az/bkmlcm.

Qeyd edək ki, BirKart-ın 4 növü var – taksit, taksit/cashback, taksit/miles və taksit/Umico. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən başlayan keşbek və Umico bonusu imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. BirKart-ın ölkə üzrə 8000-dən artıq partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 50) 999 81 96 nömrəsinə WhatsApp vasitəsilə, həmçinin BirKart mərkəzlərinə müraciət etmək olar.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Avropa ölkələrində və dünyada əməkhaqqı statistikası (3-cü hissə)

posted in: Xəbər | 0

Avropa ölkələrində və dünyada əməkhaqqı statistikası (3-cü hissə)əməkhaqqı

BƏT-in son reytinqinə əsasən, 2019-cu ildə dünya ölkələri üzrə orta əməkhaqqı aşağıdakı kimi bölüşdürülüb (hamısı ABŞ dolları ilə):

1.Norveç – 7050 $.

2.Avstraliya – 5200$.

3.Yeni Zelandiya – 4700$.

4.ABŞ – 4500$.

5.Almaniya – 4500$.

6.Kanada – 3600$.

7.Yaponiya – 3400$.

8.Fransa – 3400$.

9.İtaliya – 3200$.

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.

10.Cənubi Koreya – 2800$.

  1. İspaniya – 2750$.

12.Slovakiya – 1400$.

13.Estoniya – 1250$.

14.Yunanıstan – 1100$.

15.Тürkiyə – 900$.

16.Rusiya – 800$.

17.Çin — 450$.

18.Keçmiş sosialist ölkələri – 400$.

19.MDB ölkələrinin əksəriyyəti – 200 -100$.

  1. Afrika ölkələri – 50$.

Müvafiq olaraq, Skandinaviya regionunun vətəndaşları, qərbi avropalılar, Şimali Amerika qitəsinin sakinləri, Avstraliya İttifaqının sakinləri, yaponlar, cənubi koreyalılar daha çox qazanırlar. Özü də bu zaman gəlir top-beşlikdə 4500, top-onluqda isə 3000 ABŞ dollarından aşağı olmur.

Cədvəlin son beş bəndi müqayisə üçün verilir.


Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 avqust tarixindən etibarən iş yerlərində COVID-19 pasportu tələb olunacaq

posted in: Xəbər | 0

gömrük rüsumlarının dərəcələri“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin qərarında dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, iyulun 1-dən etibarən COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olmalı, 1 avqust tarixindən etibarən isə COVID-19 pasportu tələb olunacaq.

Bundan başqa, iyulun 1-dən bir sıra riayət etməklə şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilir. Şənlik mərasimləri “İctimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”də müəyyən olunmuş tələblərə uyğun təşkil edilməli, qonaqların ümumi sayı 150 (yüz əlli) nəfərdən çox olmamalı və şənlik mərasiminin keçirildiyi məkanın sahəsi nəzərə alınmaqla hər bir zal üzrə qonaq tutumu müəyyənləşdirilməlidir;

2.5-3.2. 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburidir və həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb olunmur;

2.5-3.3. 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi (bundan sonra – COVİD-19 pasportu) olmalıdır və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur;

2.5-3.4. şənlik mərasimlərinin təşkil olunduğu məkanlarda çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) bu Qərarın 2.4-cü bəndinin tələblərinə cavab verməlidir;

2.5-3.5. şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir;

2.5-3.6. şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə, habelə şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 (beş) gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 00:00-dan gec olmamaqla), qonaq sayı haqqında məlumatları “icaze.e-gov.az” portalına daxil etməlidir;

2.5-3.7. şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı xüsusi karantin rejiminin tələblərinə əməl edilməsi ilə bağlı şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə bu Qərarın əlavəsində nəzərdə tutulan formada iltizamnamə imzalanmalı və şənlik mərasiminin keçirildiyi məkanın sahibi tərəfindən “icaze.e-gov.az” portalına daxil edilməlidir;

2.5-3.8. bu Qərarın 2.5-3.1-2.5-3.7-ci bəndlərinin tələbləri pozulmaqla şənlik mərasimlərinin keçirilməsi qadağandır;

2.5-3.9. ictimai iaşə obyektlərində monitorinqlər, habelə 50 nəfərdən

150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində

koronavirus (COVID-19) infeksiyasının idarə olunması ilə bağlı nəzarət tədbirləri Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir;

2.5-3.10. “icaze.e-gov.az” portalı ilə bağlı yaranan çətinliklərlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmətin) 9108 Çağrı Mərkəzinə müraciət edilə bilər.”.

  1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu Qərardan irəli gələn zəruri tədbirlərin görülməsini təmin etsinlər.
  2. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 9, maddələr 1209, 1231, № 10, maddələr 1274, 1275, 1278, 1283, 1298, 1314, 1315, № 11, maddələr 1387, 1394, № 12, maddələr 1588, 1592, 1612; 2021, № 1, maddələr 92, 106; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 3 mart tarixli 48 nömrəli, 19 mart tarixli 71, 72 nömrəli,

19 aprel tarixli 100 nömrəli və 26 may tarixli 151 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:

    1. 1.1.10-cu yarımbənddən “və ictimai iaşə məkanlarının” sözləri çıxaılsın;

3.2. 1.1.2-ci, 1.1.2-1-ci, 1.1.6-cı, 1.1.13-cü, 1.2.1-ci, 1.2.4-cü, 1.2.6-cı

yarımbəndlər və 1.3-cü bənd ləğv edilsin.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda yeni qeydiyyatdan keçən kommersiya qurumlarının sayı 27% artıb

posted in: Xəbər | 0

əlillik kommersiya qurumlarının sayıBu il iyunun 1-nə Azərbaycanda uçotda olan 1 260 629 vergi ödəyicisinin 87,7%-i fiziki, 12,3%-i faizi hüquqi şəxs və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 16,5% artıb ki, bunun da 94,3%-i fiziki, 5,7%-i isə hüquqi şəxslərin hesabına baş verib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verilir.

Məlumata görə, 2021-ci ilin son üç ayında (mart, aprel və may ayları) ardıcıl olaraq qeydə alınan vergi ödəyicilərinin sayında artım müşahidə edilməkdədir.

Hüquqi şəxs kimi uçotda olan vergi ödəyicilərinin sayının artması əsasən (97,9%) kommersiya qurumlarının hesabına baş verib. Müqayisə edilən dövrdə kommersiya qurumlarının sayı 7,7% artaraq 138 803, qeyri-kommersiya qurumlarının sayı isə 1,4% artaraq 15 793 vahid təşkil edib. Cari ilin 5 ayında 4 573 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 27,2% çoxdur. Yanvar-may aylarında kommersiya qurumlarının dövlət qeydiyyatının 83,3%-i elektron qaydada, 16,7%-i kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında həyata keçirilib.

Bu ilin ötən dövrü ərzində ilkin qeydiyyat prosedurunun yerinə yetirilməsi zamanı 910 hüquqi şəxsin ƏDV məqsədləri üçün qeydiyyata alınması təmin edilib ki, bu da ümumi qeydiyyatın 20%-i deməkdir. Yanvar-may aylarında qeydiyyatdan keçmiş 4 573 kommersiya qurumundan 4 214-ü yerli investisiyalı, 359-u isə xarici investisiyalı qurumlardır. Yerli investisiyalı kommersiya qurumlarının dövlət qeydiyyatının sayı 56,1% artıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 91,7% təşkil edib.

Bu ilin ilk 5 ayında fəaliyyəti aktivləşmiş hüquqi şəxslərin sayı 4 676 vahid təşkil edərək ötən ilin müvafiq dövrünə nisbətən 9,8% artıb. Fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayında isə müvafiq olaraq 14,8%-lik artım müşahidə edilir. Hesabat dövründə fəaliyyətini dayandırmış hüquqi şəxslərin sayında ötən illə müqayisədə 1% azalma qeydə alınıb. Bu azalma, həmçinin, fəaliyyəti passivləşmiş ƏDV ödəyicilərinin sayında da (4,6%) müşahidə edilir.

2021-ci il iyunun 1-nə qeydiyyatda olan kommersiya hüquqi şəxslərin 88,2%-i məhdud məsuliyyətli cəmiyyət, 1,5%-i səhmdar cəmiyyəti, 1,3%-i kooperativ və s. formalarda yaradılıb. Hesabat dövründə fəaliyyəti aktiv olan hüquqi şəxslərin 86,6%-i kommersiya qurumlarıdır. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 14,3% artıb, xüsusi çəkisi isə 59% olub. Kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,3% artaraq 24 574 vahid təşkil edib.

Cari ildə yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 746 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 313 vahid və ya 72,3% çoxdur. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi artaraq 16,3%, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 17,9% təşkil edib.

2021-ci il iyunun 1-dək 16 121 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib. Bunlardan 10 787-nin fəaliyyəti aktivdir, 4 472-nin fəaliyyəti dayandırılıb, 862-si isə ləğv edilib. Hesabat dövründə fəaliyyəti aktiv olan xarici investisiyalı kommersiya qurumlarının sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,2% artıb. Qeydiyyatda olan xarici investisiyalı kommersiya hüquqi şəxslərin 18,2%-i xarici hüquqi şəxslərin Azərbaycandakı nümayəndəliyi və ya filialı, 78,1%-i məhdud məsuliyyətli cəmiyyət, 1,1%-i səhmdar cəmiyyəti və kooperativ, 2,6%-i isə digər təşkilati-hüquqi formalardadır. Bu ilin yanvar-may aylarında dövlət qeydiyyatından keçmiş 359 xarici investisiyalı kommersiya hüquqi şəxsin 29%-i ticarət, 27%-i xidmət, 13,1%-i tikinti, 30,9%-i digər sahədə fəaliyyət göstərir.

Bu ilin may ayında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin 35-i Türkiyə, 7-i İran, 6-sı Pakistan, 3-ü Rusiya investisiyalı hüquqi şəxslərdir.

2021-ci il iyunun 1-nə 285 publik hüquqi şəxs dövlət qeydiyyatına alınıb.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 778 779 780 781 782 783 784 2. 392