Azərbaycan Mərkəzi Bankı auditor seçir

posted in: Audit, Xəbər | 0

auditor vakansiyaAzərbaycan Mərkəzi Bankı (AMB) Banklararası Kart Mərkəzi İnfrastrukturunun “Ödəniş kartı sahəsində məlumat təhlükəsizliyi standartları”nın aktual versiyasının (1) və “İstifadəçi təhlükəsizliyinə nəzarət konsepsiyası”nın aktual versiyasının (2) 4 il ərzində auditi və müvafiq sertifikatların alınması üçün 2 açıq tender elan edib.

Tenderlərdə iştirak haqqı ayrı-ayrılıqda 200 manatdır.

İddiaçılar ilkin sənədləri iyulun 30-u, saat 18:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə avqustun 9-u, saat 18:00-am qədər AMB-nin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər. Əlaqələndirici şəxs qurumun Ödəniş sistemləri və hesablaşmalar departamentinin əməkdaşı Fuad Səbziyevdir. Telefon: (012) 493-11-22 (daxili: 177).

Təkliflərə avqustun 10-da, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ölkələrarası hesabatın vergi orqanına təqdim edilməsi qaydası hazırlanıb

posted in: Xəbər | 0

vergi sirri şəxsi həyata dair məlumatMəlum olduğu kimi, Azərbaycan Respublikasında Ölkələrarası Hesabatlılıq üzrə tələblər 2020-ci il yanvarın 1-dən qüvvəyə minib. “Ölkələrarası hesabat” – Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətin səlahiyyətli orqanları ilə avtomatik məlumat mübadiləsini həyata keçirmək üçün transmilli şirkətlər qrupuna daxil olan və Azərbaycan Respublikasının rezidenti olan müəssisə tərəfindən təqdim edilən hesabat formasıdır.

Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsindən verilən məlumata görə, qeyd olunan mübadilənin aparılması üçün ilkin olaraq qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsinə müvafiq dəyişikliklər edilib. Bu dəyişikliklərdən sonra, Dövlət Vergi Xidməti tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2020-ci il 28 aprel tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Transmilli şirkətlər qrupuna daxil olan Azərbaycan Respublikasının rezidenti olan müəssisənin hesabatının vergi orqanına təqdim edilməsi müddəti, forması və qaydası” hazırlanıb.

Bu Qaydalara əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən və maliyyə ilində məcmu gəliri 750 milyon avronun manat ekvivalentindən çox olan, transmilli şirkətlər qrupuna daxil olan və Azərbaycanın rezidenti olan müəssisə transmilli şirkətlər qrupunun həmin maliyyə ilinə dair ölkələrarası hesabatını Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətlərin səlahiyyətli orqanları ilə avtomatlaşdırılmış məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə vergi orqanına təqdim etməlidir.
Azərbaycan Respublikasının rezidenti olan və transmilli şirkətlər qrupuna daxil olan əsas müəssisə, müvəkkil müəssisə və ya qrupdaxili müəssisə hesabat verilən ilin iyunun 30-dək müvafiq bildirişi vergi orqanına təqdim etməlidir. Ölkələrarası hesabat isə vergi orqanına hesabat verilən ilin, yəni transmilli şirkətlər qrupunun maliyyə ilindən sonrakı 12 ayın sonuna qədər təqdim edilir.

Transmilli şirkətlər qrupunun üzvünü təmsil edən rəhbər şəxs və onun tərəfindən müəyyən edilən səlahiyyətli şəxs müvafiq hesabatı və bildirişin təqdim edilməsi üçün “ASAN imza” vasitəsilə maliyyə institutlarında vergi monitorinqi və ölkələrarası hesabatın verilməsi üzrə portala inteqrasiya edilmiş və artıq istifadəyə verilmiş müvafiq platformaya (https://cbcr.tmfi.gov.az/login) qoşularaq ölkələrarası hesabatın təqdim edilməsini həyata keçirə bilərlər.

İstifadəçilər adıçəkilən platformaya giriş zamanı “Əsas səhifə” hissəsində hesabatın verilməsi üçün hazırlanmış “İstifadəçi təlimatı” və “Tez-tez verilən suallar” bölməsi ilə tanış ola bilərlər.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bu hal zamanı ödəmə mənbəyində verginin tutulması qaydası dəyişib

posted in: Xəbər | 0

Ödəmə mənbəyində verginin tutulması qaydası dəyişib

əmək məcəlləsi

Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik barədə qanunu imzalayıb.

Dəyişikliklə ipoteka saxlayan borc məbləğindən aşağı olan ipoteka ilə yüklü edilmiş əmlakı əldə etdikdə hərrac təşkilatçısı ödəmə mənbəyində vergi tutmayacaq.

Sənədə əsasən, hərrac təşkilatçısı bu barədə (ödəmə mənbəyində vergi tutulmayan əməliyyatlar üzrə) hərracın nəticələri rəsmiləşdirildiyi gündən 10 iş günü müddətində vergi orqanına təsdiq edilmiş formada məlumat təqdim edir. Fərdi sahibkarlar özü Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürür və bu barədə vergi orqanına bəyannamə təqdim edir.

Əgər ipoteka saxlayanın xeyrinə yüklü edilmiş əmlakın dəyəri borc məbləğindən artıqdırsa, bu halda Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq hesablanmış sadələşdirilmiş vergi hərrac təşkilatçısı tərəfindən ipoteka saxlayandan ödəmə mənbəyində tutulur.

Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərə verilmiş borcun təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlakı ipoteka saxlayan əldə etdikdə Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq hesablanmış sadələşdirilmiş vergini hərrac təşkilatçısı ödəmə mənbəyində ipoteka saxlayandan tutur. Bununla da, təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydaları və vergi ödəyicilərinin dairəsi (hansı halda ipoteka saxlayan, hansı halda isə ipoteka qoyan) dəqiqləşdirilir.

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mikayıl Cabbarov: “Vergi daxilolmaları üzrə proqnoz tapşırığına 127 % əməl edilib”

posted in: Xəbər | 0

vergi daxilolmaları

“İqtisadi inkişafa stimul yaradan mütərəqqi vergi sisteminin tətbiqi müsbət nəticələr verir”.

Bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviitter hesabında yazıb.

“Bu ilin yanvar-may aylarında dövlət büdcəsinə vergi daxilolmaları 3,8 mlrd manatdan çox olub. Daxilolmalar üzrə proqnoz 127,1 % icra edilib.

Artım əsasən qeyri-neft-qaz sektorunun hesabınadır. Bu sahə üzrə daxilolmalar 2 mlrd 754 mln manat təşkil edib və proqnozdan əlavə büdcəyə 471,8 mln manat ödənilib”, – deyə nazir əlavə edib.

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 779 780 781 782 783 784 785 2. 392