Dövlət qulluqçularının əməkhaqqı 19 % artıb
Dövlət qulluqçularının əməkhaqqı 19 % artıb
Bu il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 26,7 min nəfər olub ki, onların da 27,5 %-ni qadınlar təşkil edir.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, dövlət qulluqçularının 6,4 %-i dövlət orqanlarında inzibati vəzifələrin ali – 3-cü təsnifatları, 3,5 %-i 4-cü təsnifatı, 12,3 %-i 5-ci təsnifatı, 8,4 %-i 6-cı təsnifatı, 48,8 %-i 7-ci təsnifatı, 20,6 %-i isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyib.
Dövlət qulluqçularının 6,3 %-i 1 ilədək, 25,2 %-i 1 ildən 5 ilədək, 24,4 %-i 5 ildən 10 ilədək, 17,8 %-i 10 ildən 15 ilədək, 26,3 %-i isə 15 il və daha çox qulluq stajına malikdir.
Dövlət qulluqçularının 2,7 %-ni 25 yaşadək, 13,7 %-ni 25-29 yaşda, 16,8 %-ni 30-34 yaşda, 14,8 %-ni 35-39 yaşda, 12,3 %-ni 40-44 yaşda, 9,1 %-ni 45-49 yaşda, 8,7 %-ni 50-54 yaşda, 10,9 %-ni 55-59 yaşda, 9,2 %-ni 60-64 yaşda, 1,8 %-ni 65 və yuxarı yaşda olan şəxslər təşkil edir.
2020-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 18,9 % artaraq 1 215,5 manat təşkil edib.
Mənbə: report.az


Qanunvericiliyə sığortaolunana fərdi şəxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını nəzərdə tutan əlavə edilib.
Kapital Bank korporativ müştərilər üçün “Müştəri Bank Mobile” mobil bankçılıq tətbiqini istifadəyə verdi. Yeni tətbiqlə hüquqi şəxslər və fərdi sahibkarlar bank əməliyyatlarını artıq öz smartfonları vasitəsilə həyata keçirə bilərlər. Həm iOS, həm də Android istifadəçiləri üçün nəzərdə tutulan “Müştəri Bank Mobile” ən son istifadəçi təcrübəsi və dizayn tendensiyaları nəzərə alınaraq yaradılıb.