Avropa ölkələrində və dünyada əməkhaqqı statistikası (1-ci hissə)

posted in: Xəbər | 0

Avropa ölkələrində və dünyada əməkhaqqı statistikası (1-ci hissə)

Avropanın müxtəlif ölkələrində və bütün sivil dünyada əməkhaqqı statistikası, insanları yalnız üç variantda  maraqlandıra bilər:

  • adi maraq;
  • akademik maraq;
  • yeni yaşayış yerlərinin seçilməsi.

İlk iki halda ümumi məlumatlar kifayət edir, lakin, məqsəd yeni bir həyat axtarışı ilə başqa bir ölkəyə köçmək olduqda, sözügedən məlumatlar tam şəkildə dəqiq və etibarlı olmalıdır.

Bununla bağlı xəbərdarlıq artıq kimi də görünə bilər, internetdə dünyanın istənilən yerində yaşayan əhalinin gəlirləri və reytinqləri barədə məlumatları tapmaq çox asandır. Amma, əslində onlar məsələni real təsvir etməkdənsə, çox vaxt reklam gedişi olur. Əsl rəqəmlər bir qədər fərqli xüsusiyyətlərə malikdir.

Orta əmək haqqının ümumi hesablanması

Orta ödənişin dövlət daxilindəki yerli statistika agentlikləri tərəfindən edilən sadə bir hesablanması, özlüyündə bütün əhalinin gəlirlərinin arifmetik ortalamasıdır. Başqa sözlə desək:

  1. Dövlət tərəfindən rəsmi olaraq nəzərə alınan bütün mövcud peşələrin, vəzifələrin, ixtisasların siyahısını götürlər.
  2. Bütün qazancları siyahıya əlavə edirlər.
  3. Əldə olunan məbləği vəzifələrin sayına bölürlər.

Nəticədə reallıqdan uzaq olan mlumatlar əldə olunur.

Axı, toplanan və bölünən rəqəmlər bir sahədə işləyənlərin qazancları deyil, iri şirkətlərin rəhbər vəzifəlilərinin və hakimiyyət eşalonunda yüksək vəzifə tutanların və məktəbdə işləyən xadimələrin gəlirləridir. Əldə edilən rəqəmlərin əlində heç vaxt bu qədər pul tutmayan ətraf sakinlərini bu qədər qəzəbləndirməsi, heç də təəccüblü deyil.

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.

Dünyada orta əmək haqlarını hesablayan daha çox inkişaf etmiş statistik mərkəzlər, səhvləri minimuma endirsinlər deyə, mövcud sosial qrupların, fəaliyyət sahələrinin, peşələrin dərin monitorinqini aparmağa çalışırlar. Lakin, bütün hallarda hesablamalarn nəticələrində həqiqətdən kənara çıxmalara yol verilir. Bundan əlavə, orta aylıq gəlirləri vergi ayırmaları, sosial ödənişlər və digər yığımlar nəzər alınmadan hesablanmas qəbul edilmişdir. Həmin səbəbdən dövlətdən asılı olaraq göstəricilər 10-40 faizə kimi şişirdilir.

Nəticə: hökumətlərin özləri tərəfindən rəsmən təsdiqlənmiş orta əməkhaqqı demək olar ki, həmişə qeyri-obyektivdir, bu məlumatlara ehtiyatla yanaşmaq lazımdır.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ən çox milyarderləri olan ölkələr (3-cü hissə)

posted in: Xəbər | 0

Ən çox milyarderləri olan ölkələr – 2021. Forbes jurnalının reytinqi (3-cü hissə)

Dünyada olan 2755 milyarderin yarıdan bir qədər azı – ABŞ və ya Çin vətəndaşıdırlar və demək olar ki, bir il bundan əvvəllə – yəni, pandemiya ərəfəsi ilə müqayisədə hər bir ölkədə varlı adamların sayı daha da çoxalıb.

6. Honkonq

Milyarderlərin sayı: 71

Ümumi sərvəti: 448 milyard dollar (+148 milyard)

Ən zəngin adam: Li Ka-Şin, 33,7 milyard

7. Braziliya

Milyarderlərin sayı: 65

Ümumi sərvəti: 212 milyard dollar (+85 milyard)

Ən zəngin adam: Xorxe Paulo Lemann və ailəsi, 16,9 milyard

8. Kanada

Milyarderlərin sayı: 64

Ümumi sərvəti: 231 milyard dollar (+88 milyard)

Ən zəngin adam: Devid Tomson və ailəsi, 41,8 milyard

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.

9. Böyük Britaniya

Milyarderlərin sayı: 56

Ümumi sərvəti: 214 milyard dollar (+61 milyard)

Ən zəngin adam: Ceyms Retklif, 17 milyard

10. İtaliya

Milyarderlərin sayı: 51

Ümumi sərvəti: 205 milyard dollar (+79 milyard)

Ən zəngin adam: Covanni Ferrero, 35,1 milyard



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bakı şəhərində fərdi qaydada çəkməçi və pinəçi fəaliyyəti həyata keçirən şəxslərin vergi öhdəlikləri barədə

posted in: Xəbər | 0

Mühasib

Bakı şəhərində fərdi qaydada çəkməçi və pinəçi fəaliyyəti həyata keçirən şəxslərin vergi öhdəlikləri barədə

– Fərdi qaydada Bakı şəhərində çəkməçi və pinəçi fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyət göstərdikləri aylar üzrə 10 manat;

– Sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 15 manat;

– Sosial sığorta haqqı və 10 manat məbləğində icbari tibbi sığorta haqqı ödəməlidirlər.

Əsaslandırılma: Vergi Məcəlləsinin 218.4.4-cü, 220.10-cu, 220.11.1-ci, 221.8.1-ci maddələri, “Sosial sığorta haqqında Qanun”un 14.5.1-1.3 -cü, 14.5.1-2-ci maddələri, “Tibbi sığrota haqqında Qanun”un 15-2.2.2-ci və 15-10.1.3-cü maddələri və Minimum aylıq əməkhaqqının artırılması haqqında Azərbaycan respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli, 1265-nömrəli Sərəncamı.


Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Hansı məlumatlar vergi sirri və şəxsi həyata dair məlumat hesab olunur?

posted in: Xəbər | 0

vergi sirri şəxsi həyata dair məlumatDövlət Vergi Xidmətindən bildirilir ki.

– aşağıdakı məlumatlar istisna olmaqla, vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat vergi sirri və şəxsi həyata dair məlumat hesab olunur:

• vergi ödəyicisinin razılığı ilə aşkar edilən;

• vergi ödəyicisinin eyniləşdirmə nömrəsi haqqında (VÖEN)

• müəssisənin nizamnamə fondu (nizamnamə kapitalı) haqqında;

• vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri haqqında;

• vergi ödənişləri üzrə borclar;

• hüquqi şəxslərin dövlət reyestrindəki məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla);

• vergi ödəyicisinin ƏDV-nin məqsədləri üçün qeydiyyatda olub-olmaması haqqında;

• vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının dayandırılıb-dayandırılmaması haqqında);

• vergi ödəyicisinin riskli vergi ödəyicisi olub-olmaması haqqında.

Əsaslandırma: Vergi Məcəlləsinin 30.2-ci, 30.2.1-30.2.9-cu maddələri.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 783 784 785 786 787 788 789 2. 392