Daha çox8
Daha çox8

Hansı halda Mikro sahibkarlar dividend gəlirlərindən mütləq vergi ödəməlidir?

posted in: Xəbər | 0

dividendBildiyimiz kimi, Vergi Məcəlləsinə olan son dəyişikliyə görə, 102.1.30 maddəsinə əsasən Mikro Sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi vergidən azaddır. Eyni zamanda 106.10-cu maddəyə əsasən Mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin təsisçilərinin Dividend gəlirləri də vergidən azad edilmişdir. Lakin burda kiçik bir nüans vardır ki, Vergi ödəyiciləri buna xüsusi fikir verməlidirlər, belə ki 106.10-cu maddədə deyilir:

106.10. Bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan hüquqi şəxslərin dividend gəlirləri vergidən azaddır.

Buna əsaslanaraq deyə bilərik ki, Mikro sahibkarlıq subyekti olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan hüquqi şəxslərin dividend gəlirləri aşağıdakı 2 hal nəzərə alınarsa vergidən azad edilir:

  1. Müəssisə ƏDV ğdəyicisi olmamalıdır.
  2. Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparmalıdır.
Odur ki, Mikro sahibkarlıq subyekti olan rezident müəssisələr təsisçisilərinin dividend gəlirlərinin vergidən azad olmasını istəyirlərsə, yuxarıda qeyd edlən hər 2 halı nəzərə almalıdırlar

Ramin Ramazanov / Muhasibat.Az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əcnəbilərin gəlirləri vergiyə necə cəlb olunur?

posted in: Vergi, Xəbər | 0

Əcnəbilərin gəlirləri vergiyə necə cəlb olunur?

gəlir vergisi vəsait

 

Xarici şirkətlərin Azərbaycandakı filialları respublika ərazisində rezident olan sifarişçi şirkətlər üçün xidmət göstərirlər. Bu xidmətin yerinə yetirilməsi üçün ana şirkət olan qeyri-rezident şirkətin baş ofisi ilə əmək müqaviləsi bağlayaraq işləyən xarici vətəndaşlar Azərbaycana ezam olunurlar.

Burada gördükləri işlərə görə baş ofisdən məvacib alır, digər sosial xarakterli xərcləri (mənzil kirayəsi, nəqliyyat, kommunikasiya, yemək xərcləri) Azərbaycandakı filialı tərəfindən ödənilir. Məvaciblər isə sonradan baş ofisin Azərbaycandakı filialının verdiyi hesab-faktura əsasında əvəzi ödənilir. Bu zaman xarici vətəndaşların hansı gəlirləri, hansı qaydada vergiyə, sosial sığorta ödənişlərinin hesablanmasına cəlb olunmalıdır? Xarici vətəndaşların Azərbaycan ərazisində xidmət göstərmək üçün bağlanmış ezamiyyə müqavilələri mülki-hüquqi müqavilələr sırasına aid edilirmi?

Bu suallarla bağlı Vergilər Nazirliyinin açıqlamasında bildirilib ki, Vergi Məcəlləsinin 13.2.16.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında muzdlu işdən gəlir Azərbaycan mənbəyindən gəlir hesab olunur və muzdlu işdən əldə edilən gəlirlər Vergi Məcəlləsinə uyğun olaraq gəlir vergisinə cəlb olunur.

“Sosial sığorta haqqında” Qanunun 12-ci maddəsinin müddəalarına əsasən qanunla təsdiq olunmuş neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında Sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən əcnəbilər istisna olmaqla, Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər məcburi dövlət sosial sığortasına cəlb olunurlar.

İşəgötürən tərəfindən işçilərin sosial xarakterli xərclərinin (təhsil, səhiyyə, yemək, telefon danışıqları, kirayə, nəqliyyat, işçinin əmlakı, həyatı, sağlamlığı üzrə sığorta xərclərinin) üçüncü şəxsin hesabına köçürülməsinin nəticəsi kimi əldə olunan gəlirdən məcburi dövlət sosial sığorta haqqı hesablanmır.

İşçinin belə xərclərinin əvəzi birbaşa işçiyə ödənildiyi halda həmin məbləğlər işçinin sosial sığorta haqlarına cəlb olunan gəlirlərinə aid edilir.

Turagentin əldə etdiyi komisyon haqqı ilə bağlı vergi öhdəliyi

posted in: Vergi, Xəbər | 0

Vakansiya Baş Mühasib komisyonTurizm mövsümünün başlanması ilə bu sahədə çalışan vergi ödəyicilərinin aktivliyi artır. Artıq turagentlər aviabiletlərin satışına başlayıb, turpaketlərə təkliflər artıb. Bu sahədə vergi öhdəlikləri ilə bağlı yaranan suallara iqtisadçı ekspert Mahmud Abasquliyev aydınlıq gətirir.

Turagent kimi fəaliyyət göstərən şirkət müxtəlif aviakompaniyalardan və otellərdən bilet alır və aldığı qiymətə də öz müştərilərinə təqdim edir. Onun gəliri yalnız həmin biletin satışından bileti satan şirkətlə bağlanmış müqaviləyə əsasən razılaşdırılmış müəyyən faizli komissyadan gəlir.

Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.

Əgər vergi ödəyicisi əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmət göstərirsə, bu zaman onun rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatlarının həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmamalıdır. Həmin məbləğ 30 faizdən çox olduqda şirkət sadələşdirilmiş vergi ödəyici olmaq hüququnu itirərək mənfəət və ya gəlir vergi ödəyicisi olur.

Bundan sonra mənfəət və ya gəlir vergisinin ödəyicisi olan aviabilet və turpaketlərin komisyon qaydada satışını həyata keçirən şəxslər tərəfindən əldə olunan komisyon haqlarının həcmi 200.000 manatdan artıq olduqda həmin şəxslər növbəti ayın ilk 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludurlar.

Bu zaman ƏDV məqsədləri üçün qeydiyyatda olan aviabilet və turpaketlərin komisyon qaydada satışını həyata keçirən şəxslər tərəfindən aviabilet satışı ilə bağlı göstərilən turizm xidmətləri (komisyon haqları) ƏDV-nin vergitutma obyektini təşkil edir. Beləliklə, aviabilet və turpaketlərin komisyon qaydada satışını həyata keçirən şəxslər tərəfindən ƏDV-nin hesablanması Vergi Məcəlləsinin 172-ci maddəsinə əsasən aparılır.

Turagentlər tərəfindən tətbiq edilən komisyon haqları turpaketlərin və ya aviabiletlərin alışı ilə satışı arasındakı fərq kimi müəyyən edilir.

Qeyd: “Turizm haqqında” Qanuna əsasən, turagent dedikdə, turoperator tərəfindən turların satışı, turizm məhsulunun hərəkətə gətirilməsi və satışı üzrə vasitəçilik fəaliyyəti göstərən fiziki və ya hüquqi şəxslər başa düşülür.

Qanuna əsasən, turagent tərəfindən həyata keçirilən fəaliyyətlərə bunlar aid edilir:

– turların satışı;

– turizm məhsulunun hərəkətə gətirilməsi və satışı.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasiblər üçün Diqqət testi

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasiblər üçün Diqqət testi

Mühasiblər üçün diqqət hər zaman önəmli olub. Mühasib bütün diqqətini işə yönəltməlidir, işi isə rəqəmlərdən ibarətdir, deməli diqqətini tamamilə rəqəmlərə həsr etməlidir. Yalnız riyazi vərdişlərə malik (axı, mühasib daim rəqəmlərlə işləyir) və yaxşı diqqətə malik və konkret tapşırığın həllinə fikrini cəmləməyi bacaran bir insan mühasib ola bilər. Belə bir adam məntiqi düşüncəyə, əla yaddaşa malik olmalı, dəqiq, intizamlı, öz işini vəzifə tələblərinə uyğun qurmağı və s. bacarmalıdır.

Odur ki, sizin təbiətən mühasib olduğunuzu və ya necə bir iti yaddaşa malik bi ühasib olduğunuzu bilmək istəyirsinizsə aşağıdakı maraqlı ” mühasiblər üçün Diqqət testi”-ni sınamağı məsləhət görürük, hansı ki, sizin bir mühasib kimi diqqətinizi qiymətləndirməyinizə kömək edəcək.

Siz 1-dən 90-a qədər olan rəqəmləri ardıcıllıqla tapmalısınız. Tapdığınız zamanın müddəti sizin necə diqqətli biri olduğunuzu təyin edir.

 

  1. Əgər 5-7 dəqiqə ərzində tapşırığı bitirmisinizsə – Sizi təbrik edirik! Siz qeyri-adi diqqətə malik Əsl Mühasibsiz!
  2. 7-10 dəqiqəyə kimi tapşırığı bitirdinizsə o zaman sizi yaxşı diqqətli mühasib hesab etmək olar.
  3. 10-15 dəqiqə ərzində sayib yekunlaşdırdınızsa o zaman Diqqətiniz zəifləyib, amma yenədə diqqətiniz təqdirə layiqdir, orta diqqətli mühasib hesab etmək olar, amma məzuniyyətə gedin.
  4. Saymağa 15-20 dəqiqə  həsr etdinizsə diqqətiniz  zəifdir, bu diqqətlə nəinki özünüzə hətta şirkətə belə böyük ziyan vura bilərsiz.
  5. Yox əgər 20 dəqiqədən çox oldusa o zaman çox təəssüf edirik, siz sabahdan işdən çıxmaq barədə ərizənizi yaza bilərsiz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 784 785 786 787 788 789 790 2. 382
error: Content is protected !!