» » » Hansı halda Mikro sahibkarlar dividend gəlirlərindən mütləq vergi ödəməlidir?

Hansı halda Mikro sahibkarlar dividend gəlirlərindən mütləq vergi ödəməlidir?

posted in: Xəbər | 0
birbank biznes

dividendBildiyimiz kimi, Vergi Məcəlləsinə olan son dəyişikliyə görə, 102.1.30 maddəsinə əsasən Mikro Sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi vergidən azaddır. Eyni zamanda 106.10-cu maddəyə əsasən Mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin təsisçilərinin Dividend gəlirləri də vergidən azad edilmişdir. Lakin burda kiçik bir nüans vardır ki, Vergi ödəyiciləri buna xüsusi fikir verməlidirlər, belə ki 106.10-cu maddədə deyilir:

106.10. Bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan hüquqi şəxslərin dividend gəlirləri vergidən azaddır.

Buna əsaslanaraq deyə bilərik ki, Mikro sahibkarlıq subyekti olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan hüquqi şəxslərin dividend gəlirləri aşağıdakı 2 hal nəzərə alınarsa vergidən azad edilir:

  1. Müəssisə ƏDV ğdəyicisi olmamalıdır.
  2. Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparmalıdır.
Odur ki, Mikro sahibkarlıq subyekti olan rezident müəssisələr təsisçisilərinin dividend gəlirlərinin vergidən azad olmasını istəyirlərsə, yuxarıda qeyd edlən hər 2 halı nəzərə almalıdırlar

Ramin Ramazanov / Muhasibat.Az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun