Ofis işləri ilə bağlı maraqlı faktlar

posted in: Məqalə, Xəbər | 0

Ofis işləri ilə bağlı maraqlı faktlar

ənənəvi iş

  • Kseroks – surət çıxaran aparatdır və ya daha xırda bir şeydir? Hər bir idarədə kseroks var, ən azından surət çıxaran cihazı belə adlandırırlar. Həqiqətdə isə Kseroks həmin cihazları istehsal edən və Rusiyaya ilk ixrac edən şirkətin adıdır, o səbəbdən həmin aparat daha çox kseroks adını alıb. Uzaq şərqdə surət çıxaran aparatlar bazarına digər bir şirkət, Canon öz məhsulu ilə çıxıb.
  • Statistikaya görə yaponların 75%-i günlərinin yarıdan çoxunu ofisdə keçirirlər, onlardan üçdə ikisi isə hətta istirahət günlərindən belə imtina edirlər. Məzuniyyətə isə yapon işçilərinin yalnız 1/20 hissəsi çıxır. Baxın, onlar dünyada ən zəhmətkeş millətdir!
  • Ofis avto-cavabverəni. Onu elanlar, müxtəlif məlumatlar və hava haqqında məlumatları telefon abunəçilərinə çatdıran telefon xidməti müəssisələri icad ediblər.  Avto-cavabverənin ixtirasına qədər bu işi bilavasitə telefon qovşaqlarının işçiləri yerinə yetirirlərmiş.
  • Ofisdə işləyənlərin sol əli sağa nisbətən daha çox çalışır. Nə qədər gülməli görünsə də, bu faktdır! Klaviaturada mətn yığılarkən, onun 60%-i məhz, sol əlin barmaqları ilə yığılır.
  • Təkcə ofisdə işlə bağlı deyil, ümumən bütün çalışmalarla əlaqəli fakt ondan ibarətdir ki, 80% insanlar hesab edirlər ki, istənilən işdə çalışanlar üçün ən mürəkkəb şey səhər yuxudan qalxmaqdır! Həqiqətən də bəzən bədənini çarpayıdan qaldırmaq o qədər çətin olur ki, hərdən insanın ağlına belə fikir gəlir: “cəhənnəm olsun, bəlkə heç işə getməyim”.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 2% azalıb

posted in: Xəbər | 0

Dövlət Gömrük Komitəsi DGKBu ilin yanvar-may aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 1 662,022 milyon manat təşkil edib.

DGK-ya istinadən xəbər verilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2% azdır.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 13,75% artaraq 453,292 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 8 % azalaraq 1 129,482 milyon manat, aksizlər üzrə daxilolmalar 14% artaraq 62,148 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 8,85 % artaraq 17,1 milyon manat olub.

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycan sahibkarı fəaliyyətini onlayn rejimdə necə dayandıra bilər?

posted in: Xidmət | 0

Azərbaycan sahibkarı fəaliyyətini onlayn rejimdə necə dayandıra bilər?

icazə Daşınmaz əmlakın mövcudluğu

 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərinə təqdim olunan elektron xidmətlərin təşviqi məqsədilə daha bir videotəlimat hazırlayıb.

“Fiziki (hüquqi) şəxslərin fəaliyyətinin onlayn dayandırılması ərizəsi”nin tərtib olunması və göndərilməsi qaydası” adlı videotəlimat ərizənin onlayn tərtib olunması və göndərilməsi prosesini izah edir.

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Baş mühasibin 5 sirri

posted in: Məqalə, Xəbər | 0

Baş mühasibin 5 sirri: planlaşdırmadan etibarlı hesabata qədərBaş Mühasib

Hesabat dövründə mühasib üçün çatışmayan şey – vaxt azlığıdır!  Hesabat dövründə, yəni il ərzində öz zamanınızı səmərəli şəkildə ayıra bilsəniz və vəzifələrinizi savadlı şəkildə planlaşdırsanız, bunun öhdəsindən gələ bilərsiniz.

Birinci sirr – Daima planlaşdırırıq

Mühasibin otağında divarda A1 formatlı vatman kağızında cədvəl asılıb. İlk günlərdə biz “hesabat qrafikinin” özünəməxsus cizgisini qeyd edirik, hansı ki, ora bunlar yazılır: hesabatın növü, verginin ödəniş tarixi, hesabatın təqdim olunma vaxtı. Hər bir hesabat növü və ya ayrı-ayrı təşkilat üzrə (əgər siz bir neçə nəfərlə birlikdə işləyirsinizsə) məsul olannı qeyd edirik. Bu əməkdaşların işini öncədən koordinasiya etməyə (hər bir kəs öz məsuliyyət zonasını bilir) kömək edir və öz tapşırıqlarını planlaşdırmağa yardım edir.

Bu zamanMühasibin təqvimi” köməyə çatır, orada bu məlumatlar yer alır: nə vaxt, hansı hesabatlar və hansı vergilər verilməlidir, bu kimə aiddir və “1C” “Tapşırıqların siyahısı”na daxil edilən və yaxın vaxtlarda hesabatların və vergilərin ödənilməsi üzrə xəbərdarlıq.

İkinci sirr – Nəzarət vərəqlərindən istifadə edirik

Hesabatları təqdim etməkdən ötrü çoxlu işlər icra olunmalıdır. Bizim “fişkamız” hər bir hesabat üçün nəzarət vərəqləridir. Onlarda mühasibin fəaliyyət alqoritmi addımbaddım qeydə alınıb. Misal üçün, ƏDV üzrə bizə bunlar lazımdır: bütün sənədlərin yerində olduğu yoxlanılmalıdır, hesab-fakturaların mövcudluğu, lazımi hesabın varlığı yoxlanılır, hesabların dövriyyəsi müqayisə olunur, bəyannamə formalaşdırılır və s. Bunlar heç nəyin yaddan çıxmasına imkan vermir və bəyannaməni dəqiq vaxtında təqdim etmək şansını artırır.

Üçüncü sirr – Müntəzəm olaraq yoxlayırıq

Hesabatı təqdim etməzdən öncə biz tədarükçülər və alıcılarla uzlaşma aparırıq (hər şeyin bazada – gəlirlər və xərclərin, əks olunub-olunmadığına baxırıq). Bunu hər ay, ay başa çatdıqdan sonra müntəzəm olaraq etmək məsləhətdir. Bu işdə bizə “1C: Yoxlama” pulsuz servisi yardım edir. Bütün bunları əllə yerinə yetirdikdə, o, kontragentlərin sürətindən asılı olurdu, sənədlərin daxil olmasını gözləyirdik. İndi isə hesab-fakturalar və ƏDV məbləğlərinin yoxlaması bir neçə dəqiqə çəkir.

Mühasiblər necə geyinməlidir?!

Diqqət yetirin, bu servisi əvvəlcədən işə salmaq lazımdır, çünki sizin “1C” bazanızda və kontragentlərin bazasında elektron ünvanların dəyiş-düyüşü, ƏDV və hesab-fakturalar üzrə test yollayışları üçün  zaman lazımdır.

Dördüncü sirr. Ekspress yoxlama keçiririk

Təəccüblüdür ki, bir çoxları uçotun təhlilini aparmaq, düzgün olmayan provodkaların olub-olmamasını və ya hansısa əlavə funksiya daxil edilmədən birbaşa bazaya qoşulmağın mümkünlüyünü bilmir. Artıq bu bölmə nəzarət vərəqlərində yazılıb.

Beşinci sirr – Müşaiyət servislərindən istifadə edirik

Bizə vaxtımıza təxminən 40 faiz qənaət etməyə “1C” müşaiyət servisi kömək edir, hansı ki, burada öz rolunu oynayır.


Mühasib peşəsini cəlbedici edən 8 fakt



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 785 786 787 788 789 790 791 2. 382