» » » Dünyanın ən qeyri-adi bankomatları

Dünyanın ən qeyri-adi bankomatları

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

Dünyanın ən qeyri-adi bankomatları

Bankomatların mənbəyi öz başlanğıcını 1960-cı illərdə yapon firmaları öz kredit kartlarını daxil edən müştərilərə 5% dərəcəsi ilə üç aylıq borc verməyə başladığı vaxtdan götürməyə başlayıb, ABŞ bankirləri bankograph-ı işə saldılar, ingilis müəssisələri isə London sakinlərinə nağd pulun verilməsi üçün tam dəyərli aparat təqdim etdilər.

Müştərilərin bankomatlara ümumi başlıca tələbatı – banknotlarla ödəniş etmək üçün nağd pulların həmin aparatlardan çəkilməsini təmin etmək zərurətidir. Lakin, belə bir aparatdan istifadə edərkən mövcud olan xidmətlərin tam çeşidi düşünməyə alışdığımızdan daha geniş ola bilər. Bu yazıda sizə qeyri-adi  bankomatları və onlarda aparıla bilən əməliyyatların reytinqini təqdim edirik. Dünyada ən qeyri-adi bankomatlar hansılardır?

Venetsiya bankomatı – Orqan

Bizim hit-paradı ənənəvi bankomatlarla müqayisədə nağd pulların çıxarılması zamanı daha yüksək nəticələr göstərən və İtaliyada təqdim edildiyi anda nağd pulların verilməsi üçün nəzərdə tutulan ən qeyri-adi aparat açır. Sözügedən aqreqat 2011-ci ildə, iki ildə bir dəfə Venetsiyada keçirilən dünyada ən məşhur incəsənət sərgisi ola 54-cü Venetsiya Biennale tədbiri zamanı istismara verilmişdi. İstifadəçi aparatın düymələrini basdığı zaman orqan musiqisi səsi çıxarır və nağd pulların çıxarılması əməliyyatı başa çatdıqda yenə də melodiya səslənir. Bəzi məlumatlara görə, melodiyanın müddəti kart sahibinin bank hesabında olan vəsaitinin həcmindən asılı olaraq dəyişsə də, səlahiyyətli şəxslər belə şayiələri təkzib etmişlər.

Qurbanlıq kəsimi üçün keçilər “verən” bankomatlar 

2006-cı ildə İndoneziya bankları imkanlı yerli sakinlərdən olan müştərilərinə, kasıblara ət şəklində ianələr etməsini yerinə yetirmək üçün qurban kəsməkdən ötrü heyvanlar almağı təklif edib. Keçi, qoyun və ya inəklərin qurbanlıq kəsimləri müsəlmanların Qurban bayramı ərəfəsi üçün nəzərdə tutulmuşdu. Bazara getmək və qurban kəsmək üçün heyvan axtaran, lakin buna zamanı çatmayan indoneziyalı imkanlı şəxslərə, pul ianələrini üzərində kəsilmiş keçi və ya inək təsviri olan bankomatlar vasitəsilə etmək təklif olunmuşdu və həmin ətin yoxsul insanlara çatdırılmasını təşkil edəcəklərini bildirmişdilər.

Qızıl verən bankomatlar

Bankomatda pul vəsaiti əvəzinə qızıl almaq istəyən insanlar üçün Almaniyanın “TG Gold Super Markt” korporasiyası müştərilərə təmiz qızıldan hazırlanmış əşyaları “götürmək” imkanını verən “Gold to Go” bankomatları çeşidini hazırlayıb istifadəyə vermişdir. İlk belə aparat Əbu-Dabidə yerləşən “Emirates Palace” mehmanxanasının hollunda quraşdırılmışdır. Bankomatda 320 qızıl əşya, o cümlədən 10 qramlıq külçələr və qızıl sikkələr var. 2010-cu ildə şirkət ABŞ-ın Florida ştatının Boca bölgəsində qızıl çıxarmaq üçün ilk bankomat quraşdırılmışdı. Müştərilər nağd şəkildə və ya plastik kartla ödənişlərini hər 10 dəqiqədən bir bankomat tərəfindən yenilənən cari valyuta məzənnəsinə əsasən həyata keçirə bilərlər.

Kitab bankomatları

İnsanları daha çox kitab oxumağa həvəsləndirmək üçün, Mərkəzi Çinin şəhər dairəsində yerləşən Quandun əyalətində böyük bir bölgə olan Dunquanyanın ictimai kitabxanası ilk kitab bankomatını qurmağa qərar verib.

Aparatın kart sahiblərinin iş saatları və ya coğrafiyası ilə bağlı heç bir məhdudiyyəti yoxdur, lakin bu, bir qayda olaraq, xəstəxanalar, meydanlar və ya hətta sadəcə yaşayış sahələri kimi ictimai ərazilərdə yerləşir. Bankomatlar istifadəçi üçün intuitiv interaktiv rəqəmsal kitabxana ilə təchiz edilib və biliklərə can atan müştərilərə sutka ərzində informasiya xidmətləri göstərir.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun