» » » Dövlət Vergi Xidməti: Vergi ödəyicilərinin sayının artması əsasən kommersiya qurumlarının hesabınadır

Dövlət Vergi Xidməti: Vergi ödəyicilərinin sayının artması əsasən kommersiya qurumlarının hesabınadır

posted in: Xəbər | 0
birbank biznes

Dövlət Vergi Xidməti2021-ci ilin mart, aprel və may aylarında qeydə alınan vergi ödəyicilərinin sayında artım müşahidə edilib.

Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya İdarəsindən bildirilib ki, hüquqi şəxs kimi uçotda olan vergi ödəyicilərinin sayının artması əsasən (97,9 faiz) kommersiya qurumlarının hesabına baş verib.

Müqayisə edilən dövrdə kommersiya qurumlarının sayı 7,7 faiz artaraq 138 min 803, qeyri-kommersiya qurumlarının sayı isə 1,4 faiz artaraq 15 min 793 vahid təşkil edib.

Cari ilin 5 ayında 4573 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 27,2 faiz çoxdur.

Yanvar-may aylarında kommersiya qurumlarının dövlət qeydiyyatının 83,3 faizi elektron qaydada, 16,7 faizi isə kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında həyata keçirilib.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun