Nağdsız əməliyyatlarla bağlı qanuna əməl etmədikdə hansı maliyyə sanksiyaları tətbiq olunur?

posted in: Xəbər | 0

Nağdsız əməliyyatlar maliyyə sanksiyalarıNağdsız ödənişlərlə bağlı qanunvericilikdə nəzərdə tutulan tələblərin yerinə yetirilməməsi bəzən vergi ödəyicilərinə düşündüklərindən baha başa gəlir. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən, vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, blankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilir.

Maliyyə sanksiyalarının məbləği belə müəyyənləşib:

– təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində;

– təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində;

– təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində.

Misal 1: Xidmət fəaliyyəti həyata keçirən vergi ödəyicisi xarici dil kursuna görə vətəndaşdan aldığı 120 manat vəsaitə özünün hazırladığı, yəni ciddi hesabat blankı olmayan mədaxil sənədi təqdim edir. Vergi orqanının vergi nəzarəti tədbirləri zamanı bu cür hallar aşkar edilərsə, vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.7-ci maddəsinə müvafiq olaraq maliyyə sanksiyası hesablanır.

Misal 2: Vergi orqanının nəzarət tədbirləri zamanı müəyyən olunur ki, vergi ödəyicisində obyektiv səbəblərdən (internet və ya elektrik kəsilməsi və sair) nəzarət-kassa aparatından istifadə dayandırılıb. Vergi orqanı vergi ödəyicisinin nəzarət-kassa aparatından istifadə edilmədiyi dövrdə nağd pul əməliyyatlarının “Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı”na qeyd etmədiyini aşkara çıxarır. Bu halda vergi orqanının vəzifəli şəxsləri tərəfindən Vergi Məcəlləsinin 58.7-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq edilir.

Misal 3: Vergi yoxlaması zamanı məlum olur ki, iri supermarketdə POS-terminal quraşdırılmayıb. Bu zaman vergi orqanının vəzifəli şəxsləri tərəfindən Məcəllənin 58.7-ci maddəsinin tələblərinə uyğun maliyyə sanksiyası tətbiq edilir.

Misal 4: Vergi ödəyicisi iri ticarət məntəqəsində POS-terminallar quraşdırsa da, ödənişi kartla etmək istəyən alıcıdan vəsaiti nağdsız qəbul etmir. Bu halda da vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq maliyyə sanksiyası tətbiq edilir.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda MMC-lərin illik maliyyə hesabatını açıqlaması icbari ola bilər

posted in: Xəbər | 0

Auditorlar PalatasıAuditorlar Palatası Şurasının videokonfrans formatında növbəti iclası keçirilib.

Bu barədə Palataya istinadən xəbər verilir.

Məlumata görə, Şura üzvlərinin və Şura yanında Komitə sədrlərinin iştirak etdiyi videokonfransda aşağıdakı məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul edilib:

1. “Auditor xidməti haqqında” qanunda dəyişiklik edilməsi;

2. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi;

3. “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” qanunda dəyişiklik edilməsi;

4. MMC-lərin illik maliyyə hesabatlarının müvafiq dövlət qurumuna təqdim edilməsi və dövrü mətbuatda, internet səhifələrində dərc edilməsinin icbariliyi;

5. Şura yanında Keyfiyyətə nəzarət və keyfiyyətin idarəedilməsi üzrə komitənin 29 aprel 2021-ci tarixli 1 nömrəli protokolunun müzakirəsi;

6. “Auditor təşkilatında daxili nəzarətin təşkili və həyata keçirilməsi üzrə Metodik Göstəriş”in layihəsi;

7. Şura yanında Keyfiyyətə nəzarət və keyfiyyətin idarəedilməsi üzrə komitənin müfəttişlərinin siyahısında dəyişiklik edilməsi.

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmək pensiyasına əlavə müəyyənləşdirilməsi qaydası dəyişir

posted in: Xəbər | 0

əmək pensiyalarıPublik hüquqi şəxslərlə bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, dövlət orqanının əsasında Azərbaycan Respublikasının Prezidenti və ya Nazirlər Kabineti tərəfindən publik hüquqi şəxsin yaradılması nəticəsində dövlət qulluğuna xitam verilən, həmin tarixdə əmək pensiyası yaş həddinə çatmasına və dövlət qulluqçusu kimi pensiya hüququnun əldə edilməsi üçün tələb edilən minimum 15 il qulluq stajının toplanmasına ən çoxu 2 il qalan, yəni ən azı 13 il qulluq stajı olan şəxslərin dövlət qulluqçusu kimi pensiya hüququnun yaranması təklif olunur.

Başqa sözlə, dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə 15 il qulluq stajını toplamasına və əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranacaq.

Qanun layihəsi “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanına uyğun olaraq, dövlət orqanının əsasında publik hüquqi şəxsin yaradılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” qanunla dövlət qulluqçuları üçün nəzərdə tutulan qulluq stajının toplanmasına az qalan dövlət qulluğuna xitam verilmiş şəxslərin dövlət qulluqçusu kimi pensiya hüququnun təmin edilməsinə dair təkliflərin hazırlanması barədə tapşırığın icrasını təmin etmək məqsədilə hazırlanıb.


Mənbə: apa.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Uğurlu insan olmağa mane olan 7 vərdiş (1-ci hissə)

posted in: Xəbər | 0

Uğurlu insan olmağa mane olan 7 vərdiş (1-ci hissə)

Bəlkə də hər bir insan uğur qazanmaq istəyir, amma bu, heç də hamıda alınmır. İndiki zamanda çoxsaylı biznes-təlimlər və şəxsi inkişaf təlimləri var ki, orada bir çox enerjili təlimçilər həyatsevər səsləri ilə öz uğur tarixçələrindən bəhs edirlər. Bu cür vebinarların kimlərəsə fayda gətirəcəyi mümkündür. Lakin, çox vaxt bütün “mükəmməl” strategiyalar yalnız nəzəriyyədə işləyir. Ola bilsin ki, iş heç strategiyada da deyil, həyat obrazındadır.

Bu yazıda bir insanın inkişaf etməsinə imkan verməyən və həyatını yaxşı bir şəkildə dəyişdirməyə mane olan bəzi vərdişlər sadalanır.

Yuxudan əvvəl baxılan seriallar və filmlər

Ümumiyyətlə götürdükdə, nə seriallar, nə də filmlər, xüsusilə də dünya kinematoqrafiyasının inciləri öz-özlüyündə zərər vermirlər. Lakin, yatmazdan öncə ekrana baxmaq qəti şəkildə tövsiyə olunmur. Axşam işdən evə gələn bir insan, ilk növbədə ən çox istirahət etmək istəyir və bu məqsədlə film daha uyğun gəlir. Amma, o, sinir sistemini həyəcanlandırır və onu rahatlaşdırmır, bu da yuxunun keyfiyyətini pisləşdirir. Və sabahkı gün insan özünü çox yorğun və halsız hiss edə bilər.

Sosial şəbəkələr 

Bundan əlavə, sosial şəbəkələr çox vaxt insanın fikrini formalaşdırır, ona yalan mənəvi prinsipləri sırıyır, onların daha bir əhəmiyyətli çatışmazlığı da var. Sosial şəbəkələr informasiya axınını artırırlar, buna görə də insan onu təhlil etməyə vaxt tapmır və işin məhsuldarlığı azalır.

Eyni zamanda bir çox işləri yerinə yetirmək

Şübhəsiz ki, böyükləri yamsılamada qəbahətli bir şey yoxdur, amma həqiqətən, öz şüurunu bölüb, bir neçə vəzifəni keyfiyyətcə yalnız tək-tük adamlar yerinə yetirə bilər. Əksəriyyət isə hər şeyi real səylər sərf etmədən “fon rejimində” edir ki, bu da işin keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 782 783 784 785 786 787 788 2. 392