» » » “Malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparılması” dedikdə nə nəzərdə tutulur?

“Malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparılması” dedikdə nə nəzərdə tutulur?

posted in: sual-cavab, Xəbər | 0
birbank biznes

Nağdsız əməliyyatlar maliyyə sanksiyalarıSual: Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir.

Qeyd edilən maddədə göstərilən “malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparılması” ifadəsi üzrə praktiki izahat verilməsini xahiş edirəm. Yəni ayrılıqda uçot aparmaq dedikdə həmin məhsulları fiziki olaraq ayrı anbarlarda yerləşdirmək, həmin mallar üzrə sənədləri ayrılıqda toplamaq, həmin mallar üzrə dövriyyəni ayrılıqda göstərmək kimimi qəbul edilir?

Cavab: Bildiririk ki, vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən həmin əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə uçot sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) satışı üzrə uçot ayrı-ayrılıqda (ƏDV-dən azad olunan malların satışı üzrə ayrılıqda sənədləşdirilmiş məlumatlar mövcud olduqda) aparıldığı halda ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği Vergi Məcəlləsinin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir.

Adıçəkilən maddədə, Vergi Məcəlləsinin 164-cü maddəsində qeyd olunan əməliyyatların uçotunun (həmin məhsulların alışı və satışı üzrə məlumatların mühasibat uçotunun və Vergi Məcəlləsinin tələblərinə əsasən sənədləşdirilməsi nəzərdə tutulur. Mallar (işlər, xidmətlər) üzrə uçot sənədləşdirilmiş məlumatlar üzrə ayrı-ayrılıqda aparılmadıqda ƏDV-nin əvəzləşdirilməsi Vergi Məcəlləsinin 175.4-cü maddəsinə uyğun olaraq aparılmalıdır.

Əsas: Vergi Məcəlləsinin 175-ci maddəsi.


Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun