Dövlət Vergi Xidməti bank ictimaiyyəti ilə görüş keçirib

posted in: Xəbər | 0

Vakansiya Analitikİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarların vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı sahəsində qarşılaşdıqları çətinliklərin öyrənilməsi və onların aradan qaldırılması məqsədilə biznes assosiasiyaları ilə görüşlərin keçirilməsi və birgə əməkdaşlıq istiqamətində işlər davam etdirilir.

Bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, növbəti belə görüş “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin nümayəndələri ilə onlayn formatda təşkil edilib.

Vergi siyasəti Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən görüşdə kredit təşkilatlarının fəaliyyətində bazar qiymətlərinin tətbiqi, qiymətli kağızlar bazarının inkişafı, bank hesablarının açılması və hesablara sərəncamların qoyulması ilə bağlı vergi qanunvericiliyinin tələbləri, ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı inzibatçılığın təkmilləşdirilməsi, Dövlət Vergi Xidməti ilə banklar arasında onlayn bankinq və elektron qaimə-fakturaların inteqrasiyası ilə bağlı API sisteminin tətbiq edilməsi kimi vacib məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə çıxış edən ABA-nın prezidenti Zakir Nuriyev qeyd edib ki, DVX-də assosiasiyalarla iş aparan yeni bir strukturun yaradılması, birliklərin və assosiasiyaların müraciətlərinə operativ və vaxtında reaksiya verilməsi sevindiricidir. Ölkədə vergi qanunvericiliyinin təkmilləşdirilməsi, nəzarət olunanlarla nəzarət edənlər arasında əməkdaşlıq formatında münasibətlərin qurulması və inkişaf etdirilməsi məqsədilə keçirilən bu cür görüşlər öz töhfəsini verəcək.

Z.Nuriyev bankların balansa götürülmüş əmlaklarının satışının ƏDV-dən azad edilməsi ilə əlaqədar qanun layihəsinə göstərilən dəstəyə görə DVX nümayəndələrinə təşəkkürünü bildirib və bunun indiki halda banklar üçün əhəmiyyətli bir məsələ olduğunu qeyd edib.

DVX-nin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov “Azərbaycan 2030 – Milli Prioritetlər”ə uyğun olaraq yaradılan işçi qrupların fəaliyyətini diqqətə çatdıraraq əsas məqsədin dayanıqlı inkişaf və artan rəqabətli biznes mühitinin yaradılması üçün vergi yükünün optimallaşdırılması, inzibatçılığın təkmilləşdirilməsi olduğunu vurğulayıb. İdarə rəisi sahibkarların ictimai təşkilatları və biznes assosiasiyaları ilə əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.

Görüşdə, həmçinin, bank sektorunun inkişafını təşviq edə biləcək təkliflər ətrafında müzakirələr aparılıb.

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ən çox milyarderləri olan ölkələr (1-ci hissə)

posted in: Xəbər | 0

Ən çox milyarderləri olan ölkələr – 2021. Forbes jurnalının reytinqi (1-ci hissə)

Dünyada olan 2755 milyarderin yarıdan bir qədər azı – ABŞ və ya Çin vətəndaşıdırlar və demək olar ki, bir il bundan əvvəllə – yəni, pandemiya ərəfəsi ilə müqayisədə hər bir ölkədə varlı adamların sayı daha da çoxalıb.

Bu bütün dünyada milyarderlər üçün əlamətdar bir il idi. 2021-ci ildə Forbes jurnalı 70 ölkədə rekord səviyyədə 2 755 milyarder aşkara çıxarıb, bu da 2020-ci ildəkindən (2095) təxminən üçdə bir qədər çoxdur. Ötən il olduğu kimi Forbes milyarderləri siyahısına adları düşən adamların demək olar ki, yarısı doğum mənsubluğuna görə ABŞ və Çindəndirlər. Bu il demək olar ki, hər bir ölkədə yeni milyarderlər ortaya çıxıb və yalnız Karib dənizindəki Sent-Kits və Nevis ada dövlətində onların sayı azalıb. Küveyt və Anqola dövlətlərinin hər birində bir milyarder var idi ki, onlar da bu il siyahıdan çıxarılıblar.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.


Dünyada ən çox sayda milyarderlər əvvəlki tək ABŞ vətəndaşlığına malikdirlər – 724 nəfər, bu, rekord göstəricidir (2020-ci ildə – 615 milyarder olub), amma, birinci və ikinci yer arasında fərq xeyli azalıb. Belə ki, 2020-ci ilin mart ayında Çində milyarderlərin sayı heyrətamiz dərəcədə artıb – 239 nəfər, nəticədə onların ümumi sayı 626 nəfərə çatıb. Bu iki ölkədə milyarderlərin sayı arasında fərq bir çox illərdir ki, azalmaqda davam edir: əgər 2018-ci ildə fərq 283 idisə, 2019-cu ildə 228-ə düşüb, hazırda isə həmin fərq cəmi 98 nəfər təşkil edir.

ABŞ-dan olan milyarderlərin ümumi sərvəti artmaqda davam edir. 724 amerikalı milyarderin məcmu kapitalı 4,4 trilyon dollar təşkil edir – bu isə ötən illə müqayisədə 1,3 trilyon dollar çoxdur. Siyahıya dünyanın ən varlı adamı – Ceff Bezos rəhbərlik edir, onun sərvəti 177 milyard dollar həcmində dəyərləndirilir. Çinli milyarderlər ötən illə müqayisədə 1,3 trilyon dollar zəngin olublar, onların məcmu kapitalı isə 2,5 trilyon dollar dəyərində qiymətləndirilir. Bura Honkonqu (71 milyarder) və Makaonu (1 milyarder) əlavə etsək, onda Çində milyarderlərin ümumi sayı 698 nəfərə qədər arta bilər. Halbuki ötən il bu ölkədə onların sayı 455 nəfər idi.

Reytinqdə üçüncü yeri yeni bir ölkə – Hindistan ələ keçirib, burada 140 milyarder yaşayır. Hindistan Almaniyanı siyahıda sıxışdıraraq dördüncü yerə (136 milyarder) düşürüb. Bu il Hindistanda 19 yeni milyarder peyda olub: bu nailiyyəti Kanada təkrarlaya bilib və həmin rəqəmi yalnız ABŞ, Çin və Almaniya ötüb keçə bilib. Hindistanlı milyarderlərin məcmu sərvəti 596 milyard dollar təşkil edir, bu rəqəm isə ötən ilki göstəricidən 90 faiz (313 milyard dollar) çoxdur. İtaliyada da 51 milyarderlə Fransanı ötüb keçərək top-onluğa düşə bilib. Fransa isə hazırda 15-ci yerdə qərarlaşıb.

Asiya-Sakit okean regionu lider olaraq qalmaqdadır: orada 1149 milyarder var – bu əsasən Çindən və Hindistandan olan yeni milyarderlərin hesabına baş tutub, belə ki, həmin rəqəm ötən illə müqayisədə 371 nəfər çoxdur. Forbes (Avropa, Yaxın Şərq və Afrika, ABŞ və Amerika) tərəfindən izlənilən hər bir bölgədə 2020-ci ildə milyarderlərin sayı ötən illə müqayisədə kəskin fərqlənir, belə ki, pandemiya səbəbindən bazarların çökməsi fonunda onların sayı 2019-cu illə müqayisədə azalmışdı.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat şirkətlərinin işində müasir texnologiyalar (2-ci hissə)

posted in: Xəbər | 0

Mühasibat şirkətlərinin işində müasir texnologiyalar (2-ci hissə)

Proqram kompleksləri, sistemlər müəyyən işləri eləcə də müstəqil şəkildə, avtomatik rejimdə yerinə yetirə bilər. Həmin işlər verilmiş cədvəl üzrə həyata keçirilə bilər. Zərurət yarandıqda, iş şəraiti dəyişdirilə bilər. Üstəlik, bu seçimin müsbət cəhətlərindən biri də odur ki, bütün icra edilmiş funksiyalar sənədləşdirilir. Özü də bu prosesi texnika addım-addım qeydə alır.

Autsorserlər hansı proqramlardan istifadə edirlər?

Proqram məhsulunun düzgün seçilməsinin əhəmiyyətindən danışmağın özü belə yersiz olardı. Mühasibat firmalarında proqram təminatının seçilməsinə xüsusi diqqət yetirilir. Autsorserin imkanları daha çox seçimin düzgünlüyündən asılıdır.

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz

Mühasibat proqramları vahid, ümumqəbulolunmuş təsnifata malik deyildir. Bazarda təqdim olunan məhsullar, ilk növbədə, bir sıra xüsusiyyətlər və qoşulma üçün mövcud variantları ilə fərqlənirlər. Məhdud funksionallı sadə proqramlardan adətən sahibkarlıq subyektləri istifadə edir ki, bu da sadələşdirilmiş uçotdur. Böyük və ciddi şirkətlər daha çox klassik proqramları seçirlər. Mühasibat autsorserləri isə genişləndirilmiş funksional proqram məhsullarına üstünlük verirlər. Bu proqram təminatı sektorda ən bahalı proqramdır. Bununla yanaşı, avtomatlaşdırma, mühasibat uçotunun optimallaşdırılması üçün də imkanlar yaradır. Proqram sistemləri komponentlərin mürəkkəb quruluşuna görə fərqlənir. Bunlarda mühasibat uçotu çoxsaylı alt sistemlərdən yalnız biridir.

Profil mühasibatlıq proqramı 1C ilə məhdudlaşmır

Profilli mühasibat proqramları, aütsorser üçün mürəkkəb, “ağır”, çoxfunksiyalı, yeganə proqram təminatı deyil. Şirkətlərin işinin spesifikası, xidmətlərin göstərilməsi formatı köməkçi proqram sistemlərindən, servislərdən, əlavələrdən istifadəni nəzərdə tutur.

Bu siyahıda müxtəlif monitorinq vasitələri xüsusi yer tutur. Onlar qanunvericiliyə, valyuta məzənnəsinin dinamikasına və s. dəyişikliklərin izlənilməsində əl əməyini aradan qaldırmağa imkan verir. Əslində, bu kateqoriyadan olan vasitələr, istifadəçi adlandırılan genişləndirilimiş axtarışları həyata keçirməyə imkan verir ki, bu da həm mühasiblər üçün sadə profil abunəlikləri, həm də kompleks tətbiqləri əhatə edir.

Bulud mühasibatlığı

Mühasibatlıqda autsorserin işi, bulud texnologiyalarından istifadə etmədən, demək olar ki, mümkünsüzdür. Sonuncular təkmilləşir, mürəkkəbləşir, getdikcə daha rahat, daha etibarlı olurlar.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Biznesdə mühasibat uçotunun rolu (1-ci hissə)

posted in: Xəbər | 0

Biznesdə mühasibat uçotunun rolu və bu nə üçün vacibdir (1-ci hissə) MDSS

“Mühasibat uçotu” termini xüsusilə də vergi mövsümündə daha geniş işlənir.

Amma, mühasibat uçotunun biznesdəki əhəmiyyətinə nəzər yetirməzdən əvvəl onun əsaslarını nəzərdən keçirək – mühasibat uçotu nədir?

Mühasibat uçotu müəssisənin maliyyə əməliyyatlarının sistemli və ətraflı uçotuna aiddir. Kiçik müəssisələr, dövlət, məhkəmə və idarəetmə mühasibatlığından tutmuş, korporasiyalar üçün mühasibat uçotuna qədər, mühasibat uçotunun bir çox növləri var.

Mühasibat uçotu nədən bu qədər vacibdir?

Mühasibat uçotu biznesin aparılmasında mühüm rol oynayır, çünki bu, gəlir və xərclərin izlənilməsinə, qanunvericiliyin tələblərinə əməl olunmasına kömək edir və biznes qərarlarını qəbul edərkən, istifadə edilə biləcək sərmayədarlara, rəhbərliyə və hökumətə kəmiyyət maliyyə məlumatlarını təqdim edir.

Sizin qeydləriniz üç əsas maliyyə hesabatını təşkil edir.

  • Mənfəət və zərər hesabatı sizə mənfəət və zərər haqqında məlumat verir.
  • Balans müəyyən bir tarixdə biznesinizin maliyyə vəziyyəti haqqında aydın bir təsvir verir.
  • Pul vəsaitlərinin hərəkəti haqqında hesabat mənfəət və zərər haqqında hesabat və balans arasında əlaqələndirici bənddir və müəyyən müddət ərzində yaradılan və xərclənən pul vəsaitləri barədə məlumat verir.

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 777 778 779 780 781 782 783 2. 382