» » » Qurban bayramına görə Azərbaycanda 4 gün qeyri-iş günü olacaq – QƏRAR

Qurban bayramına görə Azərbaycanda 4 gün qeyri-iş günü olacaq – QƏRAR

posted in: Xəbər | 0
birbank biznes

Qurban bayramına görə Azərbaycanda 4 gün qeyri-iş günü olacaq

qeyri-iş günü

Azərbaycanda Qurban bayramı ilə əlaqədar iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib.

Bununla əlaqədar Baş nazir Əli Əsədov “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərar imzalayıb.

Qeyd edək ki, iyulun 20 və 21-də Azərbaycanda Qurban bayramı qeyd olunacaq. Əmək Məcəlləsinə əsasən, qeyd olunan günlər qeyri-iş günləri sayılır.