İşəgötürən hansı müddətə əmək müqavilələrinin saxlanılmasının təmin etməlidir?

posted in: sual-cavab, Xəbər | 0

İşəgötürən hansı müddətə əmək müqavilələrinin saxlanılmasının təmin etməlidir?

Tam maddi məsuliyyət müqavilə

İşəgötürən bağlanmış əmək müqavilələrini, onlara aparılan dəyişiklikləri, verilmiş əmrləri (sərəncamları, qərarları) beş il müddətinə saxlamağa borcludur, onların məhv edilməsi, itirilməsi, korlanması yolverilməzdir, Müəssisə ləğv edildikdə işəgötürəndə saxlanılan əmək müqavilələri müəyyən olunmuş qaydada müvafiq dövlət arxivinə təhvil verilir. Müəssisə yenidən təşkil olunduqda və ya mülkiyyətçisi dəyişdikdə isə həmin müqavilələr yeni işəgötürənə təhvil verilir.


Mənbə: sosial.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İnventarizasiya zamanı əskikgəlmələr olduqda sənədləşmə və vergi öhdəlikləri

posted in: sual-cavab, Xəbər | 0

İnventarizasiya zamanı əskikgəlmələr olduqda sənədləşmə və vergi öhdəlikləriinventarizasiya

Sual: Yerli rezident özəl hüquqi şəxsin ambarında (skladında) keçirilmiş inventarlaşma nəticəsində bir ədəd satış üçün nəzərdə tutulmuş malın (məhsul) (onun qiyməti 550 manatdır. vaxtı ilə həmin mal ƏDV-nin əvəzləşdirilməsi ilə əldə olunmuşdur) sexində isə bir ədəd əsas vəsait və 3 (üç) ədəd tez köhnələn əşyaların (onlar özəlləşdirmə nəticəsində əldə olunmuşdurlar, yəni ƏDV-nin əvəzləşdirilməsi halı olmamışdır) əskik gəlmələri invertarlaşma komissiyası tərəfindən aşkar edilmişdir. Həmin əşyalar direktorun əmri ilə müəssisənin mühasibat uçotunda olan əşyalar (obyektlər) sırasından (balansdan) silinmşdirlər. Bu halda yerli rezident özəl hüquqi şəxs olan vergi ödəyicisi tərəfindən hansı vergilər hesablanmalı və ödənilməlidir ? Xahiş edirəm cavabınızı həm ƏDV və mənfəət vergisi olan vergi ödəyicisi üçün, həm də sadələşdirilmiş vergi ödəyicisi olan vergi ödəyici üçün hazırlayasınız.

Cavab: Bildiririk ki, aktivlərin və öhdəliklərin inventarizasiyası zamanı mövcud olan aktivlərin və öhdəliklərin mühasibat uçotu məlumatlarından kənarlaşan məbləğlərinin tənzimlənməsi qaydası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 4 aprel 2016-cı il tarixli Q-09 nömrəli qərarı ilə təsdiq edilmiş “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları” (bundan sonra – Qaydalar) ilə müəyyən edilmişdir.

Belə ki, Qaydaların 18-ci bəndinə əsasən aktivlərin və öhdəliklərin inventarizasiyası zamanı, onların ayrı-ayrı kateqoriyaları üzrə uçot məlumatlarından kənarlaşma hallarını müəyyən etmək üçün inventarizasiya cədvəli tərtib edilir. Və inventarizasiya cədvəllərində inventarizasiyanın nəticələri, yəni mühasibat uçotu məlumatları ilə faktiki inventarizasiya məlumatları arasındakı kənarlaşmalar (fərq) göstərilir.

Qaydaların 19.1.4-cü bəndinə əsasən aktivlər üzrə əskikgəlmələr və itkilərin (habelə təbii itki normalarından artıq xarabolmalar, əskikgəlmələr və itkilər də daxil olmaqla) səbəbləri və təqsirkar şəxslər müəyyənləşdirilməklə onların məbləğləri (əskikgəlmələr və itkilər müəyyən etdiyi vaxtda bazar qiymətləri ilə) təqsirkar şəxslərin hesabına yazılır.

Eyni zamanda, əskik gəlmiş əmtəə-material ehtiyatları forması Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 30.06.2017-ci il tarixli Q-08 nömrəli qərarı ilə təsdiq edilmiş ciddi hesabat blankı olan “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”la sənədləşdirilir.

Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 23-cü, 67-ci, 159-cu, 161-ci, 219-cu maddələri, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 4 aprel 2016-cı il tarixli Q-09 nömrəli və 30.06.2017-ci il tarixli Q-08 nömrəli Qərarları.

Mənbə: taxes.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ödənişsiz Data Analitika təlimi

posted in: Xəbər | 0

SOCAR və onun Cənubi Qafqaz Boru Kəməri şirkətindəki tərəfdaşları Kibertəhlükəsizlik və Data Analitikası üzrə Azərbaycanda yerli kadr potensialının gücləndirilməsi və onların bacarığının artırılması məqsədilə “IBM Cybersecurity Analyst Professional Certificate“ and “Google Data Analytics Professional Certificate“ peşəkar inkişaf proqramları çərçivəsində 150 nəfərin qeyd olunan kurslarda iştirakını maliyyələşdirməkdən məmnunluq hissi duyur. Layihə Beynəlxalq Təlim və Layihə Mərkəzi tərəfindən həyata keçiriləcək.

Ümumilikdə 6 ay ərzində Coursera onlayn təhsil platforması üzərindən təklif olunacaq peşəkar sertifikat proqramlarında SOCAR Midstream Sosial Sərmayələr komandası və icraçı təşkilat tərəfindən seçiləcək 150 nəfər (75 nəfər data analitikası, 75 nəfər kibertəhlükəsizlik üzrə) tam ödənişsiz iştirak etmək şansı əldə edəcək.

İştirakçıların seçim prosesi iki mərhələdə aparılacaq. Layihədə iştirak etməkdə maraqlı olan namizədlər ilkin mərhələdə CV və ingilis dilində qısa niyyət məktubu (150-200 söz) ilə cari ilin avqust ayının 15-dək müraciət etməlidir. Müraciət üçün link – https://tinyurl.com/57j5fafb (qeyd: Google hesabı açılmalıdır). İkinci mərhələdə seçilmiş namizədlər ingilis dili və seçmək istədiyi sahəyə uyğun təməl bilikləri ölçən imtahanda iştirak edəcəkdir. İmtahandan uğurla keçən şəxslər layihədə iştirak etməyə haqq qazanacaqdır.

Layihədə 18-40 yaş istənilən sahə üzrə şəxslər iştirak edə bilərlər. Dərslər tamamilə onlayn olaraq, Coursera onlayn təhsil platforması üzərindən keçiriləcəkdir. Layihədə iştirak etməyə haqq qazanmış şəxslərə istifadəçi adı və kodu təqdim ediləcəkdir. İştirakçı hər həftə 8-10 saat təlimdə iştirak etməlidir. Dərs saatlarını iştirakçı özünə uyğun olaraq, təyin edəcəkdir. Təlimlər 6 ay müddətində (Başlama tarixi: 01.09.2021- Bitmə tarixi: 28.02.2022) davam edəcəkdir.

İştirakçıların kurs materiallarını tam şəkildə mənimsəməsi və proqramı müvəffəqiyyətlə başa vurması üçün hər mövzu üzrə bir yerli təlimçi/mütəxəssis tərəfindən davamlı onlayn dəstək görüşləri keçiriləcək. Təlimi uğurlar bitirmiş şəxslər hər proqram üzrə müvafiq olaraq Google tərəfindən Data Analitikası və IBM tərəfindən Kibertəhlükəsizlik Analitiki peşəkar sertifikatını əldə edəcəklər. Layihənin sonunda uğurlu iştirakçıların məşğulluq imkanlarının artırılması məqsədilə əmək yarmarkasının təşkil olunması nəzərdə tutulub.

Layihə ilə bağlı suallarınızı itpcapplicationform@gmail.com E-mail ünvanına yazmağınızı xahiş edirik.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ABŞ-da maaşlar nə qədərdir? Amerikada minimal və orta əməkhaqqı (3-cü hissə)

posted in: Xəbər | 0

ABŞ-da maaşlar nə qədərdir? Amerikada minimal və orta əməkhaqqı (3-cü hissə)ABŞ

Birləşmiş Ştatlar – bu, mühacirlər tərəfindən inşa edilmiş, insanlar üçün böyük imkanlar yaradan bir ölkədir. Dinamik inkişaf edən iqtisadiyyat, böyük əmək bazarı, layiqli maaşlar, bütün dünyada qiymət verilən yüksək həyat səviyyəsi və keyfiyyətli təhsil müxtəlif ölkələrdən olan insanların Amerikaya köçməsi üçün bir stimuldur. Lakin, köçməyə qərar verməzdən əvvəl, öz imkanlarınızı və işədüzəlmə şansınızı, eləcə də ixtisasınızı təmin edəcək əməkhaqqı səviyyəsini dərk edərəkdən qiymətləndirmək lazımdır.

Xarici ölkə universitetlərinin məzunlarının işləmələri üçün xüsusi ixtisas imtahanından (NCLEX) keçmələri lazımdır, belə ki, onun nəticələrinə əsasən lisenziya verilir. Həmin imtahanı əmək fəaliyyətinə başlamağı planlaşdırdığınız ştatda vermək tövsiyə olunur, çünki digər bir ştatda işə düzəlmək üçün yenidən imtahan vermək lazım gələ bilər.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz


Birləşmiş Ştatlarda ibtidai məktəb müəllimləri və uşaq bağçalarında tərbiyəçilərlə də oxşar vəziyyətdir, belə ki, onlarda da daim vakansiyalar mövcuddur. İşə düzəlmək üçün ingilis dilini sərbəst bilmək və bakalavriat pilləsini bitirmək haqqında diplom lazımdır, həmçinin uşaqlarla praktiki iş təcrübəsi arzuolunandır. Əcnəbilər həm dövlət, həm də özəl təhsil müəssisələrinə işə düşə bilərlər. Özəl məktəblər və uşaq bağçalarında əməkhaqqı səviyyəsi dövlət səviyyəsində olduğundan əhəmiyyətli dərəcədə yüksək ola bilər.

Postsovet ölkələrinin həkim və ya müəllim diplomu, amerikalı ailələrdə xəstə baxıcısı və ya dayə kimi işə düzəlməyə kömək edir. Bu ixtisaslar üzrə işçilərin əməkhaqqı işəgötürənlə fərdi razılaşmadan asılıdır. Belə bir vəziyyətdə ən yaxşı variant ev işçilərini işə götürməklə məşğul olan xüsusi agentlik vasitəsilə işə düzəlməkdir. Bu işçinin statusunu artırır, həm də ona qarşı yüksək tələblər qoyur.

Dilləri bilmək əcnəbi qarşısında tərcüməçilik işləri üçün perspektivlər açır. Bu kateqoriyadan olan mütəxəssislərə, bir qayda olaraq, başqa ölkələrdən olan kontragentlərlə sıx əməkdaşlıq edən şirkətlər lazımdır. Vəzifə iddia edən işgüzar ingilis dilini və ən azından daha bir xarici dili mükəmməl bilməlidir.

Ən çox tələbolunan xarici dillər bunlardır:

  • alman;
  • ispan;
  • fransız;
  • çin;
  • rus.

İri korporasiyalara tərcüməçi vəzifəsinə işə düzəlmək üçün vakansiya yerinə iddiaıçı, dil ixtisası üzrə bakalavr diplomunu təqdim etməlidir.


Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 728 729 730 731 732 733 734 2. 391