» » » ABŞ-da maaşlar nə qədərdir? Amerikada minimal və orta əməkhaqqı (4-cü hissə)

ABŞ-da maaşlar nə qədərdir? Amerikada minimal və orta əməkhaqqı (4-cü hissə)

posted in: Xəbər | 0
birbank biznes

ABŞ-da maaşlar nə qədərdir? Amerikada minimal və orta əməkhaqqı (4-cü hissə)əməkhaqqı

Birləşmiş Ştatlar – bu, mühacirlər tərəfindən inşa edilmiş, insanlar üçün böyük imkanlar yaradan bir ölkədir. Dinamik inkişaf edən iqtisadiyyat, böyük əmək bazarı, layiqli maaşlar, bütün dünyada qiymət verilən yüksək həyat səviyyəsi və keyfiyyətli təhsil müxtəlif ölkələrdən olan insanların Amerikaya köçməsi üçün bir stimuldur. Lakin, köçməyə qərar verməzdən əvvəl, öz imkanlarınızı və işədüzəlmə şansınızı, eləcə də ixtisasınızı təmin edəcək əməkhaqqı səviyyəsini dərk edərəkdən qiymətləndirmək lazımdır.

Diplomun olması başqa ölkələrdən olan insanlara dövlət məktəblərində və ya özəl dil kurslarında xarici dil müəllimi kimi işə düzəlməyə imkan verir. Amerikalıların dillərin öyrənilməsinə marağını və dil daşıyıcıları olan müəllimlərə hörmətini nəzərə alaraq, gəlmələr işə düzəlməyə, əmək haqqının yüksək səviyyədə olmasına və xeyirxah münasibətə ümid bəsləyə bilərlər.

İnformasiya texnologiyaları sahəsində əmək haqqı nə qədərdir?

ABŞ-da ən populyar peşələr sırasına kompyuter texnologiyaları və proqram təminatı sahəsində mütəxəssislər daxildir. Onlara tələbat ildən-ilə yüksəlməkdədir. Başqa ölkələrdən gələn immiqrantların uğurlu IT şirkətlərində yer tutması olduqca çətindir, çünki amerikalılar arasında açılan vakansiyanı tutmağa çalışan çoxlu sayda ixtisaslı mütəxəssislər var. Bununla belə, əgər hər hansı bir əcnəbi işəgötürənə öz səriştəliliyini sübut etsə, o, istənilən iş və ölkə üzrə orta göstəricidən artıq illik gəlir (proqramçının illik əməkhaqqı 64 min dollar təşkil edir) əldə etmək üçün yüksək şanslara malikdir.


Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz


Hazırda IT-mütəxəssisləri ən yüksək gəlirli peşə siyahısına daxil deyillər. Lakin, informasiya texnologiyaları sahəsi ən perspektivli sahələrdən biri hesab olunur. Gözlənilir ki, IT mütəxəssislərinin maaşlarının səviyyəsi artmaqda davam edəcək və tezliklə sözügedən peşə hazırda ən yüksək maaş alan həkimlərin gəlirlərinə çatacaq.

İxtisas üzrə işə düzəlmək üçün ən az şanslara kim malikdir?

Birləşmiş Ştatlara başqa ölkələrdən gəlmiş yaradıcı insanlara ixtisasca çalışmaq üçün iş tapmaq daha çətindir. ABŞ-da ən az tələb olunan peşələr mədəniyyət və incəsənətlə bağlı ixtisaslardır. Əmək bazarında qeyri-populyar peşələr bunlardır:
  • musiqi;
  • aktyor;
  • rejissor;
  • fotoqraf;
  • arxitektor;
  • dizayner;
  • jurnalist;
  • politoloq.

Vakansiyaların minimal sayını nəzərə alaraq, əcnəbilər yeni ixtisaslara yiyələnməli və başqa sahələr üzrə iş axtarmalıdırlar.


Məqalənin 5-ci hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun