ABŞ-da maaşlar nə qədərdir? Amerikada minimal və orta əməkhaqqı (7-ci hissə)

posted in: Xəbər | 0

ABŞ-da maaşlar nə qədərdir? Amerikada minimal və orta əməkhaqqı (7-ci hissə)əməkhaqqı ABŞ Maaşlar

Birləşmiş Ştatlar – bu, mühacirlər tərəfindən inşa edilmiş, insanlar üçün böyük imkanlar yaradan bir ölkədir. Dinamik inkişaf edən iqtisadiyyat, böyük əmək bazarı, layiqli maaşlar, bütün dünyada qiymət verilən yüksək həyat səviyyəsi və keyfiyyətli təhsil müxtəlif ölkələrdən olan insanların Amerikaya köçməsi üçün bir stimuldur. Lakin, köçməyə qərar verməzdən əvvəl, öz imkanlarınızı və işədüzəlmə şansınızı, eləcə də ixtisasınızı təmin edəcək əməkhaqqı səviyyəsini dərk edərəkdən qiymətləndirmək lazımdır.

ABŞ-da miqrantlar nə qədər qazanırlar?

Digər ölkələrdən olan insanların işlə təmin olunmasının obyektiv qiymətləndirilməsi göstərir ki, əksər hallarda gəlmələr amerikalılar üçün populyar olmayan peşələrlə kifayətlənməli olurlar. Bundan əlavə, rəsmi statistika məlumatlarına əlavə etmək lazımdır ki, müəyyən şərait üzündən şirkətlərin ştatına rəsmi şəkildə qəbul olunmağa iddia edə bilməyən xeyli sayda qeyri-leqal mühacirləri də əlavə etmək lazımdır. Belə bir vəziyyətdə insanlar, çox vaxt ağır fiziki əməyi nəzərdə tutan (müxtəlif işlər görən fəhlələr, qabyuyanlar və s.) azmaaşlı qeyri-qanuni işlərə də razı olurlar.


Məqalənin 6-cı hissəsini buradan oxuya bilərsiniz


Statistikaya görə, postsovet ölkələrindən gələnlərin əksəriyyəti meşə, fermer təsərrüfatı və balıqçılıq, binalara xidmət göstərilməsi, eləcə də tikinti qeyri-ərzaq məhsullarının istehsalı və əhaliyə xidmət göstərilməsi sahələrində fəaliyyət göstərirlər.

ABŞ-da yüksək ödənişli işi necə tapmalı?

ABŞ-da iş tapmaq kifayət qədər sadədir. Yaxşı ödənişli iş tapmaq daha çətindir. Son 5 ildə axını əhəmiyyətli dərəcədə artmış üçüncü dünya ölkələrindən olan qaçqınlar vəziyyəti xeyli mürəkkəbləşdirir. Buna görə də, postsovet ölkələrindən olan sakinlər heç də həmişə yaxşı maaşla ofisiant və ya təmizlik işçisi kimi işə düzəlməyi bacarmırlar. Bundan əlavə, ölkəyə turist və ya qonaq vizası ilə daxil olanlar, işlə yalnız qeyri-qanuni olaraq təmin edilə bilərlər.

ABŞ-da postsovet ölkələrinin əksəriyyətinin universitetlərinin diplomları etibarsız sayılır. Postsovet ölkələrində təhsil almış və ixtisaslarına uyğun işləmək istəyən mühacirlər ABŞ-da öz diplomlarının təsdiqi olan nostrifikasiyadan keçməlidirlər. Bununla yanaşı, amerikalılar təhsili yüksək qiymətləndirsələr də, işədüzəlmə zamanı təcrübə daha vacib rol oynayır. Buna görə də əgər vakansiyaya namizəd müsahibə zamanı öz iş vərdişlərini təcrübə ilə təsdiq edə bilsə, onun işədüzəltmə şansları kifayət qədər yüksək olacaq. Lakin, işi almaq üçün müəyyən təhsilin olmasını nəzərdə tutan bu qayda, tibb işçilərinə, hüquqşünaslara, müəllimlərə və digər peşələrin nümayəndələrinə şamil edilmir.

İmmiqrasiyanın ən asan yolu Amerika şirkətlərindən birinin dəvətidir. Lakin, belə bir dəvəti işəgötürəndən yalnız yüksək səviyyəli mütəxəssislər ala bilərlər. Buna görə də, immiqrasiyanın ən təhlükəsiz yolu – ABŞ-da təhsil almaqdır. Bu, Amerika şirkətlərinin ixtisasları üzrə yüksək ödənişli iş tapmaq üçün imkan verir.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda audit: Aşağı qiymət keyfiyyətdən vacibdir?

posted in: Xəbər | 0

auditAuditorlar Palatası dempinqə, yəni bazarda qiymətlərin süni şəkildə aşağı salınması hallarına qarşı cəzaları sərtləşdirmək istəyir.

Bu məsələ qurumun Şurasının avqustun 10-da videokonfrans formatında keçirilmiş növbəti iclasında müzakirə olunub.

“Bazarda bu cür yer tutmaq qəbulolunmazdır”

Auditorlar Palatasının sədrinin müşaviri Nəcəf Talıbov deyir ki, cəzaların sərtləşdirilməsi ölkədə audit xidmətinin keyfiyyətinin aşağı düşməsinin qarşısını alacaq, eyni zamanda bazarda haqsız rəqabətə mane olacaq: “Bazara yeni daxil olmuş hüquqi və ya fiziki şəxsin qiyməti aşağı salmaqla özünə yer tutmaq siyasəti qəbul olunmazdır. Əgər auditor yetərincə yüksək səviyyəli xidmət göstərmirsə, ona aşağı qiymət təklif eləmək yaraşmır, ən azı işinin maya dəyəri ödənilmir.

Tutaq ki, bir auditor təşkilatı fəaliyyətə başlayanda gedib hansısa şirkətdə yoxlama aparırsa və lazımı səviyyədə auditi rəsmiləşdirirsə, bu təşkilatın ora çəkdiyi maddi və qeyri-maddi xərc yəni aktivlər müəyyən bir qiymət təşkil edir. Ondan aşağı dəyər, qiymət təklif eləmək şirkətə xeyir eləməz. Digər bir məsələ də var ki, keyfiyyətsiz xidmət göstərmək istəyən auditor təşkilatı deyir ki, ”mən təzəyəm, qiyməti aşağı qoyum ki, müştəri əldə edim”. Ancaq faktiki olaraq o, keyfiyyətsiz xidmətinə görə aşağı qiymət qoyur.

Audit təşkilatı var ki, hər biri 10 min manat məbləği olan 5 müqaviləsi var. Bir il ərzində də ancaq 5 müştərini yola verə bilir. Amma digəri 114 bələdiyyənin auditini həyata keçirir və hər biri üçün cəmi 1 gün sərf edir. Birinci 5 müqaviləyə 50 min manat, ikincisi isə 114 müqaviləyə 50 min manat qazanır. Deməli qiymətin aşağı düşməsi keyfiyyətsiz iş görülməsi ilə nəticələnir”.

Onun sözlərinə görə, Palata bunların qarşısını almaq üçün böyük metodiki bazaya malikdir və yeni yaranmış audit şirkətlərinin bazarda yer tutması üçün tövsiyə olunan minimum qiymətlər müəyyən edib: “Misal üçün, Publik hüquqi şəxslər üşün audit xidmətinin qiyməti 10 min manatdan, MMC-lər isə 1 000 manatdan başlayır. Auditor həmin təşkilata gedəndə artıq bilir ki, Auditorlar Palatasının bu tip təşkilat üçün tövsiyə etdiyi dəyər budur.

Təşkilatlar da qanunla tələb olunan qaydalara riayət etməkdə maraqlıdırlar. Auditor yoxlamasının nəticəsindən daha çox şey asılıdır. Şirkət ya razı qalacaq, ya da narazı qalacaq. Bəzən olur ki, auditor 10 min manatlıq işə 1000 manat alır, 2 sənədə baxır və yalandan akt yazır. Bir sözlə keyfiyyətsiz iş görür”.

“Azərbaycandakı vəziyyət dünya təcrübəsindən fərqlənir”

“EKVITA” MMC konsaltinq şirkətinin rəhbəri İlqar Mehti isə deyir ki, dünya təcrübəsində hər iki variant var: “Yəni bəzi ölkələrdə audit təşkilatları üçün minimum qiymət müəyyən edilib, bəzilərində isə bazar sərbəst buraxılıb. Amma Azərbaycan reallığında bu, xoş olmayan mənzərə yaradıb. Sizə bir nümunə deyim. Bildiyiniz kimi dövlət tenderlərində qiymətlər sonradan açıqlanır. Bu, şəffaflıq baxımından faydalıdır. Bu yaxınlarda iri dövlət qurumlarından birinin tenderinin nəticəsi açıqlandı. Hansı ki, 300 əməkdaşı, 300-400 milyon manat illik dövriyyəsi var. İri beynəlxalq şirkətlər xidmətə görə, 170 min manat xidmət haqqı istəyirdilər. Azərbaycan şirkətləri isə təxminən 70-80 min manatlıq xidmət haqqı ilə bu işi görməyə razı idilər. Hətta biz də təxminən 65-70 min civarında bir rəqəm demişdik. Bir auditor yazıb ki, 4 500 manat. Adamın audit lisenziyası var və bu qiymətə xidmət göstərir.

Özəl sektorda bir qədər fərqlidir. Belə ki, özəl təşkilatlar açıq tender elan edir, yəni özü dəvət etdiyi şirkətlərin qiymətinə baxır. Tutaq ki, açıq tender yolu ilə də bu şirkət gəlib 4 500 manat təqdim etdi. Onu ciddi qəbul etməyəcəklər. Gərək sən o qədər müstəqil və peşəkar olasan ki, gəlib mənim şirkətimin səhvlərini deyəsən və mənə tövsiyələrini verəsən. 4 500 manata isə bunu etmək olmur. Deməli, sən bu qiymətə peşəkar mütəxəssislə deyil, ancaq universitet tələbələri ilə işi icra edə bilərsən.

Dövlət satınalmalarında isə problem ondan ibarətdir ki, qurum bunu cəlb etməyə məcburdur. Çünki tenderin nəticəsini ləğv edə bilməz, həmin iştirakçıya da onun təklifini qəbul edə bilməyəcəyini deyə bilməz. Çünki tələb var ki, texniki şərtlərə cavab verən ən aşağı qiymət qəbul edilməlidir. Belə audit yoxlamalarına çox vaxt da sərf edilmir. Sadəcə rəfdən hazır audit rəyini götürüb müştərinin adını dəyişəcək və verəcəklər. Bir söz demək olmur, çünki məhkəməyə verəcək və deyəcək ki, “mən audit rəyini belə görürəm” və s.”.

Ekspert hesab edir ki, Qərb təcrübəsindən yararlanmaqla bu prosesləri idarə etmək olar: “Bizdə düşüncə formalaşıb ki, hər şeyi qanunla nəzərə almağa çalışırıq. Amma qanunla hər şey tənzimlənmir. Əgər elə olsa, gərək o zaman 1 maddə 70-80 səhifə olsun. Ona görə də ümumi qaydalar yazılmalı və qeyd edilməlidir ki, sərbəst rəqabətlə yanaşı peşəkar xidmət göstərilməlidir.

Qərbdə bunlar heç qanunla tənzimlənmir. Sadəcə olaraq, Auditorlar Palatası kimi qurum var, etik qaydalara və keyfiyyətə nəzarət edir. Lazım olanda auditor təşkilatını çağırır, yoxlayır, irad və təkliflərini bildirir. Bir neçə xəbərdarlıqdan sonra isə şirkətin lisenziyası əlindən alınır. Bizdə belə olanda o dəqiqə məhkəməyə gedib deyirlər ki, “bizim iqtisadi hüquqlarımız pozulur”, “Auditorlar Palatası kiminsə sifarişi ilə bunu edir”, “məndən rüşvət istəyir” və s.”.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar hansılardır?

posted in: sual-cavab, Xəbər | 0

Fiziki şəxsin uçotdan çıxarılmasıVergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar aşağıdakılardır:

– Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunun təbii fəlakət, yaxud digər fövqəladə və qarşısıalınmaz hadisələr nəticəsində törədilməsi;

– Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunun vergi ödəyicisi – fiziki şəxs tərəfindən xəstə halı ilə əlaqədar olaraq öz hərəkətlərinə nəzarət (özünə hesabat verməyi) və rəhbərlik etməyi bacarmadığı vəziyyətdə törədilməsi;

– Vergi ödəyicisi və ya vergi agenti tərəfindən vergi orqanının və ya digər səlahiyyətli dövlət orqanının, yaxud onların vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri yazılı göstərişlərinin və ya izahatlarının yerinə yetirilməsi;

– Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunun vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərara əsaslanmaqla və ya onun icrası nəticəsində törədilməsi;

– Vergi orqanlarının qərarlarına yenidən baxıldıqda vergi ödəyicisinin hərəkətləri üçün hüquqi əsaslar olmasının aşkar edilməsi;

– Hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması;

– Vergilərin düzgün hesablanmaması və vergi öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı vergi qanunvericiliyinin pozulmasının vergi orqanının yoxlamasına qədərki dövrdə vergi ödəyicisinin özü tərəfindən aradan qaldırılması.

Əsaslandırma: Vergi Məcəlləsinin 55.1-ci maddəsi.


Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Təsisçi tərəfindən verilmiş əsas vəsaitlərə hansı halda amortizasiya hesablana bilər?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

Təsisçi tərəfindən verilmiş əsas vəsaitlərə hansı halda amortizasiya hesablana bilər?

Vakansiya Baş Mühasib amortizasiyaSual:

Təsisçi gələcəkdə pulu ödənilmək şərtilə müəssisəyə avtomobil alıb avtomobil müəssisənin balansına götürülə və amortizasiya hesablana bilərmi?

Cavab:

Mülki qanunvericilikdə təsisçi ilə onun təsis etdiyi müəssisəyə ayrı-ayrı şəxslər kimi baxılır, hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin öhdəlikləri üçün cavabdehlik daşımır. Bu baxımdan da təsisçi əmlakını təsis etdiyi hüquqi şəxsə istifadəyə verəndə tərəflər arasında icarə müqaviləsi bağlanmalıdır. Hüquqi şəxsin təsisçisi ilə hüquqi şəxs vergi məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər hesab edilirlər və bu şəxslər arasında bağlanmış əqd üzrə vergi öhdəlikləri müəyyən olunarkən bazar qiyməti nəzərə alınmalıdır. Müvafiq qaydada icarə müqaviləsi və ay alğı-satqı müqaviləsi tərtib edildiyi halda hüquqi şəxs əsas vəsaiti balansa salaraq amortizasiya xərci hesablaya bilər.

Əsas:

Vergi Məcəlləsinin 14.3.2-ci və 18.2.1-ci maddələri, Mülki Məcəllənin 52-ci və 700.1-ci maddələri.


Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 726 727 728 729 730 731 732 2. 400