Əmək məzuniyyətinin verildiyi iş ilinin müəyyən olunması

posted in: Xəbər | 0

uzunmüddətli müqavilələrƏmək məzuniyyəti və onun verildiyi iş ili bağlı tələblər Azərbaycan Respublikası Əmək Məcələsinin 113-cü maddəsində əksini tapıb. Dövlət Əmək Müfəttişliyi mövzu ilə bağlı xidməti açıqlama verib.

• Əmək məzuniyyəti — işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti Əmək Məcəlləsində nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır.

• Əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər.

• Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər.

• Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kimlər icbari tibbi sığorta haqqı ödəməkdən azaddır?

posted in: sual-cavab, Xəbər | 0
Kimlər icbari tibbi sığorta haqqı ödəməkdən azaddır?
ƏDV-dən azad edilmə icbari tibbi sığorta

Sual: Kimlər icbari tibbi sığorta haqqı ödəməkdən azaddır?

Cavab: Muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər istisna olmaqla hər kəs icbari tibbi sığorta haqqı ödəməkdən azaddır. Onların sığorta haqları dövlət büdcəsi hesabına ödəniləcək.

Mənbə: its.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İqtisadiyyat elminin inkişaf tarixi (1-ci hissə)

posted in: Xəbər | 0

İqtisadiyyat elminin inkişaf tarixi (1-ci hissə)

İqtisadi nəzəriyyə cəmiyyətin inkişaf tarixi ilə əlaqəli öz inkişaf tarixinə malikdir. Hələ qədim dövrün alimləri belə suallara cavab verməyə çalışırdılar: nə üçün mallar bir-birinə müəyyən nisbətlərdə mübadilə edilir, qiymətlərin formalaşmasının əsasını nə təşkil edir.

1615-ci ildə fransız alimi Antuan Monkretyen “Siyasi iqtisad traktatı”nda elmi dövriyyəyə “siyasi iqtisad” terminini daxil etmişdi. Siyasi iqtisad dedikdə, o, iqtisadi fəaliyyət qaydalarını öyrənən elmi başa düşürdü. İqtisadi proseslərin elmi təhlilinin mümkünlüyü feodalizmin parçalanması və kapitalizmin meydana çıxması ilə ortaya çıxdı. Bu prosesin nəzəri əks olunması isə merkantilizm oldu.

Merkantilizm. XVI – XVII əsrlərdə ilk iqtisadi nəzəriyyənin yaranması, ənənəvi empirik izahata uymayan əmtəə-pul münasibətlərinin inkişafı ilə bağlıdır. Buna görə də, merkantilistlər xarici ticarətin inkişafında cəmiyyətin sərvətinin mənbəyini görürdülər. Bu iqtisadi məktəbin ən görkəmli nümayəndələri ingilis Tomas Mann və fransız alimi Jan Batist Kolber idi.

Fiziokratlar. XVIII əsrin fransız iqtisadiyyat məktəbinin nümayəndələri iqtisadi nəzəriyyəyə əhəmiyyətli töhfələr vermişlər. Onlar iqtisadi tədqiqatlar mərkəzini dövlətin iqtisadiyyata müdaxiləsinin effektiv formalarının axtarışından, istehsal və istehlakın obyektiv qanunlarının müəyyənləşdirilməsinə keçirdilər. Fiziokratların nəzəriyyəsinin çatışmazlığı bu idi ki, onlar əkinçiliyin inkişafında (o dövrdə iqtisadiyyatın əsas sahəsi) cəmiyyətin sərvətinin mənbəyini görürdülər və iqtisadiyyatın təbii şəkildə təbiət qanunları əsasında inkişaf etdiyini düşünürdülər. Məktəbin təsisçisi Fransua Kene yazırdı ki, bu dünyada hər şey təbiətin qanunlarına tabedir və insanlar onları anlamaq və müşahidə etmək üçün kifayət qədər ağla sahibdirlər.

Klassik siyasi iqtisad. XVII əsrin ortalarında, ingilis Uilyam Petti ilk dəfə olaraq malların dəyərini onun tərkibində olan əmək miqdarı ilə əlaqələndirdi. Merkantilistlərdən fərqli olaraq, U. Petti sərvət mənbəyini ticarət sahəsində deyil, istehsal sahəsində görürdü və bütün malların əmək mənşəyi ilə bağlı mövqeyini əsaslandırdı. İngilis iqtisadçısı Adam Smit U. Pettinin fikirlərini inkişaf etdirdi və əmək dəyəri nəzəriyyəsinin əsasını qoydu. 1776 – cı ildə iqtisadçıların stolüstü kitabına çevrilən A. Smitin “Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqat” əsəri çapdan çıxdı. A. Smit, siyasi iqtisadiyyatı öz qarşısına iki vəzifə qoyan bir elm olaraq müəyyənləşdirdi:

1) insanlara bol gəlir və ya yaşayış vasitəsi və bunları özləri üçün əldə etmək imkanı vermək;

2) sosial ehtiyacları ödəmək üçün dövlətin kifayət qədər gəlirliliyini təmin etmək.

A.Smit, bazarın ictimai iqtisadiyyatın təşkilinin mürəkkəb bir sistemi kimi rolunu ortaya çıxardı və müəyyən etdi ki, ayrılıqda insan öz maraqlarını güdərək, dərk etmədən çox vaxt cəmiyyətin maraqlarına şüurlu surətdə bunu etməyə çalışdığından daha təsirli şəkildə xidmət edir. Fərdin hərəkətlərini “görünməyən əl” – obyektiv iqtisadi qanunların kortəbii təsiri idarə edir.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Biznes barədə maraqlı faktlar (1-ci hissə)

posted in: Xəbər | 0

Biznes barədə maraqlı faktlar (1-ci hissə)

Bir çox insanlar hesab edirlər ki, bizneslə məşğul olmaq hər kəsə nəsib olmur. Bəziləri başlanğıc kapitalının olmamasından şikayət edir, bəziləri uduzmaq riski olmayan ideyaları axtarır, digərləri isə əlverişli anı gözləyirlər. Aşağıdakı faktlar sizin bizneslə bağlı düşüncənizi və münasibətinizi dəyişdirə bilər.

ABŞ-da 26 milyon kiçik müəssisə vardır

Bu, iri korporasiyaların sayı ilə müqayisədə 1162 dəfə çoxdur. ABŞ-da kiçik biznesdən olan müəssisələrin 70%-i bir nəfərdən ibarətdir. ABŞ-da bütün muzdlu əməkdaşların yarısından çoxu kiçik biznes sahəsində işləyirlər. Bu faktın özü  demək olar ki, hər bir insanın öz biznesinə başlaya biləcəyini təsdiq edir. Baxmayaraq ki, son zamanlar – son bir il ərzində yaradılan yeni firmaların sayı, qapadılan firmaların sayından az olmuşdur.

Yeni Zelandiyada biznesə bir gün ərzində başlamaq mümkündür

Bu ölkədə qanunvericilik müəssisəni bir gün içərisində qeydiyyata keçirməyə imkan verir. Sinqapur qanunlarına görə isə biznesə 3 gün ərzində  başlamaq mümkündür. Səudiyyə Ərəbistanı sahibkarlara 5 gün ərzində qeydiyyatdan keçməyə zəmanət verir. Çin və Hindistanda isə biznesin qeydiyyatı bir aydan çox çəkir.

Milleniallar brendləri öz qohumlarından daha həvəslə dostluğa əlavə edirlər

Millenialların (1980-ci ildən 2000-ci ilə qədər doğulmuş insanların) nəsli, brendləri və şirkətləri sosial şəbəkələrdə dostluğa öz qohumlarına nisbətən üç dəfə daha həvəslə əlavə edirlər. Eyni zamanda, bu nəslin nümayəndələrinin dörddə üçü istifadə etdikləri hansısa əmtəə markası öz mövcudluğunu dayandırarsa, bundan heç narahat olmayacaq.

ABŞ və Kanadada uşaqlar hər il saqqıza 500 milyon dollardan çox xərc çəkirlər

Şirniyyatlara uşaq xərcləri hətta iqtisadi tənəzzül dövründə də artır. Valideynlər övladlarına cibpulu verməyə meyllidirlər, hətta bundan ötrü özləri üçün nələrdənsə imtina etməli olsalar belə, yenə də buna gedirlər.

Biznes nöqteyi-nəzərindən bu o deməkdir ki, uşaq auditoriyasına istiqamətlənmiş müəssisələr iqtisadi dövriyyəyə daha davamlıdır. Bir çox uşaq malları hətta böyüklər üçün olan mallardan daha bahalı ticarət markası kimi satılır.

Brendlər il ərzində reklama boşuna 440 milyard dollar xərcləyirlər

Biznes sahibləri il ərzində reklama 500 milyard dollara yaxın pul xərcləyirlər. Çoxsaylı araşdırmalara görə, auditoriya reklam mesajlarının yalnız 12 faizinə diqqət yetirir. Beləliklə, brendlər ildə 440 milyard dolları sadəcə küləyə sovururlar.

2-ci hissəyə nəzər yetirin



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 725 726 727 728 729 730 731 2. 400